0
Thursday 29 September 2016 - 08:15

Qazaxıstanda müsəlman geyimləri festivalı keçirilib

Story Code : 571209
Maide.Az xəbər verir ki, festivalda digər dinlərin nümayəndələri ilə birlikdə yüzlərlə insan iştirak edib.

Tədbirin keçirilməsindən məqsəd uzaq bölgələrdə yaşayan müsəlmanlara islam modasını nümayiş etməkdir.

Festival zamanı əsas diqqət qazaxıstanlı istehsalçıların təqdim etdiyi geyimlərin üzərində olub.

Festivalda modadan əlavə zinət, interyer, kosmetika və əl işləri təqdim olunub.

Festival təşkilatçılarından Zeyli Kalkulova bildirib ki, burada nümayiş olunan geyimlər, təkcə müsəlman qadınlar üçün yox, bütün qadınlar üçün nəzərədə tutulub. İndi gözəl geyimləri əsasən istedadlı müsəlman dizaynerlər tikirlər.

Festivalda Çeçenistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan nümayəndələri də təmsil olunurlar.
Source : Maide
Comment