0
Thursday 21 October 2010 - 16:15

TƏLABANİ: "KÜRD DÖVLƏTİ YAŞAYA BİLMƏZ"

Story Code : 41232
TƏLABANİ: "KÜRD DÖVLƏTİ YAŞAYA BİLMƏZ"
TƏLABANİ: "KÜRD DÖVLƏTİ YAŞAYA BİLMƏZ"
İraq prezidenti Cəlal Təlabani bildirib ki, "kürdlər bütün xəyallarına bir dəfəyə qovuşa bilməyəcək. Kürd dövləti yaşayamayacaq." İraq prezidenti Cəlal Təlabani, terror təşkilatı PKK-ya dərhal silahı buraxmasını və mübarizəni parlamentar sistem daxilində, demokratik yollarla davam etdirməsini istəyib. Bağdaddakı prezident iqamətgahında jurnalist Hüsnü Mahallaninin suallarını cavablandıran Təlabani, Abdullah Öcalanın ona məktub göndərdiyini və məktuba şifahi cavab verdiyini bildirib: "Öcalanın da əslində sülh istəyir, ancaq dağdakıları razı salmaq üçün əlində kifayət qədər qüvvə yoxdur." Türkiyədəki demokratik açılımın çox əhəmiyyətli olduğunu söyləyən Təlabani, PKK-nı bu açılıma dəstək verməyə çağırdı. Açılımın Türkiyə, İraq və bölgədəki kürdlər üçün əhəmiyyətli olduğunu söyləyən Təlabani bildirib ki, artıq silahlı mübarizə dövrünə sonlandırmaq lazımdır.

- Türkiyə-İraq və kürdlərin əlaqələrində son illərdə əhəmiyyətli addımlar atılıb. Bunun sirri nədir?
- Əlaqələri inkişaf etdirmək üçün səy edənlərdən biri olduğum üçün xoşbəxtəm. Prezident olduğum zaman Türkiyəyə səfər etməyə çalışdım, mənə dəvət göndərildi. Səfərim əsnasında Türkiyədə rəsmi olaraq qarşılanmayacağımı söyləyənlər oldu. Mənim üçün rəsmiyyətlər deyil, məzmun əhəmiyyətli idi. Türkiyəyə qardaşca və strateji əlaqələr inkişaf etdirmək üçün getdim. Türkiyəyə səfər etdikdə rəsmiyyət problemləri yox idi. Hökumət və dövlət məni olduqca isti qarşıladı. Şiə, sünni, kürd, türkmən bütün qruplar Türkiyə ilə güclü əlaqələr qurulmasını dəstəkləyirdi. Əlaqələrin inkişafı və türk qardaşların hadisələrin iç üzünü görməsi, eyni zamanda kürd rəhbərliyi ilə Türkiyə Cumhuriyyəti arasındakı əlaqələr inkişaf etdi. Türkiyədəki qardaşlar, kürd rəhbərliyinin PKK-nı Türkiyəyə qarşı dəstəkləmədiyini gördülər.

- İraq-Türkiyə arasında yaxşı əlaqələr var. Niyə PKK-nın Suriyadakı varlığı heç cür sona çatmır?
- Məncə bu mövzunun iki üsulla həlli var. Ya hərbi ya siyasi. Hərbi üsulu sınadıq. İki kürd partiyası Türkiyə ordusunun yanında PKK-ya qarşı dağlarda müharibə etdi. Bu plan müvəffəqiyyətli olmadı. Demək ki problemin həlli hərb yolu deyil, siyasidir. Bu mövzuda iki yazı yazdım, dağdakı adamlara göndərdim. Artıq Che Guavera dövrünü yaşamırıq. Siyasi, mədəni mübarizə daha əhəmiyyətlidir. Dağdakı PKK-lılara da silah buraxıb siyasət yolu seçmələrini tövsiyə edirik. Bu adamların dağdakı qüvvələri bizim mənfəətimizə zidddir. Türkiyədəki demokratik açılam bu şəxslər tərəfindən müsbət qaşılanmalıdır. Bir müddət əvvəl Öcalan tərəfindən bir neçə gəldi və bir məktub gətirdilər. Məndən bu mövzuya dair soruşdular. Cavabım isə belə oldu:

1- Ən böyük səhv Türkiyədəki demokratiyanın əhəmiyyətini anlamamaqdır. Türkiyədəki tarixi fürsəti qiymətləndirmirsiniz. Bu da hökumətin başladığı demokratik açılım və yeni konstitusiya müddətidir. Fikirləşirsiniz ki, bütün bunlar rəsmiyyətdir. Türkiyədəki tarixi demokratik addımlara dəstək verməlisiniz. Bunu etməsəniz çox böyük səhv olar. Demokratik açılıma qarşı çıxmaq böyük səhv olar.

2- Partizan döyüşləri dövrü sona çatdı. Bunu anlamalısınız. Artıq parlamentar siyasi yol əhəmiyyətlidir. Türkiyədə də bunlar var. Kürdlər parlamentdəki saylarını artırmalıdırlar. Bu yolla haqqlarını tələb edə bilərlər.

3- Bəzi Kürdlərin ən fundamental səhvi AK Partiyanı özlərinə düşmən bilməlidirlər. AK Partiya, Türkiyədə demokratiya mübarizəsi edir. Kürdlərin vəziyyətini yaxşılaşdırır, bu səbəbdən kürdlərin əsaslı müttəfiqidir. Kürdlərin düşməni deyil. Bunun yerinə gedib xalqın dəstəyini qazanacaq siyasi işlər edin.

Öcalandan yaxın zamanda gələn cavab çox müsbət idi. Məni təsdiqləyirdi.

- Mesajınızın Öcalanın atəşkəsi uzatmasında təsiri oldumu? PKK və Öcalana bəzi köhnə tövsiyələriniz də olmuşdu. Müsbət cavab vermişdi?
- Atəşkəs qərarında mənim şifahi mesajımın birbaşa təsirli olduğunu söyləyə bilmərəm. Öcalan özü sülhün əhəmiyyətli olduğunu düşünür və müharibənin nəticə verməyəcəyini görür. Dağdakıları tərk silah etçəyə çalışır. Ancaq bu mövzuda güclənməsi lazımdır. Keçmiş çağırılarımın hamısı cavabsız qalmadı. Bəzilərinə cavab gəldi. Yəni bu ikinci səfərdir. Daha əvvəl dağdakılara çağırış etmişdim və yenə atəşkəs elan etmişlərdi. Açıqcası Türkiyənin daxili işlərinə müdaxil edən kimi görünmək istəmirəm. Bu səbəblə Türkiyədən yaşıl işıq almadan bu cür işlərə qarışmaram. Bundan əvvəl Turqut Özalın tələbiylə müdaxilə etmişdim. Bir də gördüm ki, mənə qarşı Türkiyənin daxili işlərinə müdaxil edir şəklində heç də ədalətli olmayan bir təbliğat başlayıb. Terroru dəstəklədiyimizi söylədilər. Özalın mənimlə birlikdə göndərdiyi və Öcalanla görüşlərini istədiyi kürd millət vəkilləri sonra görüşdükləri üçün mühakimə olundular.

- Türkiyədəki açılım müddətinin kürd probleminin həlli üçün lazımi atmosferi təmin etdiyini düşünürsünüzmü? Bu açılımı necə qiymətləndirirsiniz?
- Türkiyədəki atmosfer kürd probleminin həlli baxımından olduqca yaxşı bir nöqtədədir. Türkiyədə kürdlər tək səfərdə hər istədiklərini əldə edə bilməzlər. İraqda biz mübarizəyə "İraqa demokratiya, kürdüstanda muxtariyyət" şüarıyla başladıq. 1958-ci ildə demokratiya gəldiyində muxtariyyət mövzusunu əvvəl müzakirə etmədik. Mədəni, dil haqqları, siyasi partiya qurmaq, jurnal və qəzet qurmaq haqqlarını əldə etməyə çalışdıq. Siyasət mümkün olanı reallaşdırma sənətidir. İraq hökumətini dəstəklədik, halbuki hökumət nə muxtariyyəti, nə başqa bir şeyi tanımırdı. Kürdlər bütün tələblərini bir səfərdə reallaşdıra bilməzlər. İnqilab üçün səbr lazımdır. Məclisdə partiyaları var, jurnal və qəzet çıxara bilirlər. İraqda bunlar yox idi. Mədəni, dil haqqlarını tələb edə bilirlər. Alınmayacaq yuxular arxasından qaçmıram. Bəlkə də məsələnin özü bu yuxu. Sizin bəhs etdiyiniz demokratiya və federalizmlə nəticələnən müddətdən bəziləri Türkiyə və bölgəni narahat edir. Mənim yuxudan qəsdim, milli haqqlardır. Müstəqillik və ya federalizm deyil. Kürd dövləti yuxusu bu anda imkansızdır. Yuxu dediyiniz reallaşdırıla bilər.

- 4 ölkənin Kürdlərə qarşı olmaq nöqtəsində birləşəcəyinə kim zəmanət verir?
- Bu ölkələrdən bəzilərinin hərbi müdaxilədən uzaq kürd dövlətini qəbul etməyəcəyini söyləyirəm. Buraxın hərbi müdaxiləni, boykot etsələr belə elan edilən dövlət yaşaya bilməz. Ağıllı siyasətçilər mümkün olan yuxular görməlidirlər. Siyasət, mümkün olan işləri etmək üçündür. Siyasət, xalqa xidmət üçündür. Siyasətçi, xalqına öz xəyallarına görə əziyyət verməməlidir. Şairlər istədiklərini söyləsinlər, ancaq biz siyasətçilər xalqımıza xidmət etməliyik. Qanuni haqqlarını təmin etməliyik.

- 2 yazı yazıb PKK-ya göndərdim deyirsiniz. Dağdakıların cavabı nə oldu?
- Bəziləri təsdiqlədi, bəziləri təsdiqləmədi. Kərküklə qeyri-rəsmi görüşdük.

- Kərkük mövzusundan Bağdad və Ankara arasında bir koordinasiya varmı?
- Rəsmi olaraq Türkiyəylə bu mövzuda görüşlər olmadığını söyləyə bilərəm. Ancaq xüsusi görüşlər də ola bilər. Türkiyədə prezident Abdullah Gülə qeyri rəsmi görüşək dedim.

- Qeyri-rəsmi görüş oldumu?
- Bir dəfə oldu. Türkiyəyə səfər edəndə Abdullah Gül qardaşımızla görüşdük.

- Bəzi beynəlxalq media quruluşlarının çoxunun gündəmə gətirdiyi bir mövzu var. Bu da İsrailin İraqdakı varlığıdır. Sizdən birbaşa olaraq İsraillə əlaqələrinizi soruşmaq istəyirik. İsrailin İraqdakı varlığı doğrudurmu?
- İsrailin İraqda rəsmi bir varlığı yoxdur. Həm şimali İraqda, həm orta İraqda, həm cənubi İraqda. Təbii bəzi qərb ölkələrinin ya da şirkətlərinin və təşkilatların göndərdiyi yəhudi mənşəli nümayəndələr ola bilər. Yaxud İsraillə əlaqələri olan şəxslər ola bilər. İraqın İsraillə hər hansı bir əlaqəsi yoxdur.

- Cəlal Talabani olaraq Türkiyə sizin üçün nə məna verir? Nə xatırlayırsınız? Türkiyədə nəyi sevirsiniz? Unuda bilmədiyiniz müəyyən bir xatirə varmı? Türk musiqisni dinləyirsinizmi?
- Sondan başlayım. Türk musiqisini sevirəm. Başa düşməsəm də dinləyirəm. Türkiyə, bütün müsəlmanlar üçün dövlət olaraq ana vətəndir. Bu dövlət şərq xalqlarının xatirəsində müsbət bir iz buraxıb. Xüsusilə kürdlərə Osmanlı dövründə yaxşı davranılıb. Türkiyə mənim üçün böyük bir mədəniyyət deməkdir. İstanbulu çox sevirəm. İstanbul, mədəni gözəl bir şəhərdir. Xatirələrimi İstanbulda yazmaq istəyərdim.


Hazırladı: Emin Nəsirli
Source : faktxeber
Comment