0
Sunday 11 July 2010 - 12:11

Türkiyə-İsrail əlaqələri kritik mərhələdə

Story Code : 30713
Türkiyə-İsrail əlaqələri
Türkiyə-İsrail əlaqələri
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İngiltərənin «Financial Times» qəzetinə verdiyi müsahibəsində Türkiyənin Qərbdən uzaqlaşması ilə bağlı narahatlıqların doğru olmadığını və bu yanaşmanı «axmaqlıq» hesab etdiyini bildirib. O, Ankaranın təməl strateji hədəfinin Avropa Birliyinə qatılmaq olduğunu söyləyib. Nazir Türkiyənin AB-yə üzvlüyü prosesinin ləngiməsi ilə bağlı olaraq kimsənin Türkiyəni günahlandıra bilməyəcəyini dilə gətirib. Əhməd Davudoğlunun müsahibədə vurğuladığı başqa bir məsələ «Mavi Mərmərə» gəmisinə təşkil edilən hücumla bağlı olub: «İsraillə əlaqələrin pozulmasını Türkiyənin mövqe dəyişikliyi şəklində bir sual çərçivəsində görmək lazım deyil. Biz İsraillə böhranı dərinləşdirməyə çalışmırıq, beynəlxalq sularda doqquz türkün ölümünə gətirib çıxaran bir hücumun hesabının verilməsini istəyirik. İsrail gəmi basqını ilə əlaqədar olaraq beynəlxalq və müstəqil bir istintaqı qəbul etməyincə münasibətlər düzəlməyəcək. Eyni adam eyni anda həm müttəhim, həm də prokuror və hakim ola bilməz».
Ə.Davudoğlu Türkiyə-İsrail əlaqələrinin çox kritik bir mərhələdə olduğunu, qarşıdakı həftələrdə və aylarda yaşanacaqların İsrailin davranışından asılı olduğunu, İsraillə əlaqələrin normallaşmayacağını, əlaqələrin Türkiyə tərəfindən qəti olaraq tamamilə nəzərdən keçiriləcəyini bəyan edib. Nazir keçən həftə Brüsseldə İsrailin ticarət naziri Binyamin Ben-Elyezerlə apardığı müzakirələri də gizli saxlanacağı güman edildiyi halda dərhal mətbuata sızdırıldığı üçün «qaçırılmış bir fürsət» olaraq şərh edib. Türkiyənin Qərbin dəyərlərini istifadə edərək ətrafına sabitlik gətirməyi hədəf olaraq seçdiyini söyləyən Əhməd Davudoğlu xüsusilə Yaxın Şərqdə yeni problemlərin ortaya çıxması riskinin artdığı bir dövrdə Türkiyənin xarici siyasətinin bir qazanc olaraq görülməsinin gərəkliliyini vurğulayıb: «Təəssüf ki, qarşıdakı aylarla bölgəmizlə əlaqədar olaraq narahatam. İranla əlaqədar olaraq etibarlı bir diplomatik proses yoxdur, Ərəb-İsrail problemi qalmaqdadır, Livanın siyasəti kövrək quruluşa malikdir və İraqda yeni bir hökumət çatışmazlığı var. Bütün bunlar çox həssas mövzulardır. İndi hamımız birlikdə məsuliyyətli şəkildə hərəkət etməliyik»./Bisimyol/
Comment