0
Saturday 2 February 2013 - 17:48

Qahir313 gəldi

Story Code : 236697
İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad şənbə günü səhər Mübarək Fəcr bayramının 3-cü günündə keçirilən "Qahir 313" qırıcı təyyarəsinin t'qdimat mərasiminin kənarında jurnalistlərə verdiyi müsahibədə bu qırıcı təyyarənin təqdimatı münasibəti ilə İran xalqını təbrik edib və deyib: " İran xalqı hər gün yeni nailiyyəti qazanaraq onu bəşəriyyətə təqdim edir.."

"Bu bombardmançı təyyarənin dizaynı və istehsalı tamamilə ölkə daxilində iranlı mütəxəssislər tərəfindən həyata keçirilib və heç kimin ona təcavüz etmək haqqı yoxdur" –deyə İran prezidenti bildirib.

Əhmədinejadın sözlərinə görə, bu məsələ həmçinin bütün müasir məhsul və texnologiyanı iranlı mütəxəssislərin əldə edə biləcəklərini göstərir və iranlı gənclər İran xalqının inqilabı və azadlığına sadiqdirlər.

İran prezidenti bildirib: İran xalqının hərbi qüdrəti digər ölkələrə təcavüz və ekspansionist siyasətlər üçün deyil. Bu qüdrət önləyici xarakter daşıyır və insani məqsədlər üçün İran istedadının təzahürüdür.
Source : Farsnews
Comment