0
Wednesday 8 December 2010 - 19:38

AEROPORT DOMODEDOVO. TAM MƏXFİ!

Story Code : 46264
Oxucuların marağını nəzərə alıb, Rusiyanın Domodedovo aeroportunda hərəkət təhlükəsizliyi üçün uçuş zolağını qardan və buzdan təmizləyən büronun iş sistemini şəkillərlə təqdim edirik.
Ondan başlayaq ki, hər bir aeroportun hava nəqliyyatını qəbul etmək üçün ilk öncə uçuş zolağı lazımdır. Yaxşı olar ki, 2 və ya 3 dənə. Bu zolağa xidmət göstərmək üçünsə ayrıca xidmətçilər lazımdır. Ki, mütəmadi olaraq texniki durumu yoxlasın, qışda zolağı qardan və buzdan təmizləsin. Bunun üçün hər bir aeroportun uçuş zolağının işlək vəziyyətdə saxlanılmasına ayrıca qrup baxır.
Rusiyanın Domodedovo aeroportunda bu işə 140 xüsusi texnika xidmət göstərir.
TJS -630 qoşqulu texnikası zolağın qarını təmizləmək üçün istifadə edilir.
Qar əvvəl kotanla, sonra fırçayla, daha sonra isə hava vurmaqla təmizlənir. Maşınlardan qalan qarı isə arxasınca gələn başqa bir maşın təmizləyir. Maşınların keçidi ilə bütün qar kənarda işləyən rotorlara vurulur.
Bu işlərə nəzarət üçün növbə rəisi öz başın ilə iş başında olur. İşlər qurtardıqdan sonra o xüsusi ATT qoşqusu ilə zolağı yoxlayır.
Daha sonra o əldə olunmuş nəticələri uçuşa nəzarət idarəsinə ötürür. Günəşli havalarda bu əmsal 0.7 olur. Əgər bu əmsal 0.3-dən aşağı olarsa, onda uçuş zolağı təyyarələrin qəbulu üçün əlverişsiz sayılır.
Təmizləmə işlərindən sonra uçuş zolağına qarşısında MİQ-15 reaktiv təyyarəsinin mühərriki bağlanmış maşın daxil olur və buzu əridib, zolağı qurudur. Bu quruducu mühərrik təsadüf hallarda və ancaq qış aylarında istifadə olunur.
Ümumiyyətlə isə uçuş zolağının qardan təmizlənməsi üçün cəmi 45 dəqiqə lazım gəlir. Domodedovo aeroportunda 2 zolaq var və onlar növbəylə mütəmadi olaraq təmizlik üçün bağlanılır.
Hava nəqliyyatının yağıntılardan əlavə başqa bir düşməni də var - buzlaşma. "Volvo" və "Skaniya" maşınlarının bazasında yığılmış "fil"lər təyyarələrin rullarına qanadlarına, təkərlərinə və başqa hissələrinə buzları təmizləmək üçün xüsusi mayelər vurular.

Aysel
Source : faktxeber
Comment