0
Monday 1 November 2010 - 16:07

"ALMA"ÇILAR CƏZALANDIRILMALIDIRLAR!

Story Code : 42498
"ALMA"ÇILAR CƏZALANDIRILMALIDIRLAR!
"ALMA"ÇILAR CƏZALANDIRILMALIDIRLAR!
Bildiyimiz kimi “Alma” qəzetinin 24 oktyabr 2010-cu il tarixli 87-ci sayında “Turan Dursundan Seçmələr” başlıqlı yazı dərc olunub. Yazıda əziz İslam Peyğəmbəri (s) təhqir olunaraq şəhvətpərəst kimi alçaldılıb. Yazıda Həzrətin zövcələri və onlarla Peyğəmbərin münasibətləri haqqında əxlaqa zidd ifadələr işlədilib. Məsələyə münasibət öyrənmək üçün ilahiyyatçı alim Hacı Əhliman Rüstəmovla əlaqə saxladıq. Hacı Əhliman FaktXeber.com “Alma” qəzeti daim belə səviyyəsiz işlər və təxribatla məşğul olub: “Düşünürəm ki, belə məqalələr və yazılarla müsəlmanların arasında təxribat yaratmaq istəyirlər. Son zamanlar nisbətən sakitlik hökm sürür. “Alma” kimi qəzetlər də haradan və kimin tərəfindən sifariş aldığı Azərbaycan ictimaiyyətinə məlumdur. Əziz İslam Peyğəmbərini təhqir etməklə dindarlarla-hakimiyyətin arasında ziddiyyət yaratmağa çalışırlar. İstəyirlər ki, dindarlar seçkiqabağı küçələrə tökülsünlər və bunlar da sui-istifadə edib, dindarları guya seçkilərə maneə yaradırlarmış kimi qələmə versinlər. Seçki qabağı belə həssas məsələlərdə ehtiyatlı olmalıyıq”.

Hacı Əhliman bu kimi yazılara kəskin etiraz bildirdi: “Mən ən azı bir müsəlman kimi belə halları pisləyir və qəti şəkildə etiraz edirəm. Dindarlar dəyirmi masalar keçirməli və ölkə başçısına, Qafqaz Müsəlmanlar İdarəsi və Mətbuat Şurasına müraciət etməlidirlər. Eyni zamanda bu qəzetin rəhbərliyi və bütün əməkdaşları cəzalandırılmalıdırlar. Ölkədə həssas bir vəziyyətdə qarşıdurma və təxribat yaradanların sifarişçisi aşkar olunmalı və rəsmi dairələr də bu işə müdaxilə etməlidirlər. Hesab edirəm ki, bu kimi yazılar ancaq hakimiyyətlə dindarlar arasında qarşıdurma yaratmağa istiqamətlənib”.

Əli Mövlud
Source : faktxeber
Comment