0
Friday 17 December 2010 - 15:58

Gürcüstanda hicab qagağası lənətləndi

Story Code : 47131
İslam-Azeri.az İnternet Qəzetinə Gürcüstandan verilən məlumata görə, yürüşdə Gürcüstanın müxtəlif bölgələrindən, o cümlədən Tbilisi, Qardabani, Rustavi, Bolnisi, Dmanisi və Marneulidən çox sayda inanclı müsəlmanlar qatılmışdır.

Yürüş iştirakçıları “Əhli- Beyt (ə)” cəmiyyətinin ofisi önündə toplaşaraq İmam Əli (ə) məscidinə qədər piyada getiblər. Yol boyu mərsiyələr səsləndirilibdir.

Yürüş zamanı Azərbaycanda hicaba olunan qadağa pislənib.

Nümayişdə iştirakçılar əllərində “Hicab qeyrət və namus rəmzidir” şüarı yazılmış plakatlar tutmuşdurlar.

İştirakçılar yürüş boyunca hicabı qadağa edənlərin əleyhinə şüarlar səsləndirərək, onları lənətləyiblər.

Yürüş Marneuli İmam Əli (ə) məscidində sona çatıb. İmam Əli (ə) məscidinin önündə çıxış edən Seyyid İsmayıl Əsədov çıxışında Kərbəla hadisəsini təhlil edərək bildirib: "İmam Hüseyn (ə)- ın Kərbəla qiyamındakı hədəfi İslami dəyərlərini yaşatmaq idi". Seyyid İsmayıl, hicaba qarşı çıxmağı İslama qarşı çıxmaq kimi dəyərləndirib.
Source : islam-azer
Comment