QR CodeQR Code

Işid 13 nəfər sünnünü edam etdi (İraq)

Abna,Nur.az , 16 Dec 2014 22:10

İslamtimes - Bu gün terrorçular daha bir kütləvi edam səhnəsini reallaşdırıblar. Belə ki, İŞİD terrorçuları İraqın şimalındakı Tiqrit şəhəri yaxınlığında cihada qarşı tayfa döyüşçüləri olaraq bilinən 13 sünninin güllələyiblər.


Edamdan fotolar isə internetdə yayılıb. Bu dəfə də terrorçular güllələdikləri şəxslərə narıncı geyim geyindiriblər. Kadrlarda 13 nəfərin sıra ilə diz çökdüyü görünür. İkinci fotoda silahlar havada, üçüncü də isə cansız bədənlər görünür.
Edam səhnəsini izləyən onlarla sakin arasında uşaqlar da olub.

Qeyd edək ki, Tiqrit yay aylarından bəri İŞİD-ın nəzarətindədir.

Bu İŞİD terrorçularının törətdiyi ilk kütləvi edam deyil. Belə ki, bir neçə həftə öncə 22 suriyalı hərbçinin başı kəsilərək edam edilmişdi.


Story Code: 426145

News Link :
https://www.islamtimes.org/az/gallery/426145/1/işid-13-nəfər-sünnünü-edam-etdi-iraq

Islam Times
  https://www.islamtimes.org