QR CodeQR Code

İsrailin Qəzzada növbəti qətliamı:12 şəhid, 600 yaralı

Maide , 1 Apr 2018 23:53

İslamtimes - İsrail əsgərləri fələstinlilərə qarşı həqiqi güllələrdən istifadə edir


Xəbər verdiyimiz kimi, bu gün Fələstində işğalçı İsrail rejiminə qarşı müqavimətin simvolu olan "Torpaq Günü"nün 42-ci ildönümünə həsr olunmuş "Böyük Qayıdış Yürüşü" keçirib.

Maide.Az "dunyabulteni"xəbər verir ki, sionist İsrail rejiminin əsgərləri odlu silah və göz yaşardıcı qazlardan istifadə etməklə yürüş iştirakçılarını dağıtmağa çalışıb.

Məlumata görə, İordan çayının qərb sahili və Qəzza zolağında vəziyyət cümə namazından sonra daha da gərginləşib.Fələstinli qaçqınların evlərinə dönüş haqqını dəstəkləmək məqsədilə aksiyaçıları İşğalçı İsrail rejiminin rəhbərliyi odlu silahlarla vurmaq əmrini verib.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında görə, aksiya iştirakçılarına hücum nəticəsində indiyədək 12 nəfər şəhid olub , 600-dən çox fələstinli isə yaralanıb.

İsrailin Hüquq müdafiə təşkilatı olan "B'Tselem" İsrail ordusunun Qəzzadakı fələstinli aksiyaçılara atəş açmasını kəskin şəkildə tənqid edən bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, İsrail rəsmiləri Qəzzadakı humanitar böhranın qarşısını almır, öz haqlarını tələb edən nümayişçiləri isə sabotajçı qismində görür. Qəzzanı “müharibə bölgəsi” hesab edən işğalçı İsrail əsgərləri fələstinlilərə qarşı həqiqi güllələrdən istifadə edirlər.

Qeyd edək ki, dünən keçirilən etiraz aksiyasında da hərbçilərin atəş açması nəticəsində 3 fələstinli yaralanıb.


Story Code: 715139

News Link :
https://www.islamtimes.org/az/gallery/715139/1/israilin-qəzzada-növbəti-qətliamı-12-şəhid-600-yaralı

Islam Times
  https://www.islamtimes.org