QR CodeQR Code

Oyaq gənclər Vəliyi-Əmri ilə görüşüblər

Lider,İrib , 30 Jan 2012 23:43

İslamtimes - "İslami Oyanış" gəncləri Dünya Müsəlmanlarının Vəliyi-Əmri ilə görüşüblər .


Dünya Müsəlmanlarının Vəliyi-Əmri Birinci "Gənclər və İslami Oyanış " adlı İclasın iştirakçılarının o həzrətlə görüşlərində vurğulayıblar:" Sionist rejim, böyük şeytan Amerika və Qərb qüdrətləri hazırda İslami Oyanış qarşısında acizlik hiss edirlər və bu zəiflik və acizlik hissi gün keçdikcə daha da artır".
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün bazar ertəsi günü dünyanın 73 ölkəsindən olan yüzlərlə gəncin o həzrətlə görüşlərində, asılı diktaturalara qarşı müsəlman xalqların qiyamlarının çox mübarək fenomen , çox mühüm hərəkət ,habelə "pozğun və xəbis sionist və imperialist dünya diktatura şəbəkəsi"nə qarşı qiyam üçün bir müqəddimə olduğunu bildirib, İslam Ölkələrindəki dəyişiklikləri nicat və səadət yolunun başlanğıcı adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri xalqların səhnədəki ayıqcasına və müqavimətlə iştiraklarının şübhəsiz ilahi zəfərlərin zəmin yaradıcısı olduğunu bildirərək, belə vurğulayıblar:" Mühüm budur ki, əldə edilmiş zəfərlərin, yolun sonu olduğu anlamında qəbul etməyək və mücahidətləri davam etdirib, xalqların əzmkarlığı və iradəsinə söykənib, Allah-Taalaya və onun hüsni-zənninə söykənərək, dünya zorakıları və onların amilləri ilə mübarizəni davam etdirək".

Həzrət Ayətullahülüzma Xamenei həmçinin İslam Ölkələri gənclərinin İslami Ümmətin gələcəyi üçün böyük bəşarətlərin daşıyıcıları olduqlarını bildirərək, belə vurğulayıblar:" İslam Dünyasının gənclərinin oyanışı, müsəlman xalqların ümumi oyanışı üzrə ümidləri artırıbdır".

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasını nüvə, biotexnologiya , tibb sahələri habelə başqa sahələrdəki gözə çarpacaq inkişaflarına işarə edərək, belə xatırladıblar:" Bu diyarın mömin gəncləri düşmənlərin tam şəkildə inanmadıqlarına rəğmən və onların bütün sabotajlarına rəğmən elə bir inkişaflar və nailiyyətləri əldə ediblər ki, bütün islami xalqların gənclərinə ülgü ola bilər".

Həzrət Ayətullahülüzma Xamenei dünya müstəbidlərinin müsəlman xalqların ümumi fikrində iki yanlış inamı təlqin etməyə cəhd etmələrini xatırladaraq, belə əlavə ediblər:" İslami Ümmətin düşmənləri müsəlman xalqlara acizlik hissini aşılamaq və beynəlxalq qüdrətlərin məğlubedilməz olduqlarını təlqin edərək, təqribən 2 əsirdir ki, müsəlman xalqları geridə saxlayıblar. Amma İslam Ümməti hazırda oyanıbdır və başa düşübdür ki, bu iki təsəvvürün hər ikisi də yüz faiz yanlışdır və müsəlman xalqlar İslami Sivilizasiyanın əzəmətini yenidən bərpa etməyə qadirdirlər".

Dünya Müsəlmanlarının Vəliyi-Əmri hazırkı əsri, İslam və Mənəviyyət əsiri adlandıraraq, belə əlavə ediblər:" İslam dini , ağıla söykənmək, mənəviyyət və ədaləti bir-biri ilə yanaşı olaraq xalqlara hədiyyə edir və Allah-Taalanın təlimləri, ağıl, təfəkkürə əsasən olan İslam, Allah-Taalaya təvəkkül islamı, cihad islamı və iş və hərəkət islamına təkid edir".

İslam İnqilabının Böyük Rəhbəri həmçinin imperialistlərin Misir, Tunis, Liviya və digər İslam ölkələrindəki qiyamlardan mənşə alan ziyanlar və zərbələrin əvəzini çıxmaq üçün cəhd göstərmələrinə işarə edərək, belə vurğulayıblar:" Düşmən planlar hazırlayır və fitnəkarlıqlarla məşğuldur və islam xalqları xüsusilə İslam Ümmətinin gəncləri tam şəkildə olan ayıqlıq və qorumaqla habelə başqalarının təcrübələrindən istifadə etməklə dünya istibdad şəbəkəsinin, müsəlman gənclərin inqilablarını oğurlayıb, hazırkı və gələcək yolları yayındırmalarına icazə verməməlidirlər".

İslam İnqilabının Böyük Rəhbəri İslam Ümməti arasındakı ixtilaf yaratmanın düşmənlərin hiylələrindən olduğuna təkid edərək, belə vurğulayıblar:" İslami Oyanış Hərəkatı, Şiə və Sünni tanımaz və bütün İslami məzhəblərin davamçıları vəhdət və həmdilliklə mübarizə səhnəsindədirlər".

Həzrət Ayətullahülüzma Xamenei İslami xalqların çoxlu müştərək prinsiplərə malik olmalarına işarə edərək, belə buyurublar:" Müsəlman xalqlar bir-birləri ilə fərqlərə də malikdirlər və coğrafi, tarixi və ictimai fərqlərə görə bütün islam ölkələri üçün heç bir vahid ülgü mövcud deyil. Amma mühüm budur ki, hamı sionistlər və amerikanların şeytani istilası ilə müxalifdirlər və İsrail adlı xərçəng şişinin mövcud olmasını əsla qəbul etmirlər".


Story Code: 134303

News Link :
https://www.islamtimes.org/az/gallery/134303/1/oyaq-gənclər-vəliyi-əmri-ilə-görüşüblər

Islam Times
  https://www.islamtimes.org