0
Saturday 5 May 2018 - 17:46

Bakıda "Zühurun İntizarında" adlı mövlud tədbiri keçirilib - FOTO

Story Code : 722628
İslaminSesi xəbər verir ki, tədbiri giriş sözü ilə açan AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova qonaqları salamlayaraq, bayramlarını təbrik edib. Daha sonra çıxışına davam edib: "Bu əziz gün, dünyanı nura bürüyən gündür. Bu münasibətlə xanım Fatimeyi Zəhra (ə) - ı Əhli-beyt sevərləri təbrik edirəm”.

Tədbirdə bir çox ziyalılar çıxış ediblər. Onlar zühurun intizarında görüləcək əməllərdən bəhs ediblər. "Qələmin Sədası" ədəbi birliyinin üzvləri Mərifət xanım, Nazilə Sədi şeirləri ilə mərasimə rəng qatıblar. Daha sonra ilahiyyatçı xanım Aynurə Kazımova zühurun gerçəkləşməsi üçün görüləcək işlərdən bəhs edərək bildirib ki, bu dönəmdə üzərimizə həddindən artıq məsuliyyət düşür. Möminlər bu zaman kəsiyindən var qüvvələri ilə faydalanmalıdırlar. Qeybət dövrünün səadət və nemət olduğu xüsusi vurğulanıb.

Daha sonra məclisdə "Fatimə" jurnalının redaktoru Kəklik xanım Heydərzadəyə söz verilib. O, bildirib ki, bu gün həqiqətən mübarək gündür. Mövlud günü münasibəti ilə tədbir iştirakçılarına "Fatimə" jurnalı bəxş olunub və "Qələmin Sədası" ədəbi birliyinin üzvləri mükafatlandırılıb.

Tədbir digər iştirakçıların çıxışları və şeirlərlə davam etdirilib.
Source : Islaminsesi
Comment