QR CodeQR Code

İstanbul şiələri Səudiyəyə qarşı ayağa qalxdı

Abna,Zeynebiye , 30 Mar 2015 03:05

İslamtimes - İstanbulda Yəmənə hərbi təcavüzə etiraz nümayişi keçirildi


Yəmənə təcavüzkar hücum təşkil edən Səudiyyə Ərəbistanına etirazlar davam edir. Türkiyənin İstanbul şəhərində Əhli-beyt (ə) davamçıları minlərlə insanın iştiral etdiyi böyük bir nümayiş təşkil edib.

Nümayiş Zeynebiye məscidində qılınan axşam namazından sonra Halkalı Meydanına yürüşlə reallaşdırılıb.

Etirazçılar "Rədd olsun Amerika, rədd olsun İsrail", "Yəmən xalqı tək deyil", "Səud sultanı neçəyə satdın ümməti?" şüarları səsləndiriblər. Yürüş mitinqində Yəmən və Türkiyə bayraqları dalğalandırılıb. Nümayişin sonunda ABŞ və İsrail bayraqları yandırıllıb.

Nümayişçilər yürüşü Halkalı meydanında tamamlayıb.


Story Code: 450807

News Link :
https://www.islamtimes.org/az/gallery/450807/1/istanbul-şiələri-səudiyəyə-qarşı-ayağa-qalxdı

Islam Times
  https://www.islamtimes.org