0
Monday 31 August 2009 - 22:36
Hacı Əhliman Rüstəmov

ALLAH BUYURUR KI, ORUC TUTAQ VƏ ÜMID BUDUR KI, GƏLIB TƏQVA MƏRHƏLƏSINƏ ÇATAQ…

Story Code : 10865
ALLAH BUYURUR KI, ORUC TUTAQ VƏ ÜMID BUDUR KI, GƏLIB TƏQVA MƏRHƏLƏSINƏ ÇATAQ…
- Hacı, orucluğun sosial-ictimai faydalarından söz açarkən onlardan hansı nümunələr günümüz üçün daha aktualdır?

- Orucluqda ac qalma və cismi cəhətdən zəifləmə olsa da, mənəvi və ruhi cəhətdən bütün oruc tutanların hamısında canlanma olur. Bu mənəvi və ruhi canlanma da görürsən ki, ac qalmalara üstün gəlir. Elə adi bir məscid səviyyəsində götürəndə, orucluqda hətta sübh namazına gələn insanların sayında çox fərq edir. Şam namazına gələnlər də həmçinin. Yeni bir ab-hava əmələ gəlir. Cəmiyyətdə isə müsəlmanların vəhdəti cəhətdən, bir-biriləri ilə tez-tez görüşmələri cəhətindən, istər məscidlərdə, istərsə də iftar süfrələrində - bu cəhətdən də xeyli ictimai faydaları vardır. Hətta adi günlərdə bir çox insanlarda görülməyən hərəkətlər bu ayda görünür. Məsələn ehsan edirlər və s.

- Ramazan ayının insanların gündəlik həyatlarına hansı təsirləri olur?

- Mənəvi həyatla bağlı bu barədə bəzi nöqtələrə toxunduq. Amma orucluq haqında elə Quranın özündəki ayədə Allah Təala buyurur ki, sizə oruc vacib oldu. Necə ki, sizdən qabaqkılara da vacib olmuşdu. Məqsəd də burada sizi təqvalı eləməkdir. Ümid var ki, təqvalı olasınız. Yəni, tək orucla təqvalı olmaq olmaz. Ayədəki “Ləəlləkum təttəqum”un mənasından bir məqsəd də budur ki, bir orucla bütün məsələlər həll olunmur. Bəzən bizim cəmiyyətimizdə də belə bir fikir formalaşır. “Ləəlləkum təttəqum”da Allah buyurur ki, oruc tutaq və ümid budur ki, gəlib təqva mərhələsinə çataq.

- İnsanı maddi aləmə çəkən nədir? Niyə insanların çoxu mənəvi aləmdən qopur? Baxmayaraq ki, Uca Rəbbimiz haqqa bağlılığı hər bir insanın fitrətində qoyub.

- Allah rəhmət eləsin Seyyidi. Seyyid Əzim Şirvanin bir şeri var. Həmin şerin bir yerinə gəlib çatanda deyir;


Bu sərin çeşmə əzəldən bulanıb, ey qafil,
Gör kimə tabe olursunuz, Mövla kim idi?


İnsanın İlahidən uzaqlaşmasının səbəbi çeşmənin əvvəldən bulanmasının nəticəsidir. Hər şeyin insanda təsiri var.

- Hacı, ilk orucunuzu, ilk namazınız necə xatırlayırsınız?

- Ailəmiz dindar olub. Ona görə də dəqiq xatırlamıram. Çünki insan bu əməllərə həddi-buluğ həddində başlayanda yadında qalır. Amma, əlhəmdulillah, Allah qəbul eləsə, bizdə bu dövrdən qabaq başlanılıb. Özü də uşaq yaşlarından. Artıq üçüncü sinifdə oxuyanda Quranı tam oxuyub bitirmişdim. Amma bir şey dəqiq yadımdadır. Mənə oruc vacib olan ildə orucluq iyul ayında idi. Təqribən 17 saat, bir az da bəlkə çox idi günün uzunluğu. Hava da çox isti idi. Burası yadımdadır ilk vacib orucum belə vaxta düşüb.

- Müsahibəyə görə təşəkkür edirik!
Source : “Dəyərlər” AİN
Comment