0
Wednesday 30 January 2019 - 14:32

Bakıda siyasi məhbus ailələrinin iştirakı ilə tədbir keçirilib

Story Code : 775153
Maide.Az  “Vetenugrunda.az” saytına istinadən xəbər verir ki, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (QAUİMH) sədri, Qarabağ qazisi Hacı Rövşən Əhmədlinin təşkilatçılğı ilə keçirilən tədbirdə inanclılar və siyasi məhbus ailələrinin üzvləri iştirak edib. 
 
Tədbirdə çıxış edənlər Həzrət Fatimeyi Zəhranın (ə.s) ömür yolundan, onun mübarizəsindən danışıb.
 
Qeyd edək ki, o, Həzrətin şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2019-ci il yanvar ayının 20-i -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2019-ci il fevral ayının 9-u -Peyğəmbərin (s) vəfatından 95 gün sonra).
 
Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün müddətində əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayır. 
Source : Maide
Tagged
azərbaycan
Comment