QR CodeQR Code

İmam Xamenei İslam ordusunda (1)

farsnews,irib.ir , 11 Nov 2010 00:46

İslamtimes - İran silahlı qüvvələrin ali baş komandanı imana arxalanmağı Allaha inamı və ülvi məqsədlər uğrunda tam təvazökarlıqla çalışmağı İslam hökumətində qüdrətin meyarları adlandırıblar .


Həzrət Ayətullah əl-Üzma Xamenei İran ordusunun hərbi zabitlər akademiyasında keçirilən kursantların buraxılışın mərasimində etdiyi çıxışlarında deyiblər : Silahlı qüvvələr o cümlədən İran ordusu İman sayəsində hərbi təchizatların istehsalında böyük uğurlara nail olub .

O həzrətin sözlərinə görə, materialist güclərin dayağı sırf hərbi təchizat və maddi hesablamalardır . Bu səbəbdən onlar islami qüdrət örnəyinə arxalanan millətin iradəsini qıra bilməzlər .

İslam İnqilabının Böyük Rəhbəri xatırladıblar ki, mənəvi qüdrətin maddi qüdrət üzərində qələbə çalmasının ən bariz nümunəsi İranda təcrübə olundu və İslam İnqilabının zəfər çalması zamanı İran xalqı əliyalın lakin iman qüvvəsinə arxalanaraq Tağut rejimini çökdürdü .

Həzrət Ayətullah əl-Üzma Xamenei qeyd ediblər ki, İran xalqı müqəddəs müdafiə dövründə də hərtərəfli sanksiyalarla üzləşdiyi halda iman qüdrətinə ,gənclər və silahlı qüvvələrin şücaətinə arxalanaraq dünyanın şərq və qərb blokları tərəfindən himayə olunan pozğun Bəs rejiminin üzərində qələbə çaldı.

İran Silahlı Qüvvələrinin Ali baş Komandanı sonda özünə güvən qüvvəsinin gücləndirilməsini və istedadların çiçəklənməsini dini qüdrətin nişanələrindən sayaraq buyurublar :İslami qüdrət modelində hegemonçulara asılılıqdan xəbər yoxdur və silahlı qüvvələr fəaliyyətlərini öz qabiliyyətləri hesabına qurular .


Story Code: 43698

News Link :
https://www.islamtimes.org/az/gallery/43698/1/imam-xamenei-islam-ordusunda-1

Islam Times
  https://www.islamtimes.org