QR CodeQR Code

Nigeriya xalqı paytaxt küçələrində Şeyx Zəkzəkiyə azadlıq tələb etdi

Deyerler , 4 Jul 2018 22:10

Islamtimes - Nigeriya xalqı iyunun 4-ü ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması üçün növbəti mitinqini keçirib.


Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, paytaxt Abucada küçəyə çıxan nigeriyalı müsəlmanlar Şeyx Zəkzəki və xanımı barədə federal ali məhkəmənin qəbul etdiyi qərarın icra olunmasını və şeyxin dərhal azadlığa buraxılmasını tələb ediblər. Nümayişçilər Şeyx Zəkzəkinin heç bir ittiham irəli sürülmədən həbsdə saxlnılmasının onun səhhətinə pis təsir etdiyini və şeyxin səhhətinin pisləşməsinə görə Nigeriya rəhbərliyinin məsuliyyət daşıdığını bildiriblər.
 
Nümayişçilər tələbləri yerinə yetirilənə qədər etirazlarına davam edəcəklərini bildiriblər.
 


Story Code: 735740

News Link :
https://www.islamtimes.org/az/gallery/735740/1/nigeriya-xalqı-paytaxt-küçələrində-şeyx-zəkzəkiyə-azadlıq-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org