0
Thursday 9 December 2010 - 13:50

İspaniyalı iqtisadçı Luis Sorato ilə müsahibə - Eksklüziv

Story Code : 46374
Luis Sorato ilə müsahibə
Luis Sorato ilə müsahibə
Luis Sorato başqa Avropa ölkələri kimi, İspaniya iqtisadiyyatının da böhran yaşadığını söyləyib. O, Avropadakı iqtisadi böhranın genişlənərək İspaniyaya sirayət edə biləcəyindən danışıb.
Ekspert Avropadakı iqtisadi böhranının gün-gündən genişlənməsi haqqında danışarkən deyib: “Şəksiz, böhran müqabilində həyata keçirilən plansız və səmərəsiz siyasətlər vəziyyəti daha da ağırlaşdıracaq. İspaniya uzun müddətdir ki, təhlükə ilə üz-üzədir. Amma vəzifəli şəxslərin düzgün siyasət irəli sürməkdə bacarıqsızlığı ölkənin hava limanı işçilərinin yaşadığı böhranlara oxşar problemlərlə üzləşməsinə səbəb oldu.
Avropa ölkələrinin iqtisadi böhranla üzləşdiyi danılmaz bir həqiqətdir. Amma səmərəli və düzgün iqtisadi siyəstlər yürütməklə böhranın qarşısını almaq olardı.
Avropa ölkələrinin böhranla müqabilədə ilk addımı itisadi qənaət siyasətidir. Onlar böhranla müqabilədə hər hansı digər bir yola əl atmazdan öncə xalqın onların iqtisadi və siyasi səhvlərinə şərik olduğunu düşünürlər. Elə bu səbəbdən də iqtisadi böhran maliyyə böhranına çevrilir.
İngiltərədə dövlət büdcə kəsiri ilə üzləşir və başqa çıxış yolu axtarmadan ya təhsil müəssisələri və universitetlərdə təhsil haqlarını artırır, ya sosial xidməti azaldır, ya da vergiləri çoxaldır.
Bildiyiniz kimi, Yunanıstanda vəziyyət olduqca ağırdır. Uzun müddətdir ki, bu ölkə əhalisi çətinliklərlə üzləşib. Yunanıstanın indiki vəziyyətdə ayaq üstə dura bilməsinin səbəbi dünya tərəfindən Yunanıstana verilən böyük kreditlər və Avropa İttifaqının bu ölkəyə köməkləridir.
Hazırda digər Avropa bir ölkəsi İrlandiya da iqtisadi böhranla üzləşib. İqtisadi böhran İrlandiya və Yunanıstanda o qədər şiddətli idi ki, Avropa İttifaqı və Avrozona təsisatı sürətlə işə qarışdı.
Böhranla üzləşmiş dövlətlərə verilən kreditlər onlar üçün başqa problemlərin yaranmasına da səbəb olur. Bu ölkələrə verilən uzunmüddətli kreditlərin üzərinə gələn faizi ödəmək olduqca çətindir. Oxşar vəziyyət artıq İspaniya və Portuqaliyada yaşanıb.
İspaniya dövləti ölkənin böhrana düçar olmadığını nümayiş etdirmək istəyir. Amma bu həqiqəti gizlətmək qeyri-mümkündür. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) tezliklə İspaniya və Portuqaliyada yaranmış böhrandan qurtuluş yolu tapmalıdır. Əks təqdirdə bu böhranın ictimai zərərləri qaçılmazdır.”
Ekspert əlavə edib: “Görünür 2010-cu ilin son günlərində Avropa iqtisadiyyatı tufanlı günlərlə üzbəüz qalmalı olacaq. Avropalılar 2010-cu ildə bir çox çətinliklərlə, o cümlədən dövlətlərin qənaət siyasətinə keçməsi və sosial xidmətlərin azalması ilə üzləşiblər.”

"IslamTimes" - Tərcümə şöbəsi

http://www.farsnews.com/newstext.php?nn=8909141145
Comment