QR CodeQR Code

İŞĞALÇI DÖVLƏTİN 62-Cİ İLDÖNÜMÜ

Cinayətkar qardaşlar

DəyərlərAİN , 20 Apr 2010 16:23

Bu gün qəsbkar İsrail rejiminin Fələstin torpaqlarını işğal etməsinin 62 ili tamam oldu.


Bu illər boyu sionist rejimi torpaqları qəsb etməklə yanaşı dinc sakinləri, körpə uşaqları və yaşlı qadınları belə amansızcasına qətlə yetirmişdir.

Sionist rejimi bir çox dünya dövlətlərinin dəstəyi ilə dünya ictimaiyyətinin gözü qarşısında fələstinliləri öz doğma torpaqlarından didərgin salaraq ən vacib hüquqlarını belə əllərindən almışdır.

Qeyd etmək lazımdır ki, indiyə qədər sionistlər 700 mindən çox fələstinlini müxtəlif ittihamlarla həbs etmişdir və hal-hazırda İsrail rejiminin həbsxanalarında 10 minə yaxın fələstinli saxlanılır. Həbs edilənlərdən bir neçə nəfəri artıq 30 ildir ki, bu qəddar rejimin həbsxanalarında əsirlikdə saxlanılır.

İndi isə gələk öz vətənimizə, bu işğalçılıq bizə heç də yad deyil. Çünki, sionistlərlə həmişə eyni xüsusiyyətli addımlar atan erməni caniləri də bizim doğma torpaqlarımızı işğal etmiş, minlərlə insanlarımızı qətlə yetirmişdir.

Hazırda da işğal olunmuş torpaqlarımızda elə sionist rejimivari bir dövlət yaratmaq istəyir və eyni ilə İsrail rejiminə dəstək verən ABŞ Qarabağ məsələsində də Ermənistana yaxud qondarma Dağlıq Qarabağ rejiminə yardım edir.

İldə neçə milyon dollar qondarma Dağlıq Qarabağ rejiminə pul ayıran ABŞ, eynilə də qondarma İsrail rejiminə milyardlarla dollar silah-sursat və maliyyə yardımı göndərir.

Ermənistan cinayətkarları ilə sionistlərin törətdikləri qətliama göz yuman bir çox dünya dövlətləri, bu gün həm erməni "soyqırımı"nı həm də sionistlərin təbliğ etdiyi holokost hadisələrinə himayədalıq edir. Aşağıda təqdim edilmiş fotolar məhs Ermənistanın və İsrail rejiminin rəhbərləri tərəfindən həyata keçirilmiş soyqırımlardan çəkilmişdir.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 24112

News Link :
https://www.islamtimes.org/az/gallery/24112/1/işğalçi-dövlətin-62-ci-ildönümü

Islam Times
  https://www.islamtimes.org