0
Wednesday 24 November 2010 - 00:26

"Bu insan haqlarının pozulmasıdır!”

Story Code : 44976
"Bu insan haqlarının pozulmasıdır!”
"Bu insan haqlarının pozulmasıdır!”
Bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyanat verib.

Jurnalistlərlə görüşdə M.Mərdanov bildirib ki, "heç bir təhsil müəssisəsində nə şagirdlər, nə də müəllimlər dərslərdə hicabda gələ bilməzlər".

Məsələ ilə bağlı İslam-Azeri.az internet qəzeti Bakı İslam Universiteti islamşünaslıq fakültəsinin dekanı, QMİ rəsmisi, ilahiyyatçı Hacı Fuad Nurullayevdən münasibət öyrənib.

O belə bir qərarın verilmədiyi halda nazirin belə açıqlama verməsini düzgün saymadığını bildirərək deyib: “Belə bir əmr yoxdur. Hələ bir əmr çıxsın, rəsmi sənəd qəbul olsun, məktəblərə elan edilsin, sonra belə açıqlama versinlər. Bütün valideynlər yığışıb QMİ sədrinə müraciət etsinlər. Düşünürəm ki, bu məsələ həllini tapar”.

Azərbaycanda hüquqların pozulmasını da diqqətə çəkən Hacı Fuad deyib: “Mən bunlara bir daha söyləyirəm, mərhum prezident Heydər Əliyev deyərdi ki, biz dünyəvi respublika qursaqda bizim dinimiz İslamdır. Heç kəsin kiminsə haqqını pozmağa haqqı yoxdur. Əgər kimsə başını bağlayırsa, örtünürsə bu onun haqqıdır”.

Azan qadağasını da yada salan Bakı İslam Universiteti İslamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullayev deyib: “Yadınıza gəlirsə, minarələrdən azan verilməməsi gündəmə gəlmişdi. Xalq buna etiraz etdikdən sonra İlham Əliyev məsələyə qarışdı və məsələ həllini tapdı. Axı Heydər Əliyev Bibiheybət məscidini tikdirib, özü də orada Heydər minarəsi var. Minarə nə üçündür? Azan vermək üçündür.”.

Bu qadağanı təxribat adlandıran Hacı Fuad deyib :”Bu məsələdə hamı etirazını bildirməlidir. Mən düşünürəm ki, bəzi məmurlar özbaşnalıq edirlər. Bunu kimlər edirsə, onlar milləti xalqa qarşı qaldırırlar. Bu insan haqlarının pozulmasıdır!”.
Source : İslam-Azeri
Comment