0
Thursday 13 October 2016 - 22:09

Gürcüstan imam Həsən (ə) məscidində möhtəşəm Aşura mərasimi qeyd olundu

Story Code : 575282
Məclis, məscidin imam camaatı Məşədi Fuad İsayeivin quran qiraəti və duası ilə başlandı. Daha sonra məscidin axundu Hacı Qurban Murquzov Həzrət İmam Hüseyn (ə) və kərbəla qiyamının hədəf və məqsədlərində söhbət açaraq xütbə söylədi.

Məclis, Əhli-beyt (ə) və Kərbəla şəhidlərinin şəninə oxunan nohə və sinəzələrlə sona çatdı.

Qeyd edək ki, Gürcüstanın bir çox şəhər və kəndlərində Məhərrəmlik mərasimləri Hüseynsevər müsəlmanların iştirakı ilə bu il daha da izdihamlı şəkildə keçirilib
Source : Maide
Comment