0
Wednesday 8 December 2010 - 09:27

BBC-nin İran haqdakı yanlış məlumatları

Story Code : 46210
BBC-nin verdiyi məlumatın tam əksinə olaraq ən böyük etiraz aksiyası deyil, ən böyük əzadarlıq mərasimi Tehran Universitetində keçirilib.
Bu universitetdə tələbələr “Amerikaya ölüm”, “Bizi öldürün, millətimiz daha sayıq olsun”, “Ustad Şəhriyar şəhidliyin mübarək”, “İngiltərəyə ölüm”, “İslamı yaşadan məhərrəm və səfər aylarıdır” və “Şəhid Şəhriyar yolunu davam etdirəcəyik” kimi şüarlar səsləndiriblər. Bir çox tələbə Azad tribuna vasitəsi ilə sözlərini ümumi kütləyə çatdırıblar. 
Universitet tələbələri bir zamanlar İraq dövlətini təhrik edib, onları silahlandıraraq İran xalqı üzərinə göndərən Qərb dövlətlərinin Mir Hüseyn Musəvi və Mehdi Kərrubiyə mükafat verməsini tənqid ediblər. Onlar deyib: "Bir şəxsləri ki İran xalqının düşmənləri mükafatlandırır, biz bu şəxsləri iranlı hesab etmirik, onlar vətən xainidirlər!"
Comment