0
Tuesday 10 October 2017 - 15:27

Yüzə yaxın İŞİD-çi Peşmərgəyə təslim olub

Story Code : 675604
İslaminSesi.info əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, son həftədə onlarla İŞİD üzvü Kərkük əyalətinin əl-Həvica qəzasında aparılan əməliyyatlar nəticəsində kürdlərin Peşmərgə qüvvələrinə təslim olublar.

Təslim olanlar arasında əcnəbi İŞİD-çilər də var.

Qeyd edək ki, əl-Həvicada əməliyyatı İraq Ordusu və Haşdu-Şabi aparırdı. İŞİD üzvlərinin İraq Ordusuna deyil, Peşmərgəyə təslim olması bir çox ekspertlərin diqqətini cəlb edib.

Peşmərgə bildirir ki, Həvica əməliyyatı başlayandan indiyə qədər onlar minə yaxın İŞİD üzvünü nəzarətə götürüblər. Onlardan böyük əksəriyyəti qaçqınların arasına girib qaçmaq istəyənlər imiş və az bir qismi təslim olanlardır.

Haşdu-Şabi rəsmiləri bu qənaətdədirlər ki, Peşmərgəyə təslim olan İŞİD üzvləri digər zamanlarda onlara qarşı yenidən səfərbər edilə bilər.

Bundan əlavə İraq cinayət məcəlləsində terrorda ittiham edilən şəxs edam edilməlidir. Eyni qanun İraqın ərazisi sayılan Kürdüstan Muxtariyyətində də keçir. Lakin son aylarda istiqlaliyyət referendumundan dolayı Mərkəzi Bağdadla Ərbil arasında yaranan ciddi gərginlik, bəzi ekspertlərin rəyinə görə əsir düşən İŞİD-çilərin vəziyyətinə də “müsbət” təsir göstərə bilər.
Source : Islaminsesi
Comment