0
Monday 26 July 2010 - 06:17

ABŞ Türkiyə ilə hesablaşmalıdır

Story Code : 32205
ABŞ Türkiyə ilə hesablaşmalıdır
ABŞ Türkiyə ilə hesablaşmalıdır
Həmin sazişlərdən biri yeni qaz kəmərinin reallaşması, digəri isə, Iranın Türkiyəyə ixrac etdiyi qazın həcmini artırması ilə bağlıdır.
Xatırladaq ki, BMT TŞ-nin Irana qarşı tətbiq etdiyi sanksiyalar Tehranla enerji əməkdaşlığını qadağan etməsə də, ABŞ və Avropa Birliyinin qəbul etdiyi əlavə embarqolar əsasən Iranın enerji sahəsinin çökdürülməsini hədəfə alır. Məhz bunun üçün də Iranla istənilən iqtisadi və enerji əməkdaşlığı həmin sanksiyalara əsasən birmənalı şəkildə qadağan olunur.
Avropa Birliyinə üzv olmağa can atan, NATO üzvü və ABŞ-ın strateji tərəfdaşı olan Türkiyənin sanksiyalara məhəl qoymayaraq Iranla belə bir razılığa gəlməsi diqqət çəkməyə bilməz. Başqa diqqət çəkən amil isə bunun ABŞ-la münasibətlərin soyuqlaşması zamanına təsadüf etməsidir.
Bu və başqa məsələlərə politoloq Vəfa Quluzadənin münasibətini öyrəndik. Onun sözlərinə görə, Türkiyənin bu addımı sanksiyaların əleyhinə olsa da, Türkiyənin milli maraqları Iranla əməkdaşlığı labüd edir: “Birincisi, bu, embarqolara qarşıdır. Ikincisi, Türkiyənin milli maraqları tələb edir ki, Iran kimi böyük qonşusu ilə güclü iqtisadi əməkdaşlığı olsun. Üçüncüsü, Türkiyə marionet dövlət deyil. ABŞ Türkiyəyə əvəzində nə verir? Heç bir şey. Mən təəccüb etdim ki, Iraqla müharibə zamanı Türkiyənin özünü müdafiə etməsi üçün ”patriot" raketləri olması ortaya çıxdı. Mən hesab edirdim ki, NATO ölkəsi kimi Türkiyənin NATO və Amerikada olan bütün silahlardan varıdır. Ancaq məlum oldu ki, ABŞ bu silahlardan öz müttəfiqlərinə lazım olanda verir. Türkiyə özünü müdafiə etməlidir, özünün iqtisadi cəhətdən inkişafına nail olmalıdır. Qonşu dövlətlərlə də yaxşı əlaqələr qurmalıdır.
Doğrudur, elə məsələlər var ki, Türkiyə ABŞ-ı dəstəkləyir. Amerika Əfqanıstanda, Iraqda Türkiyəsiz çox çətin vəziyyətə düşə bilərdi. Türkiyə ABŞ-a əvəzolunmaz xidmətlər edib və edir".
Vəfa Quluzadə Irana qarşı sanksiyaların effektiv olmadığını da bildirib. Onun fikrincə, 1980-ci ildən bu günə Tehrana qarşı tətbiq edilən embarqoların nəticəsi olmayıb. “Öncələr də bildirmişdim ki, heç bir sanksiya əhəmiyyətli deyil. Iran böyük dövlətdir. Məsələ burasındandır ki, Iranın vurulması Amerikanın milli maraqlarına ziddir. Əslində Israil ABŞ-ın əli ilə Iranı zərərsizləşdirmək istəyir. Amma Iranla əməkdaşlıq etmək, Iranla ortaq məxrəcə gəlmək və Iran kimi dövlətə toxunmamaq ABŞ-ın milli maraqlarına daxildir. Əgər ABŞ Israilin təhriki ilə Irana hücum etsə, bəlkə də bu, Amerikanın dünyanın super gücü kimi yıxılmasına gətirib çıxaracaq”.
Politoloq Türkiyənin Iranla enerji sazişi imzalanmasından sonra Qərbin Ankaraya təzyiqlər edəcəyini də vurğuladı. Onun sözlərinə görə, Türkiyə bu basqıları dəf edir. “Ankaraya təzyiqlər olub və hələ də davam edir. Məsələn, Ermənistanla sərhədləri açmaq üçün Türkiyəyə kifayət qədər basqılar oldu. Ancaq nəticəsi göz önündədir. Heç nə.
Türkiyə hökuməti xalqa arxalanan iqtidardır. Türkiyə iqtidarını qorxutmaq çətindir. Hesab edirəm ki, Türkiyə öz yolu ilə gedir və ABŞ Türkiyənin tutduğu yolla hesablaşmalıdır", - deyə Vəfa Quluzadə bildirdi.
Azadliq.info
Comment