0
Wednesday 12 December 2012 - 00:21

Marnaulidə İmam Hüseyn(ə) əzadarlığı

Story Code : 220435
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən hər il olduğu kimi bu ildə Məhərrəm ayının Tasua günündə, Gürcüstanın müxtəlif məntəqələrində yaşayan Şiələr Marnauli rayonuna yığışaraq əzəmətli bir əzədarlıq heyəti yaradırlar.

Əzədarlıq heyəti Marnauli şəhərindəki Əhli-Beyt (əleyhimus səlam) Ardıcılları Cəmiyyətinin qarşısından İmam Əli (əleyhis səlam) Məscidinə tərəf mərsiyə oxuyub, sinə vuraraq yürüş etmişlər.

Qeyd edək ki, Gürcüstan Şiələri bu il də keçən illərdə olduğu kimi əzadarlıq mərasimdən sonra İmam Əli (əleyhis səlam) Məscidi kənarında qan vermişlər.
Source : Abna
Comment