0
1
comments
Saturday 9 June 2012 - 12:40

“Niyə gedib Fransa səfirliyinin qabağında yatmırsız?”

Story Code : 169562
“Niyə gedib Fransa səfirliyinin qabağında yatmırsız?”
“Niyə gedib Fransa səfirliyinin qabağında yatmırsız?”
- İranla Azərbaycan arasındakı münasibətləri necə dəyərləndirirsiniz?
- Həm İran, həm də Azərbaycanı sevən insanam. Lakin ekspert kimi həqiqəti danışmalıyam. “Evrovisinon”la bağlı iki ölkə arasında yaşanan gərginliyə İranda Əli Həsənov, Novruz Məmmədov səviyyəsində bir dövlət adamı reaksiya vermədi. Diplomatik əlaqələrdə partiyalar, QHT-lər, mətbuat nələrsə danışa bilər. Mən düzü təəccüb etdim. Demirəm iki tərəfin bir-birinə münasibətində hər şey qaydasındadır. Hər halda hər iki tənqid etmək olar. “Evrovision”la bağlı Xarici İşlər Nazirliyi səviyyəsində heç bir şey deyilmədi İranda.

- İranda din dövlətdən ayrı deyil axı?
- Bəli, orada Təbrizin imam cüməsi ayətullah Şəbüstəri reaksiya vermişdi. O, İranın ali rəhbəri tərəfindən oraya təyin edilir. Burada bir incəlik var, yəqin Azərbaycanda buna diqqət etməyiblər. O, bir ruhani kimi öz fikirlərini söyləyib. Bizdə imam cümələr İranın daxili işləri ilə bağlı danışırlar, hətta nazirlikləri ilə bağlı tənqidlər də səsləndirirlər. Xarici siyasətə aid məsələrlə aid də danışırlar. Ola bilərdi, ki, ayətullah Şəbüstərinin cavabını Azərbaycanda dini məsələlərlə məşğul olan şəxslər fikir söyləsəydilər daha yaxşı olardı. Mən Xarici İşlər Nazirliyində işləyəndə hər hansı ölkə ilə münasibətləri tənzimləməyə çalışırdıq ki, bəzən bir imam cümədə bir söz deyirdi və aranı qarşıdırırdı.

- Bir məsələ də var. Əgər hər hanı bir ruhani bəyanat verirsə iki ölkə arasında gərginlik yaranmaması üçün İranın dövlət rəsmiləri buna münasibət bildirə bilərlər.
- Azərbaycanda dəfələrlə İran səfirliyi qarşısında aksiyalar olub. Bilirsiniz, söz azadlığı, tənqid yalan və iftiradan fərqlənir. Mən gördüm ki, İranın Azərbaycandakı səfirliyi qarşısında bəzi xoşagəlməz hallar baş verdi. Azərbaycanda da buna reaksiya verilmədi. Bu kimi hadisələr əvvəllər də baş verib. Əgər reaksiya olsaydı yəqin ki sonradan bu proseslər də olmazdı. Sən də mitinq et, mən də. Bununla məsələni həll etmək olmaz.

- Sizcə bu gərginlik nə ilə nəticələnə bilər?

- Bu gərginlik elə belə də qalacaq. Bundan daha artığı olmayacaq. Qonşu, qardaş ölkə, bir-birimizə bu qədər yaxınıq. Düzdür Xalq Cəbhəsi vaxtında da İran əleyhinə kampaniyalar gedirdi. Buna baxmayaraq İran Azərbaycanla dostluğunu davam etdirdi. Bəziləri çalışırlar ki, iki ölkə arasında boşluqlar yaransın və bundan istifadə etsinlər.

- Kimlər bu boşluqlardan istifadə edir?

- Təbii ki, İran-Ermənistan münasiblərində, qarşı tərəf İranın Azərbaycana deyil, Ermənistana daha yaxın olmasını istər.

- Məgər bu belə deyil ki?
- Hər şey zahirdə göründüyü kimi deyil. Mən 20 ildir bu məsələlərin içərisindəyəm. İran Ermənistan arasında qonşu kimi əlaqələr var. Azərbaycanda bəzi proseslərə dövlət səviyyəsində münasibət göstərildikdən sonra İran Ermənistanla, İsrail də Azərbaycanla yaxınlaşır. Sadəcə qarşılıqlı söhbət edib iki tərəfin bir-birindən nə umduqlarını müzakirə etmək lazımdır.

- Əli Həsənovun Azərbaycanla bağlı bəyanatlar səsləndirən İran ruhanilərini “saxtakar” adlandırmasına qarşı tərəfin reaksiyası necə olacaq sizcə?
- Əli Həsənov o sözü bir az şişirdib deyib. Gördünüz ki, heç İran tərəfi Əli Həsənovun sözünə cavab da vermədi. İranda dövlət rəsmiləri bu cür çıxışlar etməyiblər. Əli Həsənov həmin ruhaniləri saxtakar adlandırıb. Lakin İranda bir dini xadim, ruhani siyasi məsələyə qarışaraq fikir bildiribsə və bu qədər şəffaf danışıbsa, burda hansı saxtakarlıqdan söhbət gedə bilər. Çox aydın şəkildə fikirlərini ifadə ediblər. Dolayısı, yozdurub deməyiblər ki, oradan nə isə çıxarmaq mümkün olsun. Əgər saxtakarlıq olsaydı onun arxasında yalanlar, qurama işlər, başqa məqsədlər olardı. Şəffaf deyilibsə burda hansı saxtakarlıqdn söhbət gedə bilər.

- Saxtakarlıq yoxdur, amma çox kəskin bir mövqe var.
- Ruhaniyyət ümumi bir şeydir. Onun içərisində düzü də, əyrisi də ola bilər. Bu o demək deyil ki, bu insanlar məsumdurlar.

Məlumdur ki, Azərbaycanla bağlı bəyanatlar verən ruhanilərdən söhbət gedir.
Mən də onu deyirəm ki, nə saxtalıq olub ki, aşkar deyilib axı hər şey. Hər dövlət istəyir ki, öz etdiyini yaxşı göstərsin, daha da şişirtsin, etmədiklərini gizlətsin. Ya xalqdan utanır, ya da səs salmaqdan nigarandır. Bunlar adi hallardır. İstəyir ki, xalqı razı sala bilsin. Bu Azərbaycanda da var. Saxtakarlıq deyil bu. Buna baş qarışdırmaq deyirlər. Bu hər yerdə ola bilər. Hər dövlət bu cür işləri görür ki, xalqı razı salsın. Bunun içərisində yalan da ola bilər, xalqın səsi çıxmasın, seçki olanda sabah səsini ala bilsin. Sərçəni rəngləyib bəzən dövlətlər bülbül kimi xalqa təqdim edirlər.

- İran da səfirini məsləhətləşmələrə çağırıb…
- Bunlar normal şeylərdir. Hər ölkə arasında bəzi kritik vəziyyətlərdə səfirlər geri çağrıla bilər. İran səfiri geri çağrılması həmin ərəfədə Azərbaycan səfirliyi qarşısında İranın ali dini rəhbərinə qarşı olan təhqirə görə oldu. İran xarici işlər naziri də Azərbaycan dövlətinin buna reaksiya verməsini istəyir.

- Bəs reaksiya olmasa səfir qaytarılmayacaq?

- İran tərəfi səfirin geri çağrılmasını bununla əlaqələndirməyib. Siyasət də elə budur. Azərbaycan səfiri gəlir məsləhətləşmə üçün, lakin deyirlər ki, şəxsi işlri üçün gəlib. Çünki İrandan sonra eyni addımı atdığı deyilməsin. Bunlar hər iki dövlətin bir-birini intizarda qoymaq məqsədi daşıyır.

- Bəs bu ərəfədə iki azərbaycanlı şairin İranda yoxa çıxmasını necə izah edərsiniz? Qarşı tərəf hələ də heç bir açıqlama verməyib.
- Mən rəsmi şəxs deyiləm. Elə bir əlaqələrim də yoxdur ki, bununla bağlı mənə məlumat verilsin. Hesab edirəm ki, nə isə vardı ki, bu məsələ uzun çəkdi. Ola bilsin ki, onlarda heç bir günah yoxdur, yaxud kimlərləsə əlaqələri ola bilər.

- Son zamanlarda iki ölkə arasında yaşanan gərginliyin təsiri ola bilər?
- Elə düşünmürəm. İki cavan şairi o məsələ ilə bağlı saxlamazlar.

- Ən azı belə bir vaxta təsadüf edib.
- Bəli elə bir vaxta təsadüf edib, lakin məncə bağlı olmaz. Həmişə İran vətəndaşı Azərbaycanda daha çox saxlanılıb. Demirəm günahsız tutulublar. Həmişə Azərbaycanda həbsdə 100-150 İran vətəndaşı olub, amma İranda heç 10 nəfər Azərbaycan vətəndaşı olmaz. Məncə onlar özləri gəlsələr də narazı qalmayacaqlar.

- Bəs sizcə, münasibətləri yumşaltmaq üçün dövlət başçıları səviyyəsində hər hansı reaksiya olmalıydı?

- Mən əvvəllər də demişəm ki, İran Azərbaycan məsələləri nə zaman ki mətbuata çıxıb, münasibətlər o vaxtdan korlanıb. Əvvəllər bir qəzet çıxırdı hər kəsin də oxumaq imkanı olmurdu.

- İran ruhaniləri Azərbaycanla bağlı hər həftə bir bəyanat verirlər. Mətbuatın da işi bunu işıqlandırmaqdır.
- Məncə bəyanatları tez-tez işıqlandırmaq düzgün deyil. Tənqidləri belə qardaş kimi həll etməliyik. İki ölkə arasındakı elə məsələlər var ki, onlar mətbuata çıxarılmamalıdırlar. Öz aralarında həll etməlidirlər.

- Axı biz elə bir dövrdə yaşayırıq ki, ölkədə baş proseslər mətbuatdan yan keçə bilmir.
- Çox şeylər var ki, mətbuata çıxmır. Bir kanal vardı, dedilər İran kanalıdır. ANS televiziyası da göstərdi. Sonra məlum oldu ki, Norveç nümayəndə heyəti ilə gəlib həmin jurnalist. O kanal heç İranda da tanınmır. Təsəvvür edin ki, Azərbaycanda həmin çəkilişi dəfələrlə göstərdilər. Bu nəyə lazım idi? Məsələni özün böyütdün. Sonradan məlumdur ki, Norveç nümayədə heyəti ilə gəlib. Mən özüm söz azadlığının tərəfdarıyam. Lakin insan düşmənini də təhqir etməməlidir. Azərbaycanın ən önəmli məsələsi torpaqlarının işğalıdır. Minsk qrupunun da fəaliyyəti göz qabağındadır. Gəlirlər, yeyirlər, içirlər ortada da heç bir şey yoxdur. Azərbaycan xalqı qoy bu məsələ ilə bağlı Amerika, Fransa, Rusiya səfirliyi qarşısında aksiya keçirsinlər. İrana qarşı aksiya keçirirsiz, yaxşı da edirsiniz, lakin ölkənin 20% işğal altındadır. Gedin 100-200 min insan Rusiya, Fransa səfirliyinin qarşısında yatın və deyin ki, torpaqlarımız qaytarılmayana qədər durmayacağıq buradan. Bu qaçqınlar yeyib-içib kefləri ilə məşğuldurlar, maşallah adları qaçqındır, çoxlarının 4 yerdə evləri var. Allah bir az da çox etsin. Amma unudublar haradan gəliblər, vətənlərini yaddan çıxarıblar. Gərək 1 milyon qaçqının heç olmasa 500 mini səfirliyin qarşısında yataydı. Ermənistanı ruslar daha çox dəstəkləyir, amma Rusiyaya qarşı heç bir reaksiya yoxdur. İran Ermənistanla qonşudur, əlaqələri də var. Lakin əlaqələrinin daha artmasının bir səbəbi də Azərbaycanda olan hadisələrdir.

- Demək istəyirsiniz İran Azərbaycan arasındakı gərginlik İranı Ermənistana yaxınlaşdırır?

- Bəli, konkret budur. Mən istəyirəm ki, Azərbaycan regionun Dubayı olsun. Ondan da yaxşı olsun. Azərbaycanda partiyalar, tələbələr, QHT-lər niyə torpaqlarına görə etiraz etmirlər. Türkiyənin Ermənistanla 300 milyon dollarlıq ticarət əlaqələri var. Kanallar bir dəfə Gürcüstan-Türkiyə sərhədində çəkiliş aparıblar ki, erməni yazısı əks olunan maşınlar Türkiyəyə necə gəlir?

Səidə
Source : qaqazinfo
Comment


Kuwait
Mence Īranla munasibeti yaşılaşdirmaq,Azerbaycana cox şey qazandirar,çunki orda din ve dövlət birdir,buna Azerbaycanin da ehtiyaci var