0
Sunday 3 June 2012 - 17:15

İmam Xomeyni(rə)-ın vəfatının ildönümü

Story Code : 167903
Həzrət İmam Xomeyni(rə)in pak məqbərəsi bu gün bazar günü (3 iyun) milyonlarla iranlı əzadara ev sahibliyi edirdi ki, bir daha İİR-in banısı və o Həzrətin bəşəriyyətin mənəvi cəhətdən yüksəlməsi və səadətə çatması uğrunda olan dəyərli amalları ilə öz əhd-peymanlarını təzələsinlər.

Yüzlərlə xarici qonağın da iştirak etdiyi bu mərasimin davamında İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei və İmam Xomeyni(rə)-ın nəvəsi və İİR banısının pak məqbərəsinin məsul şəxsi Seyid Həsən Xomeyni çıxış ediblər.

Təqribən 700 xarici qonaq bu mərasimdə iştirak ediblər.

Bu xarici qonaqlar Pakistan, Əfqanıstan, Suriya, Türkiyə, Livan, Küveyt, Bəhreyn, Ərəbistan, Şrilanka, Hindistan , Rusiya, Misir, Tunis, Liviya, Zimbabve, Cənubi Afrika, Nigeriya , Qana, Hollandiya, Fransa və Bosniyadandırlar.
Source : Lider
Comment