QR CodeQR Code

İŞİD və Qərblə sionist rejimin hədəfləri üçün atılan addımlar

1 Jul 2014 18:57

IslamTimes - "Necə olur ki, İŞİD bu günədək bir nəfər olsun belə ABŞ vətəndaşını qətlə yetirməyib, başını kəsməyib?! İŞİD təkcə müsəlmanları qətlə yetirir. Onlar dinin nə olduğunu belə bilmədikləri halda başqalarını kafir adlandırırlar..."


Əl-Məyadin kanalı Misirin "Əl-Cihad"  təşkilatının qurucusu, Əfqanıstanda Ayman əz-Zəvahiri və Ben Ladenlə birlikdə olmuş İslami və cihad qruplaşmaları üzrə mütəxəssis Şeyx Nəbil Nəimlə müsahibə edib. Şeyx Nəbil Əl-Qaqidə və İŞİD-lə bağlı fikirlərini paylaşıb.
 
Nəbil Nəim deyib: Mən Əl-Qaidədən ayrılmadım, onlar əsas yoldan çıxdılar. Sovetlər Birliyinin Əfqanıstana hücumu zamanı müsəlman alimləri arasında Əfqanıstanda cihad üçün icma yaradıldı. Amma sonradan Əl-Qaidə öz fəaliyyətlərini genişləndirdi və ərəb ölkələrində müsəlmanların qətliamına başladı. 
 
Əslində onlar artıq təkfirçi olmuşdu. Baxmayaraq ki, Allah-Taala Quranda ("Nisa" surəsi, 93) buyurur:

وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا
"Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!"
 
O əlavə edib: Əl-Qaidə üzvlərindən bəziləri məni kafir adlandırdılar. Amma keçmişdə bu qrupun təsisçilərindən və rəhbərlərindən biri olduğum üçün məni öldürmədilər.
 
Nəim İŞİD-lə bağlı deyib: İŞİD 2006-cı ildə yaradılıb. Əl-Qaidə isə 1989-cu ildə fəaliyyətə başlayıb. Beləliklə İŞİD Əl-Qaidənin bir qanadı deyil, sadəcə ona ardıcıllıq edir və onlara iman gətirib. Əbu Bəkr Bağdadi ABŞ-ın muzdurudur. Bağdadi hətta Ayman əz-Zəvahiridən ona beyət etməsini istəyib. Bağdadi özünü haqq sahibi bilir və deyir ki, o İraq və Suriyanı azad etmək ardıncadır. Ayman əz-Zəvahiri isə Bağdadiyə beyət etməkdən boyun qaçırıb, elə bu səbəbdən də onlar arasında müharibə başlayıb. 
 
Əl-Bağdadi həbsxanada idi. Onu Amerika azadlığa çıxardı və onun üçün ordu hazırlanmasına 20-30 milyon dollaradək pul ayrıdı. İŞİD-in ilk təlim mərkəzləri İordaniyadakı ABŞ-a məxsus məntəqələr olub. İŞİD-in istifadə etdiyi silahlar da Amerika silahlarıdır. Bu terrorçu qruplaşmanın yaralı üzvləri müalicə üçün İsrailə aparılır. Bizdə olan məlumatlara əsasən hazırda İŞİD və Ən-Nüsrə sıralarından olan 1500 yaralı Tel-Əvivdə müalicə olunur.
 
Nəbil Nəim sözlərinə belə davam edib: Əfqanıstanda Əl-Qaidəyə açıq şəkildə yardım edildirdi. Sovetlər Birliyinin Əfqanıstandakı məğlubiyyətindən sonra ABŞ əfqan ərəbləri məhv etmək qərarına gəldi. Elə o zamandan bir çoxları həbs edilib, zindanlara salındı.
 
Bundan sonra Əl-Qaidə 11 sentyabr hadisələrinə qədəm qoydu. Üsamə Bin Ladenin ölümündən sonra Əl-Qaidə Qatar Təhlükəsizlik Orqanı tərəfindən satın alındı. Türkiyənin İstanbul şəhərində "İxvanul-Muslimin" tərəfindən yığıncaq keçirildi. Qatar bu konfransda bildirdi ki, Azad Misir Ordusuna 2 milyon dollar yardım edəcək. Fondun rəhbəri "İxvanul-Muslimin"in Türkiyədəki məsulu idi. Bundan sonra Əl-Qaidənin ehtiyacları da bu fond tərəfindən təmin edilir. 
 
Şeyx Nəbil İŞİD-in Suriyadakı nüfuzunun İraqa doğru genişlənməsi ilə bağlı deyib: İŞİD İraqda yaradılıb. İbrahim Əbu Bəkr Bağdadi özü də iraqlıdır. Amma sonradan İordaniyada onlar üçün təlim mərkəzləri yaradıldı və daha sonra İordaniyadan Suriyaya getdilər. Suriyadakı ağır məğlubiyyətlərdən sonra isə yenidən İraqa geri döndülər. Amma bu gün İraqda baş verənlər İŞİD-in təsir dairəsindən daha genişdir.
 
İraqda Əl-Ənbar ərəbləri ilə Nuri əl-Maliki arasında bir sıra ixtilaflar var. İŞİD vəhşi idarəçiliyə ehtiyac duyur. Əbu Bəkr Əl-Müqəddəsi də  Çingiz xan sayağı siyasəti seçib. Çingiz xan bir kəndi ələ keçirəndə oradakı hər şeyi məhv edirdi. O hətta heyvanların belə başını kəsirdi. Bundan sonra növbəti kənddə əhali Çingiz xanın bu kəndə hücum etmək niyyətində olduğunu eşidəndə hər şeylərini qoyub kənddən qaçırdılar.
 
İŞİD də bu gün eynilə uyğun yolu seçib. İŞİD Samirra şəhərinə hücum edəndə min nəfər sünnini qətlə yetirdi. İndi isə şiələri qətlə yetirir. Bu ABŞ-ın siyasətidir. Ksincerin "100 illik müharibə" adlı bir nəzəriyyəsi var. Bu sünnilərlə şiələr arasında müharibə ilə bağlıdır. Əbu Musəb Əl-Zərvaqi də sunni və şiə məscidlərini partladmaqla məşğul olan bir şəxs idi. O bu yolla məntəqədə tayfalar arasında müharibə yaratmaq niyyətində idi. Bu bir Amerika siyasətidir. 
 
Necə olur ki, İŞİD bu günədək bir nəfər olsun belə ABŞ vətəndaşını qətlə yetirməyib, başını kəsməyib?! İŞİD təkcə müsəlmanları qətlə yetirir. Onlar dinin nə olduğunu belə bilmədikləri halda başqalarını kafir adlandırırlar. Hətta Ayman əz-Zəvahirinin belə dinlə bağlı məlumatı yoxdur. O bütün suallarını məndən soruşurdu. Bu gün Əl-Qaidə və İŞİD arasındakı ixtilaflar əqidə zəminində yox, təşkilatla bağlıdır.
 
Misirin "Əl-Cihad" təşkilatının banisi İŞİD-in gələcəyi ilə bağlı deyib: Gənclər hər nə qədər təkfirçi düşüncələrə doğru meyllənərsə İŞİD də bir o qədər güclənəcək. Dördüncü nəsil müharibələrində ölkələr böyük ordulara ehtiyac duymayacaq. Belə ki, onlar öz hədəflərini muzdurları vasitəsi ilə həyata keçirəcək.
 
Onlar bu yolda həqiqətləri xalq üçün tərsinə göstərən və onlara mal-dövlət yollayan mediaya ehtiyac duyur. Hazırda Əl-Qaidə və İŞİD ABŞ xeyrinə müharibələr aparır. Onlar sünnilər, şiələr və müxtəlif dövlətlərlə vuruşur. İŞİD bütün xalqı kafir və qanlarını halal bilir. Ağamız imam Əlini (ə) qətlə yetirən və imam Hüseynin (ə) başını kəsənlər müsəlman olduqlarını iddia edirdilər. Əl-Qaidə və İŞİD də batil, xəvaric əqidəsinə sahibdirlər. İŞİD bu günədək bir nəfər amerikalını qətlə yetirməyib. Bütün vücudları ilə Bəşər Əsəd qüvvələrinə qarşı vuruşan silahlılar İsrailə tərəf bir güllə belə atmayıblar.
 
Onlar mürtəd şəxslə müharibənin əsil kafirlə müharibədən daha üstün olduğu qənaətindədirlər. Onların nəzərində ərəb hakimləri və orduları mürtəddir və onlarla müharibə hətta yəhudi olsa belə digər kafirlərlə müharibədən daha mühümdür. İxvan məsullarından olan, Bəşar Əsədlə vuruşan Esam Hetəytu harada məskunlaşıb? Tel-Əvivdə!
 
Əhməd Əl-Cərba da London və Parisdən döyüşləri idarə edir. ABŞ İŞİD və Ən-Nüsrəyə silah verir, sonra isə iddia edir ki, bu silahlar qeyri-qanuni şəkildə onların əlinə keçib və ABŞ-ın belə bir proqramı olmayıb.
 
1989-cu ildə Netanyahu və Dik Çeyni tərəfindən hazırlanan plana əsasən 4 ölkə məhv edilməli idi. Bu planın icrasına İraqdan başlanılıb, daha sonra Suriyaya keçiləcək, daha sonra isə Misir və Ərəbistan vurulacaqdı. Planın icraçıları isə məntəqədəki təkfirçilər idi. Məhəmməd Mursi ABŞ-la əlaqədə olan bir şəxs idi və bu ölkə tərəfindən tapşırıq almışdı ki, məntəqədəki bütün təkfirçi qrupları dəstəkləsin, onlara arxa-dayaq olsun. Mursi bu mövzu ilə bağlı Ayman Əz-Zəvahiri ilə də əlaqə saxlamışdı.
 
ABŞ muzdurlarının, yəni İŞİD-in əsas hədəflərindən biri İranı zəiflətmək və onu müharibələrə qatmaqdır. İŞİD Maliki ilə ilk münaqişədən sonra bildirdi ki, Kərbəla və Nəcəfə doğru irəliləyərək müqəddəs məkanları viran qoyacaq. Onlar İranın bu müharibəyə qatılmasını istəyir. Təkfirçilər İranı sonu olmayan bir müharibədə griftar etmək istəyir. Onlar bu yolla İranın məhvini istəyir, necə ki Səddam Hüseynin dövründəki hadisələrlə bu məqsədləri ardınca idilər.
 
İxvanul-Musliminin Misirdə gücü ələ alacağı təqdirdə qarşıdurmaların Misirə çəkilməsi planlaşdırılırdı. Bu Dubay polis rəisi Zahi Xəlfanın etirafıdır. Bu planların yeganə hədəfi İsrailin təhlükəsizliyinin təminidir. İsrail zəif bir rejimdir və mövcudiyyətinin davamı üçün köməyə ehtiayclıdır.
 
Nəbil Nəim İŞİD-lə necə mübarizə aparmaqla bağlı deyib: "Əl-Əzhər" İŞİD qarşısında dayana bilər. 40 ildir ki, Əl-Əzhər sakitdir. Çünki Səudiyyə Ərəbistanının neftinin və müftilərinin dollarlarının səsi Əl-Əzhərindən səsindən daha yüksək olub. Misirin özündə belə Əl-Əzhərlə mübarizə üçün sələfilər ortaya çıxıb. Bizim alimlərin İŞİD-lə mübarizəsinə ehtiyacımız var. Dövlətlər də öz növbəsində düşüncə, hərbi yolla İŞİD-lə mübarizə aparmalıdır.


Story Code: 396703

News Link :
https://www.islamtimes.org/az/interview/396703/işid-və-qərblə-sionist-rejimin-hədəfləri-üçün-atılan-addımlar

Islam Times
  https://www.islamtimes.org