0
Sunday 19 July 2015 - 08:31

Nardaranda möhtəşəm bayram namazı qılındı

Story Code : 474568
Bu gün İyul ayının 18-i Şəvval ayının 1-i "Müqəddəs Ramazan - Fitr bayramı" günüdür. Bu mübarək günlə əlaqədar olaraq ölkəmizin bütün rayon və şəhərlərində,o cümlədən paytaxt Bakı şəhərinin müxtəlif məscid və Hüseyniyyələrində "Fitr bayramı" namazı qılınmışdır.

Bu gün Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım (s.ə) ziayarətgahının Hüseyniyyəsinin həyətində, açıq səma altında "Mübarək Ramazan – Fitr bayramı" namazı qılındı. Bayram namazını qılmaq üçün ziyarətgahın Hüseyniyyəsinə ölkəmizin müxtəlif bölgələrindən gəlmiş minlərlə kişi və qadın cəm olmuşdu.
Source : Nardaranpiri.com
Comment