QR CodeQR Code

مسجد امام علي- ع

İMAM ƏLI (ə) MƏSCIDI

Мечеть им. Имама Али (ДБМ)

23 Nov 2009 20:30

Qırğızstan Respublikasının paytaxtında yerləşən İmam Əli (ə) məscidi 2004- cü ildə tikilib başa çatmışdır.


2004- cü il fevralın 18- dən rəsmi və qanuni fəaliyyətinə başlayan İmam Əli (ə) məscidi yerli azərbaycanlılar və dünyanın başqa ölkələrindən olan xeyriyyəçilərin maddi yardımları ilə tikilmişdir.

Din alimləri və qayğıkeş ruhanilərin təşəbbüsü və dəstəyilə bənası qoyulmuş bu ibadətgah, Qırğızstan Respublikasında yaşayan azərbaycanlıların dini və milli mərkəzi rolunu ifa etməsilə yanaşı, Bişkekdə yaşayan iranlı, əfqanistanlı, pakistanlı, hindistanlı, türkiyəli və küveytli müsəlmanların da dini şığınacağıdır.

"Müsəlmanlar arasında birlik və xalqlar arasında dostluq" şüarı ilə müsəlmanları qoynuna almış İmam Əli (ə) məscidini, azərbaycanlı alim Cənab Hacı İlqar idarə edir.

Möminlərin dini maariflənməsi üçün İmam Əli (ə) məscidində dini münasibətlərə uyğun məclislər qurulur, gənc qız və oğlanlar üçün Quran dərsləri keçirilir.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 15614

News Link :
https://www.islamtimes.org/az/gallery/15614/1/imam-əli-ə-məscidi

Islam Times
  https://www.islamtimes.org