0
Sunday 11 September 2016 - 11:47

Nigeriyada "Şeyx Zəkzəkiyə azadlıq!" şüarı ilə mitinqlər davam edir

Story Code : 566715
Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin qanunsuz olaraq, həbsdə saxlanılması münasibətilə mitinqlər davam edir.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Kaduna şəhərindəki Sultan Bello məscidinin qarşısında toplaşan Nigeriya İslam Hərəkatının üzvləri "Şeyx Zəkzəkiyə azadlıq!" şüarı ilə yürüş mitinqinə başlayıblar.

Nümayişçilər ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəki və xanımı ilə yanaşı, İMN fəallarının qanunsuz olaraq həbsdə saxlanılmasını qınayıblar. Aksiyada hökumətdən Zariya qətliamını törədən ordu rəsmilərinə qarşı tədbir görülməsi tələb olunub.
Source : Deyerler,islamicmovement.org
Comment