QR CodeQR Code

Hicab məhbusları azadlığa çıxdılar

5 Apr 2018 17:20

İslamtimes - 2012-ci il 5 oktyabrda orta məktəblərdə hicab məhdudiyyətinin ləğv edilməsi tələbilə həbs olunan şəxslərdən 3 nəfər; Ağadadasov Tərlan, Rövşən Allahverdiyev və İlham Hətəmov bu gün azad olunublar.


Gununsesi.info xəbər verir ki, onlar bu gün saxlanıldıqları cəza çəkmə müəssisələrində 5 il 6 ay həbs müddəti bitdikdən sonra buraxılıblar.

İslamazeri.com-a münasibət bildirən Tərlan Ağadadaşov “Bizim kimi digər ruhani və dindar qardaşlarımız, bütün nahaqqdan həbs olunanların azad olunmasını Allahdan diləyirəm. Bu günə qədər bizlərə mənəvi, maddi dəstək verənlərə təşəkkürümü bildirirəm. Hazırda Biləcəridəki evimdəyəm, gəl-get edən qohum tanışları qarşılayırıq. Mən “Tubzon”dan, Rövşən Allahverdiyev və İlham Hətəmov da, həbsdə olduqları CÇM-lərindən buraxılıblar. Oktyabr aksiyasında bizimlə birlikdə həbs olunan 3 nəfər həbsdə qalıb. İnşəllah Allah onların da qapısını açsın.”, -deyə bildirib.

Qeyd edək ki, 5 oktyabr 2012-ci ildə keçirilən hicab qadağasına etiraz aksiyasında həbs olunan 3 nəfər; Davud Kərimov, Telman Şirəliyev və Elşad Rzayev 6 ay sonra azad olunacaqlar.


Story Code: 715862

News Link :
https://www.islamtimes.org/az/gallery/715862/1/hicab-məhbusları-azadlığa-çıxdılar

Islam Times
  https://www.islamtimes.org