QR CodeQR Code

Bir gündəlikdən

8 Nov 2010 18:41

Əfqanıstanda xidmət edən alman əsgərləri dinc vətəndaşlara da atəş açır.


Almaniyanın "Dapd" informasiya agentliyinə danışan bir əsgər dinc vətəndaşlara da atəş açdıqlarını, onlara qəti olaraq düşmən döyüşçüləri olaraq baxdıqlarını, yerlərini dəyişdirərək ətrafdan keçmək istəyən dinc vətəndaşları vurduqlarını etiraf edib. Əfqanıstanda xidməti boyunca gündəlik tutan əsgərin kitabı müsahibəsi ilə birlikdə nəşr olunacaq. Alman əsgərinin gündəliyində xristianların müqəddəs hesab etdikləri "Pasxa" bayramı ərəfəsində cümə günü üç alman əsgərinin öldürüldüyü və bir çoxunun da ağır yaralandığı, Isa Kel kəndində yaşadıqları qarşıdurmadan söz açılıb. Burada qarşıdurmalardan sonra alman əsgərlər artıq qarşıdurma zamanı telefonla danışan, ya da evlərin arası ilə qaçan dinc əfqan vətəndaşlara da atəş açmaqla bağlı razılaşıblar: "Dinc vətəndaşlar qarşıdurma zamanı bir küncə oturur, ya da yerə uzanaraq qarşıdurmanın bitməsini gözləyir. Döyüşçü vətəndaşlar isə bir binanın həyətində silahını atıb o biri binaya qaçır, daha sonra təkrarən silahının olduğu yerə qaçıb silahını götürərək qarşıdurmaya qatılır". /Bizimyol/


Story Code: 43406

News Link :
https://www.islamtimes.org/az/interview/43406/bir-gündəlikdən

Islam Times
  https://www.islamtimes.org