0
Monday 9 March 2015 - 14:37

İngilis mərcəi

Story Code : 445991
İngilis mərcəi
İngilis mərcəi
Deməli dünen getmişdim cənab Sadiq Shirazinin dəftərinə. Istədim bəzi suallar şəxsən özünə ünvanlayam. Dedim ağacan, sizi sevən həmvətənlərimin salamını catdərıram, əgər icazə versəniz bəzi məsələlər barədə fikirini öyrənmək istəyirəm.

Ağa dedi ki, mən suallara cavab vermirəm, oğlum qapının ağzında oturub get nə sualın var o cavab versin. (Halbuki, məndən öncə gələnlərin suallari cavablandırılırdı) Dedim ağa, bu suallar sizin barədədir fiqhi sual deyil ki, dəftərin nümayəndəsindən soruşum.

Ağa dedi ki, oğlum nə dəsə odur, o hər şeyi bilir. Kör peşman xudahafizləşib getdim oğlunun yanına. Inanın ki oğlu da biləndə ki bir-iki dənə qeyri adi suallarım var dedi ki, bax o tərəfdə fiqhi suallara cavab verən var, suala cavab vermək onun vəzifəsidir.

Dedim ağacan heç yerə də gedən deyiləm, atan məni sənin yanına yollayıb suallarımı cavablarmasan əl çəkməyəcəm. Sualım fiqhi deyil atanın fikirləri barədədir. Gördü əl çəkmirəm bir təhər 2-3 dəqiqəlik vaxt verdi. Təbii ki mən bu dəqiqələri bir az uzatdım...)) Sədəcə o suallardan birini (hamısının səs yazısı var "lazim gələrsə" onu da paylaşacam...) və ona verilən cavabı burada qeyd edirəm. -Atanızın Yasir əl Həbib və əminiz Müctəba Şirazi barədə düşuncələri nədir? Onlar Islam dünyasının dahi islam alimlərini təhqir, təkfir edirlər və üstəlik atanı da təbliğ edirlər...

- Atam şəxslər barədə fikir bildirmir. Şəxs barədə fikir bildirmək müctehidə yaraşmaz... (Halbuki Seyyid Sadiq Şirazi, öz ictihad icazənaməsində Yasir Əl-Həbibə "əllamə" və "Fəzilət sahibi" titulu verir. nəysə...)

- Yasiri və əminizi qoyaq bir qirağa, ümumiyyətlə atanız böyük din alimlərini təhqir etməyə necə baxır. Bu bir müsəlmana yaraşan hərəkətdirmi? bəs şəxsen sizin buna münasibətiniz nəcədir? (Inanin verdiyi cavab məni şoka saldı)

-Bilirsən hərənin öz fikiri var. Bunların öz "ictihadlarıdır" öz çatdıqları nəticədir. ( yəni bu nəticəyə catıblar ki kafirdirlər və söyüləsi adamlardı...) mən bu barədə bir söz deyə bilmərəm. Xudahafiz... Ps: Özünüz qəzavət edin... Ps: Bunların təkfirçilik planının etaplarını kəşf etmişəm.
Bu barədə inşallah sonra geniş şəkildə yazacam...

Əkrəm Hacızadə


Comment