0
Wednesday 15 January 2014 - 00:32

«Vəhdət həftəsi» təriqətindən asılı olmayaraq bütün müsəlmanları birləşdirir

Story Code : 341166
«Vəhdət həftəsi» təriqətindən asılı olmayaraq bütün müsəlmanları birləşdirir
«Vəhdət həftəsi» təriqətindən asılı olmayaraq bütün müsəlmanları birləşdirir
Rəbiul-Əvvəl ayının 19-u Həzrəti Muhəmmədin (s) doğum günüdür. Qeyd edək ki, bu ilin yanvar ayında miladi və hicri tarix üst-üstə düşür. Əhli-sünnə məzhəbi peyğəmbərin mövlud gününü Rəbiul-Əvvəl ayının 12-si qeyd edir. Bu fikir ayrılığına baxmayaraq, İslamın bütün təriqətlərini Peyğəmbərimizin (s) doğum gününə həsr olunmuş «Vəhdət həftəsi» birləşdirir. Quranın «Hucurat» surəsinin 10-cu ayəsində deyilir: «Həqiqətən, möminlər qardaşdırlar!”

Peyğəmbərin (s) doğum günü ərəfəsini İslam dünyasının birlik həftəsi kimi qeyd olunması Ayətullah Musəvi Xomeyninin təşəbbüsüdür. Qısa bir zamanda bu təklif bütün İslam dünyası tərəfindən qəbul edildi. Mövzunu İslaminsesi.az saytı üçün ilahiyyatçı alim Zülfüqar Mikayılzadə şərh edir.

-İslam peyğəmbəri həzrəti Məhəmmədin (s) doğumu dünyamızı necə dəyişdi?

- Allah-Təala Qurani-Kərimin «Ənbiya» surəsinin bir neçə ayəsində həzrəti Məhəmməd (s) peyğəmbərin aləmlərə rəhmət olaraq göndərildiyini bildirir. Allah sonuncu peyğəmbəri və İslam dinini bütün bəşəriyyətin, xüsusilə də müsəlmanların birliyi üçün göndərib.
Bu mənada həcc mərasimləri, dini ayinlərin mahiyyəti müsəlmanlar arasında vəhdəti bərpa etməkdən ibarətdir.
Həzrəti Məhəmməd (s) aləmlərə rəhmət olaraq göndərilibsə, bu rəhmətin ən böyük təzahürlərindən biri vəhdətdir. Başqa bir tərəfdən vəhdət bəşəriyyətin qardaşlıq rəmzidir. Əgər cəmiyyətdə vəhdət varsa, insanlar bir-birinə qardaşdır.
Ona görə də Qurani-Kərimin Ali-İmran surəsinin 103-cü ayəsində deyilir: “Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.”

- Həzrəti Məhəmməd (s) peyğəmbərin dünyaya gəlişinin mahiyyətini və dəyərini Azərbaycan cəmiyyəti lazımınca qiymətləndirə bilirmi?

- Təkcə Azərbaycan cəmiyyəti deyil, həm də dinindən asılı olmayaraq bütün bəşəriyyət Məhəmmədin (s) dəyərini qiymətləndirə bilməyib. Bundan sonra da çətin ki qiymətləndirsin. İnsanlar sonuncu peyğəmbərin böyüklüyünü, Əhli-Beytin kimliyini qeybə çəkilən Allahın xəlifəsi -12-ci İmam həzrəti Mehdi (ə.f) zühur edəndə anlayacaqlar. Çünki İmam Mehdi (ə.f) gəlməyincə, cəmiyyət İslamın dəyərini başa düşə bilməyəcək. Hətta o cəmiyyət inkişaf etmiş olsa belə.

-Nə üçün İmam Xomeyni «Vəhdət həftəsinin» qeyd olunmasının vacib hesab etdi?
- Bunun bir neçə səbəbi vardır. Bu səbəblərdən biri əhli-sünnə məzhəbinin İslam peyğəmbərinin doğum gününü rəbiul-əvvəl ayınının 12-də olması iddiası ilə bağlıdır. Onlardan fərqli olaraq şiə məzhəbi peyğəmbərin mövludunu rəbiul-əvvəl ayının 18-də qeyd edir. Bu məsələdə ixtilafın aradan qalxması üçün rəbiul-əvvəl ayının bir həftəsi «Vəhdət həftəsi» elan edilib. İmam Xomeyni kimi bir şəxsiyyətin belə bir qərar verilməsi simvolik deyil.
Hesab edirəm ki, bütün müsəlmanlar bu vasitə ilə böyüklərini dinləməklə aralarında olan problemlərini həll edə bilər.
Əmir
Source : Islaminsesi
Comment