0
Friday 9 August 2013 - 20:04

ABŞ konqresinin İranla düşmənçiliyi

Story Code : 291137
ABŞ konqresinin İranla düşmənçiliyi
Villiam Bimen deyib: “İranda mötədil bir şəxs kimi tanınan Həsən Ruhani prezident seçkilərində qalib gəldiyi gündən etibarən ABŞ-da bəzi qrupların onun barəsində yalan məlumatlar yayaraq onu hədəfə aldığını gördük.”
 
O əlavə edib: “Bu qruplar Həsən Ruhani haqqında yalan məlumatlarla onun etibar ediləsi biri olmadığını göstərmək istəyirdilər. Çünki əks halda ABŞ-la İran arasında buzlar əriyə bilərdi...
 
İranın yeni prezidenti Həsən Ruhani son mətbuat konfransında bildirdi ki, Amerika İranla bağlı özündən ziddiyyətli yanaşma sərgiləyir. Təəssüflər olsun ki, Amerikada quruculuq müxalifi, müharibə alovunu qızışdırmaq ardınca olan təzyiq qrupları xarici bir ölkənin mənafelərini təmin etmək ardıncadırlar. Onlar həmin xarici ölkədən əmr alaraq, onların göstərişlərini yerinə yetirirlər. Xarici bir dövlətin mənafelərinin təmini Nümayəndələr Palatasının öhdəsinə qoyulub. Biz deyirik ki, atılan addımlarda hətta ABŞ-ın öz mənafeləri belə nəzərə alınmayıb.”
 
Villiam Bimen deyib: “ABŞ və ya ən azı ABŞ Konqresinin hələ də İranla düşmənçiliyi var. Elə bu səbəbdən ABŞ Senatından daha mühafizəkar olan Nümayəndələr Palatası İrana qarşı yeni sanksiyalar qəbul edib. Senat isə avqust tətilinədək bu sanksiyaları araşdırmaq niyyətində deyil.” 
 
Professor əlavə edib: ABŞ parlamentində bir çox nümayəndələr İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşıdırlar. Minnesotadan olan Kit Elison və senator Ran Viden də bu müxaliflərdəndir. Daxildəki siyasətçilər elə bir şərait yaradıb ki, Obama özü belə normal bir şəraitdə İranla müzakirələr mövzusunu izləyə və ixtilafların aradan qaldırılmasına çalışa bilmir.
 
Bimen deyib: “Bir tərəfdən ABŞ və bu ölkənin icraçı qanadı, yəni Obama və Xarici İşlər Nazirliyinin İranla müzakirələri və münasibətlərin yenidən qurulmasını dəstəklədiyini söyləməmiz doğru olar. Amma digər tərəfdən deməliyik ki, ABŞ-da sağçı qanad hələ də düşmənçiliyi davam etdirir və bildirir ki, İranı sanksiyaları artırmaq yolu ilə təslim olmağa məcbur etmək lazımdır. Amma mən Həsən Ruhaninin bu əqidədə olduğunu və NPT sazişini imzalamış İranın təzyiqlər səbəbindən öz haqqları olan sülhməramlı nüvə enerjisindən əl çəkəcəyini düşünmürəm. Səmimi söyləyim ki, mənim nəzərimcə də onlar bu işdən əl çəkməməlidirlər. "
Comment