Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən bir polis rəsmisi açıqlamasında, Hindistanın hüquq-mühafizə qüvvələrinin Kəşmirin cənub bölgəsini təhlükəsizlik zolağına almasından sonra qarşıdurmaların baş verdiyini deyib.
Rəsmilər öldürülən 3 nəfərin Pakistandakı Ləşkəri Tayyibə təşkilatına mənsub olduğunu qeyd ediblər. Ancaq on minlərlə insan bölgədə vətəndaşları günahsız yerə qətlə yetirdiyi üçün Hindistan hökuməti əleyhinə küçələrə axışıblar. Hindistan hökuməti bölgədə mobil rabitəni və interneti kəsib.
Nümayişçilər öldürülən vətəndaşların Kəşmirin cənubundakı Kulqam rayonundan olduğunu bildiriblər.