QR CodeQR Code

Hindistanlı əsgərlər Kəşmirdə daha 3 müsəlman öldürdülər

Deyerler , 9 Dec 2016 16:17

Islamtimes - Hindistan işğalı altında olan Kəşmir bölgəsindəki müstəqillik tərəfdarlarıylatəhlükəsizlik qüvvələri arasında çıxan qarşıdurmada 3 nəfər öldürülüb.


Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən bir polis rəsmisi açıqlamasında, Hindistanın hüquq-mühafizə qüvvələrinin Kəşmirin cənub bölgəsini təhlükəsizlik zolağına almasından sonra qarşıdurmaların baş verdiyini deyib.

Rəsmilər öldürülən 3 nəfərin Pakistandakı Ləşkəri Tayyibə təşkilatına mənsub olduğunu qeyd ediblər. Ancaq on minlərlə insan bölgədə vətəndaşları günahsız yerə qətlə yetirdiyi üçün Hindistan hökuməti əleyhinə küçələrə axışıblar. Hindistan hökuməti bölgədə mobil rabitəni və interneti kəsib.

Nümayişçilər öldürülən vətəndaşların Kəşmirin cənubundakı Kulqam rayonundan olduğunu bildiriblər.


Story Code: 590074

News Link :
https://www.islamtimes.org/az/gallery/590074/1/hindistanlı-əsgərlər-kəşmirdə-daha-3-müsəlman-öldürdülər

Islam Times
  https://www.islamtimes.org