QR CodeQR Code

Gürcüstan küçələrində İmam Hüseynin şəhadətilə bağlı başsağlığı mesajı

az.shafaqna , 22 Aug 2020 18:58

İslamtimes - Gürcüstanın Marneulinin mərkəzi küçələrində meriaya aid stendlərdə İmam Hüseynin (ə) şəhadətilə bağlı başsağlığı mesajı yayımlanıb.



Bunu saytımıza Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov bildirib.
Az.shafaqna.coma açıqlamasında Hacı Ramin İgidov qeyd edib ki, Gürcüstanda  Dini Məsələlər üzrə Dövlət Agentliyi qurularkən Gürcüstan Müsəlmanları İdarəsi onların vasitəsilə dövlətin dini təqvimində müəyyən İslama aid dini bayramların qeyd olunmasına çalışıb.
“Əvvəlcə Qurban bayramı və Ramazan bayramı təqvimə salındı. Sonra bir çox bayramlar xüsusilə Peyğəmbərimizin, İmam Əli, Fatimeyi Zəhra, İmam Hüseynin, Həzrət Mehdinin doğum günləri, eyni zamanda Məbəs və Qədir Xum bayramları da təqvimə salındı.Bundan sonra məhərrəmliklə bağlı müraciət etdik. Məhərrəmlik də yas olaraq qeyd olundu.”, – deyə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov qeyd edib.
Din xadiminin bildirdiyinə görə, bundan əvvəl dini bayram münasibətilə bir neçə dəfə bu cür  stendlər  Marneuli, Qardabani, Acaranın bir neçə şəhərində mərkəzi küçələrdə yerləşdirilib.
 


Story Code: 881905

News Link :
https://www.islamtimes.org/az/gallery/881905/1/gürcüstan-küçələrində-imam-hüseynin-şəhadətilə-bağlı-başsağlığı-mesajı

Islam Times
  https://www.islamtimes.org