QR CodeQR Code

Gürcüstanda Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud mərasimi keçirilib

İslamazeri , 8 Mar 2018 22:31

Islamtimes - Gürcüstanda Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə mərasimlər keçirilməsi nəzərdə tutulub.


İslamazeri.com xəbər verir ki, dünən ilk tədbir Marneuli rayonunun Alget kəndində yerləşən “Mahmudoğlu” şadlıq sarayında BGMİnin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə mərasim şəkilində keçirilib.
Xanımların iştirak etdiyi mərasimdə Qurani-Kərimin tilavətindən sonra Hz. Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından söhbətlər edilib.

Çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və din müəllimələri Cənnət xanımı “Hz. Zəhranın (s.ə) simasında İslamda ailə mədəniyyəti” və “nümunəvi qadın” mövzularında ətraflı məlumatlar veriblər.
Bayram süfrəsi ətrafında təşkil olunan mərasimdə məddah Səid Həsən ilahilər oxuyaraq, şeir və qəzəllər deyib.

Sonda xanımlar arasında viktorina əşkil olunub, qaliblərə, həmçinin Fatimə və Zəhra adlarını daşıyıcılarına hədiyyələr təqdim olunub.

Qonaqlara jurnal, təqvim və posterlər verilib.


Story Code: 710067

News Link :
https://www.islamtimes.org/az/gallery/710067/1/gürcüstanda-xanım-fatimeyi-zəhranın-s-ə-mövlud-mərasimi-keçirilib

Islam Times
  https://www.islamtimes.org