QR CodeQR Code

İslamı qəbul edənlərlə müsahibə 1

Xilas yolçuları - Anton Vesninlə müsahibə

Islamtimes , 12 May 2012 00:28

İslamtimes - Mən Anton Vesninəm. 1984-cü ildə Rusiyanın Kurqan şəhərində doğulmuşam, ancaq lap çoxdandır Moskva şəhərində yaşayıram.


islamtimes.org/az/ - Redaksiyamız İslamı qəbul edən rusiyalılarla imkan düşdükcə oxucularımızı tanış etmək qərarına gəlib. Vaşinqton, London, Berlin, Tel Əviv və Moskvadan olan bir qrup ekspertlərin yekdil fikrincə rus şiələrinin sayı cəmiyyətdə çoxalarsa, mövqeləri güclənərsə və hakimiyyətə gələrsə, Rusiya dünyada ən qüdrətli Ölkəyə çevriləcək, xalqı isə ən firəvan həyat tərzinə malik xoşbəxt xalq olacaq.

İlk müsahibimi Sizə təqdim edirəm.

- Zəhmət olmasa özünüz haqqında ətraflı məlumat verin :
Mən Anton Vesninəm. 1984-cü ildə Rusiyanın Kurqan şəhərində doğulmuşam, ancaq lap çoxdandır Moskva şəhərində yaşayıram. Peşəmə görə proqramistəm (yəni kompüterdə proqramları tərtib edən mühəndis). Son zamanlar şirkətlərin (Project Manager) birində proqram tərtib edən proseslərə rəhbərlik edirəm. Eləcə də İslam elminin öyrənilməsi mərkəzi sayılan Qum şəhərində bir nçə illik təhsilə malikəm. İctimai fəaliyyətimin sonuncu layihələrimdən http://imam-ali.ru/ və İslamın müxtəlif aspektləri haqqındakı video-mühazirə kurslarını misal göstərə bilərəm.

- İslama qəbul edənə qədər Allah inanırdınız ?

Bəli, inanıırdım. Demək olar ki, orta səviyyədə inanclı xaçpərəst idim. Mütəmadi Kilsəyə gedib bütün İncili oxudum.

- İslamı qəbul etməyinizin səbəbi nə oldu ? mümkünsə təfsilatı ilə

Əsasən kitablar. Bir də İncilin mətnləri ilə tanışlıqdan sonra şəxsi baxışlarıma görə bəzi qeyri qənaətbəxş Pravoslav doktrinası. Şəxsi baxışlarıma görə müasir Kilsə tədrisi Yazılan mətnlərdən çox uzaqdır, hətta biz – müsəlmanlar bu Yazılanlara daha çox yaxınıq. Dəqiqliklə oxuduğum kitabların adını söyləməyə çətinlik çəkirəm, çünki bu 2001-ci ildə baş verib və bu müddət ərzində unutmuşam. Dəqiq deyə bilərəm ki, Ali Polosin (red. : Əli Vyaçeslav Serqeyeviç Polosin – İslam dinini qəbul etmiş görkəmli ictimai xadim, Rusiya tarixində açıq aşkar İslamı qəbul etmiş keşiş) və Əhməd Didatın (red. : İslamı qəbul edən hindli xadim) yaradıcılıqları məndə önəmli təsir qoyub.

- Sizin ətrafınız dini seçiminizə necə münasibət göstərirlər ?
İndi artıq bunu seçim adlandırmaq çətindir, nəhayət hamı müsəlman olmağıma vərdiş edib, zənnimcə İslama qədərki dövrümü belə çox az adam xatırlaya bilir ona görə ki, artıq 10 ildir keçib. İlk zamanlar əlbəttə kimlərsə təəcüblənir və hiddətlənirdi, ancaq sonralar hər şey qaydasına düşdü.

- Özünüzü İslamın hansı məzhəbinə aid edirsiniz ?
Mən şiəyəm – 12 imamın (s.s.) davamçısı. Sual isə heç də düzgün qoyulmayıb. Şiəçiliyi hüquqi məktəb adlandırmaq olmaz, çünki bu kamil tədrisdir, “məzhəb” adlandırılan heç bir şeylə müqayisə olunmaz dərəcədə kamildir. Bizim müctəhidlərimiz arasında xırda fikir ayrılığı ola bilər, ancaq dəyərlər ayrılığa və ixtilafa zəmin yaradacaq qədər deyil, sadəcə xırda fikir ayrılığı.

- İslamı qəbul etdikdən sonra həyatda nələrdən imtina etməklə qarşılaşdınız ?
Demək olar heç bir şeylə. Bircə ərzaq məhsullarını diqqətlə seçmək lazım gəlir ki, haram sayılan məhsullar nəzərimdən kənar qalıb zənbilə qoyulmasın. Şəraba qarşı mən əvvəldən laqeyid idim, onda nə fayda, nə məna, nə də əyləncə görürdüm.

- Evdə it saxlayırsınız ?

Xeyir, saxlamıram. Hesab edirəm ki, bu faydasız və əməli baxımdan son dərəcə əlverişsizdir.

- Quran oxuyursunuz ?

Bəli, əlbəttə.

- Sizcə sünniçiliklə şiəçilikdən nə ilə fərqlənir ?
Bir tərəfdən bu İslamda iki istiqamətə bənzəyir, digər tərəfdən – fərq çox böyükdür. Demək olar dini tədrisin bütün bölmələrində bu fərq var. Dərhal onu deyim ki, mən “sünni” ifadəsinin istifadəsinin qəti əleyhinəyəm, çünki Allahın Rəsulunun (s.) əsl davamçıları, sünnəsi biz – şiələrik. Əgər digərlərini sünni adlandırsaq onda onları Ömərin sünnəsi adlandırmalıyıq. Mahiyyət etibarılə əsas fərq burda ondadır ki, Allahın əmri ilə biz Peyğəmbərin ailəsindən olan imamların davamçılarıyıq (Allahın salamı olsun onlara !).

Onlar isə hakimiyyəti uzurpasiya edən və ədalətsiz insanların davamçılarıdır. Nəticədə İslam haqqındakı təsəvvürlərimiz son dərəcə fərqlidir. Eləcə də onların hakimiyyətdəkiləri tədris edilənlərdən heç bir şey anlamadılar, yalnız öz cibləri, şəxsi mənafeləri və hakimiyyətləri haqqında düşündülər, öz davamçılarının suallarını da onlara müvafiq cahilcəsinə cavablandırırdılar. Nəticədə əfsuslar olsun ki, bizdə İslam cərəyanları meydana gəldi. Onların yanlış təsəvvürlərinə görə guya Allah səmada kürsüdə oturub, əlləri, ayaqları var, bir yerdən başqa yerə gedir, habelə bizim əməllərimizi əvvəlcədən müəyyən edir, sonra da elə bu əməllərimizə görə bizi cəzalandırır, sözüs bu xəstə sayıqlama Allaha qarşı ədalətsizlikdir. Bu bizim imamlarımızın bizə öyrətdikləri həqiqətlərdən çox uzaqdır. Qoy hər kəs Nəhcül Bəlaqədən və Səhih Əl Buxaridən nümunə götürsün, Allah haqqında bu kitablardakı hədislərdən oxusun və sonra da özü özü qarşısında cavab versin Allah haqqında hansı daha çox həqiqətə uyğundur.

Eləcə də ictimai münasibətlərlə bağlı bizim fərqimiz çox böyükdür. Əslində özünü “əhli sünnə və camaat” adlandıranlar başqa xalqların baxışlarında İslam haqqında olan təsəvvürləri korlayıblar. Məhz onların davranışları hesabına hamı müsəlmanı terror və qətllərlə eyniləşdirir. Ekstremizm dalğasının arxasında duran və ilhamlandıran Ömərçilik təriqətini İslamda hansısa yeni istiqamət hesab etmək səhv olardı.

Əminəm ki, bu Ömərçiliyin mahiyyəti başqalarına qarşı tamamilə dözümsüzlük və qanlı terrordan ibarətdir. Bu mahiyyət öz başlanğıcını Əbu Bəkr bin abi Kühəfi və ya Ömər bin Al Həttab kimi rəhbərlərdən götürüb. Xatırlatmaq yerinə düşərdi ki, Əbu Bəkr hakimiyyəti uzurpasiya etdikdən sonra bəzi adamlar ona zəkat verməkdən imtina etdi. Məsələn, Bəni Səlim qəbiləsi və b. O zaman Əbu Bəkr nə etdi ? O, zəkat verməyənləri inancsız elan edib, Xalid ibni Vəlidi onların üstünə yollayaraq qətlə yetirməyi əmr etdi. Həm də necə qətlə yetirmək ?

Ət Təbəri “Ər Riad Ən Nadra Fi Mənakib Əl Aşara” kitabında yazır ki, Xalid ibni Vəlidi Bəni Səlim qəbiləsinin adamlarını bir yerə toplayaraq od vurub yandırırdı. (red.: 2011-ci ilin iyul ayında eyni üsulla Bəhreynin qəsəbələrinin birində səudiyyə cəlladları 103 şiə qadınını eyni qaydada, diri diri yandırıb məhv etmişdi, ancaq bu barədə hamı susdu) Sadəcə olaraq bu ifadələri bir düşünün ! İnsanları Abu Bəkrin hakimiyyətini tanımaqdan və ona zəkat verməkdən imtina etdikləri üçün yandırmaq. Və yə Allahın Rəsulunun tərəfdarı olan Malik Bin Nuveyrinin öldürülməsini yada salaq. Nuveyri Abu Bəkrin hakimiyyətini tanımaqdan və zəkat verməkdən imtina etdi. Malik öz inancından imtina etmir, çünki onu əsir alan zaman hamı ilə birlikdə namaz qılır. İnancı olmayan necə namaz qıla bilərdi ?

Əl Valid Maliki öldürüb arvadını özünün köləsinə çevirir. Bu barədə Tarix Ət Təbərinin ikinci cildindəki tarixi monoqrafiyasında baxmaq olar. Ömər bin Əl Xəttab Peyğəmbər (s) qızı Fatimənin (ə) evini ancaq ona görə yandırmaq istəyirdi ki, Əli (ə) Əbu Bəkrə beyət etməkdən imtina edir. Məgər Ömər deyildimi Peyğəmbərin (s) qızı Fatiməni (ə) qapının arasına qoyub yaraladı ? Siz necə fikirləşirsiniz, bu cür “mürtəce xəlifələrin” davamçılarından terrordan başqa daha nə gözləmək olar ki ?

Mən anlamıram nə üçün insanlar bu cür xəlifələrin davamçılarının terror aktından təəcüblənir bir halda ki, elə əvvəldən onların məramı, niyyəti və dəyərləri məhz qətllərə, terrora, vəhşiliklərə əsaslanıb. Bir halda ki, Əbu Bəkrin davamçıları dünyaya belə bir “İslam” təqdim edirlər o zaman dünyanın müsəlmanlara qarşı nifrətindən nə üçün təəcüblənməliyik ?

Ona görə əsl müsəlmanlarolan biz şiələrin üzərinə əlavə öhdəlik düşür. Biz dünya ictimaiyyətinə anlatmalıyıq ki, bəkrizm və ömərizm özlərini islam adlandırsalar da əslində İslamla heç bir əlaqələri yoxdur və Allah yolundan uzaqdırlar. Sadəcə olaraq tarixə baxmaq və məntiqi qərar çıxartmaq yetərlidir ki, Allahın Rəsulunun məhz ideologiyaya görə kimisə öldürülməsinə əmr vermədiyini görə bilək. Müqəddəs Quranın 256-cı ayəsinin 2-ci surəsində buyrulur ki, dində məcburiyyət yoxdur. Peyğəmbərin (s) demək olar bütün müharibələri məcburiyyətdən doğurdu. Ya düşmənlər əraziləri zəbt etmək məqsədilə həmlə edərkən ya da müdafiə altında olan ərazilərə hücum edərkən döyüş məcburiyyəti yaranırdı. İmam Əli (ə) Malik Əjdəri Misrin rəhbəri təyin etdikdə ona yazmışdı : “Unutma ki, idarə edəcəyin insanlar iki qrupa bölünür : sənin din qardaşların və sənin kimi Allah tərəfindən yaradılanlar” . Bu gözəl ifadələri Nəhcül Bəlağə toplusunda da tapmaq olar. Əsl İslam hər kəsə ədalət və xoşbəxtlik yolunu öyrədir, indi sadəcə bunu ictimiyyətə çatdırmaq qalır.

Əgər insanlar, əsl İslam yolu olan Məhəmməd (s) və əhlibeyti (Allahın salamı olsun onlara) ilə ömərçilik ekstremizmi arasındakı fərqi anlasalar və dərk etsələr o zaman, qeyri müslmanlar arasında İslam daha sürətlə və uğurla yayıla bilər. Odur ki, hər bir şiə üçün bu fərqi heç olmazsa öz ətrafında, mümkün olarsa daha böyük auditoriyada izah etməsi vacib öhdəlikdir.

- Əfsuslar ki, Rusiyada millətçilik və ksenofob ovqatı güclüdür. Millətçilər və skinhedlər müsəlmanlara qarşı aqressivdir. Sizcə bu nifrət müsəlmanlara qarşı onların qafqazlı və orta asiyalı olması ilə bağlıdı yoxsa məhz İslam dininə qarşıdır ?

Şəxsən mən güclü millətçilik ovqatını müşahidə etmirəm. Yəqin bu onunla bağlıdır ki, mən özüm milliyətcə rusam, Rusiyada yaşayıram və özümə qarşı bu aqressiyanı hiss etmirəm. Əlbəttə, millətçilər var, amma məncə bu elə də çox deyil və cəmiyyətdə sürətlə yayılmır. Müxtəlif səs küy olur, necə ki, bir futbol fanatı öldürüldükdən sonra Manejnıy meydanında mitinq baş verdi, bu cür dalğalar gəlir və sonra öz yerinə dönür. Düşünmürəm ki, nifrət məhz İslama qarşıdır. Daha doğrusu millətçilər və islamafoblar ayrı ayrı qruplardır, baxmayaraq ki, bəzən kəsişmə nöqtələrinə belə rast gəlmək olar, eyni bir adam həm islamafob ola bilər həm də millətçi. Mahiyyət etibarı ilə bunlar fərqli ictimai mövqelər olduğundan onlarla iş də ayrı ayrılıqda aparılmalıdır. Millətçilərin mövqelərində istinad etdikləri əsas az çox anlaşılandır. Heç kim üçün sir deyil ki, başqa ölkələrdən Moskvaya gələnlər, özlərini burda qəbul olunmuş mənəvi qaydalar çərçivəsində aparmaq istəmirlər. Gəlin bir neçə özümün müşahidə etdiyim hadisəyə nəzər salaq. Damda qarın təmizlənməsi işləri aparılarkən aşağıya da bir nəfəri təhkim ediblər ki, yoldan keçənləri xəbərdar etsin və insanlar zərər görməsin lap məşhur filimdə olduğu kimi “а то снег на башка попадет — совсем мертвый будешь”. (red.: rejissoru Aleksandr Serının çəkdiyi “Джентльмены удачи” filmi nəzərdə tutulur http://www.youtube.com/watch?v=Be1ZHRri78I).

Damda işləyənlər isə yoldan keçənlərə fikir vermədən qarı necə gəldi atırlar. Aşağıda təhkim olunan isə rus dilini filimdəki qəhrəmandan daha çox pis bilir və bu səbəbdən aydın şəkildə yoldan keçənlərə məsələni anlada bilmir, öz işinin öhdəsindən gələ bilmir. İndi birdən birə yanına böyük qar kütləsi düşən yerli əhali buna necə münasibət göstərə bilər ? Əlbəttə burda ilk növbədə günahkar belə işçiləri cəlb edən menecerlərdədir, ancaq sadə insanlar axı bu cür fəhlələrlə üzləşir və öz qəzəblərini də onlara qarşı yönəldir. Vəyaxud başqa bir nümunə, küçə ilə bir neçə qafqazlı gedir, ola bilər hətta hansısa mənada inanclı gənclərdir. Birdən birə başlayırlar bir birinə küçənin bir tərəfindən o biri tərəfinə qartopu atmağa və bu zamn onlardan biri başlayır “Allahu Əkbər” qışqırmağa. Atdıqları qartopunun yoldan keçənlərə və park olunmuş maşınlara düşməsi azmış kimi hələ bir “Allahu Əkbər” qışqırırlar. Bu nəyə lazım ? (red. : həqiqətən qafqazlı gənclər bir çox hallarda bizləri xəcalət edən davranışlara yol verirlər) Məgər bu cür məzələnmək üçün hansısa kənar parklara yollanmaq olmazmı ? Problem hər iki tərəfdə var.

Qeyri adekvat millətçi qruplar var ki, onlarda marqinaldır. Başqa xalqlara qarşı kütləvi narazılıq onların ədəbsiz davranışlarından doğmaqla bu da təəsüflər ki, İslama da təsirsiz ötüşmür. Mənim çox sayda tanışlarım var ki, yerli əhalinin onlara qarşı münasibətində heç bir problem yoxdur. Niyə ? Çünki onlar özlərini ədəbli aparır, rus dilini yaxşı bilir. Müsəlman elə belə də olmalıdır. Əfsuslar ki, belə mərifətli adamlar öz həmyerlilərinin ədəbsiz davranışlarının nəticəsinin qurbanına çevrilərək, millətçilərin hücumlarına məruz qalırlar. Əgər müsəlman özünü Qurana və sünnəyə müvafiq aparsa o zaman ona qarşı münasibət də yaxşı olacaq, ancaq təəsüf ki, bu cür müsəlmanlar azlıq təşkil edir.

- Siz rus müsəlman kimi bu millətçilərə necə cavab verərdiniz ?
Mən ilk növbəd, İslam və bu və ya başqa milli mədəniyyətlər arasındakı fərqi göstərəməyə çalışıaram. Əlbəttə ki, neqativ münasibətlərdə ümumiləşdirməməyə çağrış edirəm. Ancaq ilk növbədə yuxarıda qeyd etdiyim kimi müsəlman birinci öz daxili problemini həll etməlidir. Bizim əvəzimizə bunu heç kim etməyəcək.

- Sizcə Rusiyda irqçiliyin və millətçiliyin kökünü necə kəsmək olar ?
Zənnimcə prinsip etibarılə millətçiliyin kökünü tamamilə kəsmək mümkün deyil- o hər bir inkişaf etmiş ölkədə mövcuddur, ancaq İslamın və müsəlmançılığın doğru mövqedə dayanmağı cəmiyyətdə millətçiliyin minimuma endirilməsinə zəmin yarada bilər. Hər halda millətçilik elə müsəlmanlar arasında da mövcuddur. Məsələn, elə götürək “azərbaycanlıların talışlara qarşı” daimi mübahisəsini və s. Özündən başlamaq lazımdır.

- Sizcə İslam və Pravoslaviyanın üst üstə düşən məqamları varmı, varsa bundan dostluğu möhkəmləndirmək və qrşılıqlı anlaşma üçün necə istifadə etmək olar ?
Əlbəttə Pravoslaviya tədrisi necə də təhrif olunsa da hər halda öz başlanğıcını təkallahlıqdan götürür və bu artıq ümumi baxışdır. Əslində dostluğun möhkəmləndirilməsi üçün ideoloji ortaq məxrəcə ehtiyac belə yoxdur. Məsələn, Hindistanda çox müxtəlif əhali var. Siz eyni bir küçədə hicablı müsəlman qadınları və onlardan iki üç addım aralıda tamamilə çılpaq hansısa mistik hind təriqətinin davamçıları olan qadınları görə bilərsiniz. Onlardan heç birisi bir birinə qarşı xəncərlə həmlə etməyəcək və ya atəş açmayacaq. Aşura günü orda matəm kimi rəsmi qeyri iş günüdür, eynilə də hansısa hindli və xristian bayramları qeyri iş günü ola bilər və hamı mehriban yaşamağı öyrəniblər. Dostluğun möhkəmləndirilməsi üçün birlikdə yaşmağın vacibliyini anlamq lazımdır, əgər həyat dostluq şəraitində keçərsə bu cür hamı üçün əlverişli və sərfəli olacaq. Əfsuslar ki, bunu anlamaqda həm müsəlmanlar tərəfindən həm də digərləri tərəfindən problemlər mövcuddur və bununla bağlı işləmək lazımdır. Burda ilk növbədə vacib rol hər iki düşərgənin savadlı adamlarının üzərinə düşür ki, onlar maarifləndirmə işləri aparsınlar.

- Sizcə İslamın, xüsusilə şiəçiliyin Rusyada perspektivi varmı və varsa bu özünü nədə göstərir ?
Əgər biz şiəçilikdən danışırıqsa məncə perspektiv çox yaxşıdır. Mənim gördüyüm əsas problem bu istiqamətdə çap olunan ədəbiyyatın zəif səviyyəsi və tədrisə ümumi yanaşma ilə bağlıdır. Təhsilli, savadlı adamlar üçün “iç (şərab nəzərdə tutulur), donuz əti yemə” səviyyəsində olan kitablar maraqlı deyil. Əlbəttə belə şeylər də lazımdır amma yalnız bu səviyyə ilə kifayətlənmək olmaz. Biz http://imam-ali.ru/ layihəsində öz töhfəmizi verməyə çalışmışıq, ümid edirik ki, ümumi işə köməkliyimiz dəyəcək.

Müsahibə vediyiniz üçün Sizə təşəkkür edirəm.

https://www.islamtimes.org
Rusiya bürosu

antonvesnin@gmail.com


Story Code: 160952

News Link :
https://www.islamtimes.org/az/interview/160952/xilas-yolçuları-anton-vesninlə-müsahibə

Islam Times
  https://www.islamtimes.org