QR CodeQR Code

Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi - FOTO

Maide , 31 Jan 2021 11:42

İslamtimes - İslam İnqilabının 42-cı ildönümü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü günündə bu gün səhər Ali Rəhbər Ayətullah Xamenei mərhum İmamın müqəddəs məqbərəsini ziyarət edib.


Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyyid Əli  Xamenei cənabları İslam İnqilabının banisinin yüksək məqamını «Fatihə» surəsini oxumaqla əziz tutub. Məzarının yanında Quran oxuyub və namaz qılıb. 
 
Daha sonra Ali Rəhbər “Yeddi Tir” şəhidlərinin məzarını, Hərəm müdafiəçiləri və  “Şəhidlər Gülüstanı”nı ziyarət edərək şəhidlərin pak ruhlarının uca dərəcələrə çatması üçün dualar edib. 


Story Code: 913414

News Link :
https://www.islamtimes.org/az/gallery/913414/1/ayətullah-xamenei-imam-xomeyninin-r-ə-məqbərəsini-ziyarət-etdi-foto

Islam Times
  https://www.islamtimes.org