QR CodeQR Code

İran və Səudiyyə Ərəbistanı nümayəndə heyəti arasında anlaşma

11 Dec 2010 19:08

IslamTimes - İran İslam Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri deyib: “Ümidvaram ki, ölkələr arasındakı rabitələr daha da çiçəklənərək layiqli bir səviyyəyə çatacaq”


Məhəmməd Cavad Məhəllati “Mehr” xəbər agentliyinə verdiyi müsahibədə İranla Ərəbistan arasındakı rabitələrlə bağlı deyib: “Bildiyiniz kimi, son iki ildə iki ölkə arasındakı münasibətlər olduqca pis idi. Bu da məntəqədə və İslam dünyasında təsir gücünə malik olan iki böyük İslam ölkəsi arasında normal münasibət sayılmırdı.
Həmd olsun Allaha ki, hazırda keçirilən görüşlər və müzakirələr, məsulların ciddi təlaşları nəticəsində iki ölkə arasındakı münasibətlər müsbət yöndə irəliləməkdədir. Öncə tərəflər arasında qarşılıqlı anlaşma yox idi. Amma son bir-iki ayda ölkələrin nümayəndə heyətləri arasında anlaşma əldə edilib.
İranın Riyazdakı səfiri xatırladıb: “Tərəflər arasında anlaşma əldə edilib. Allahın izni ilə yaxın gələcəkdə iki ölkə arasında köklü münasibətlər yaranacaq. Kütləvi informasiya agentlikləri ölkələr arasındakı münasibətlərə təsirsiz deyil. Ümid edirəm ki, İranla Ərəbistan arasındakı münasibətlər məntəqənin iki böyük İslam ölkəsinə layiq münasibətlər olacaq.”
Cənab Məhəllati həcc mərasimləri haqqında deyib: “İran bu il ilk heyətini həccə yola saldıqdan sonra mən İranın rəsmi nümayəndəsi olaraq Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirdim. Bu görüşlərdə həcc mərasiminin iki ölkə arasında olan münasibətlərə yüksək təsir göstərə biləcəyindən söz açıldı.
Həcc mərasimi ilə bağlı Ərəbistanın baş naziri Naif ibn Əbdüləzizlə iki görüş keçirildi. Bundan əlavə həcc naziri, Xarici İşlər Naziri, Aviasiya şirkətinin prezidenti və sair digər mühüm şəxslərlə danışıqlar baş tutdu.
Bu ilki Həcc mərasimi İslam İnqilabından indiyədək keçirilmiş mərasimlərin ən gözəli idi. Həmd olsun ilahiyə, Ərəbistan məmurları ilə heç bir toqquşma olmadı. İlk dəfədir ki, zəvvarlardan heç biri həbs edilməyib.
Böyük rəhbərlik məqamının göstərişi ilə təşkil olunan komitə ziyarətçilər üçün Ərəbistan məmurları tərəfindən yarana biləcək ehtimali problemləri bu ölkə rəsmilərinə çatdırmağa vəzifəli idilər. Amma xoşbəxtlikdən heç bir problem yaranmadı.
Öncə iranlı zəvvarların həcc mərasimində “Kumeyl” duası oxuması Ərəbistan məmurlarının ciddi etirazına səbəb olurdu. Amma bu il onlar “Kumeyl” duasının oxuması üçün iranlı zəvvarlara hətta xüsusi bir məkan da ayırdılar. Biz bütün bu xidmətlərə görə Ərəbistan məsullarına dərin minnətdarlığımızı bildiririk.
Ərəbistanın baş nazirinin müavini və Ali Həcc Şurasının sədri Əmir Məhəmməd ibn Naif ibn Əbdüləziz görüş zamanı dedi: “Biz bir zamanlar “Kumeyl” duasının nə olduğunu bilmirdik. Amma bu məsələ ilə maraqlandıqdan sonra gördük ki, iranlılar bu dua mərasimini tam sakitliklə keçirir və dua bitəndən sonra da bizə təşəkkür edib, dua oxunan məkanı (Beynül-hərəmeyn) təmizləyirlər. O dedi: “Əgər biz aramızda olan bütün ixtilafları araşdıraraq müzakirə etsək, heç bir problemlə üzləşmərik.”
İranın Riyazdakı səfiri deyir: “Bütün bu anlaşmalar gələcək illərdə də Həcc mərasiminin problemsiz keçirilməsinə kömək edəcək. Böyük rəhbərlik məqamının təyin etdiyi nümayəndə və Həcc təşkilatının sədrinin çəkdiyi zəhmətlərə göz yummaq qeyri-mümkündür. Onların təlaşları nəticəsində bu ilki həcc mərasimi nümunəyə çevrildi.
Zəvvarların səfərdən öncə təlimatlandırılması, onlara xarici ölkədə bu ölkənin qanunlarına hörmətlə yanaşmağı xatırlatmaq bir çox problemlərin aradan qaldırılmasına kömək etdi.
Ərəbistanda sadəcə bir problemlə üzləşdik. Bu da uçuşların təxiri ilə bağlı idi. Amma bu problem təkcə iranlı zəvvarlar üçün deyil, bütün ölkə zəvvarları üçün yaşandı.
Biz Ərəbistan dövlətinə təklif etdik ki, ətraf şəhərdəki hava limanlarından da istifadə edərək problemi aradan qaldırsınlar. Ümid edirik ki, növbəti il hava limanlarında yaranmış problemlər də aradan qaldırılacaq.” 

"IslamTimes" - Tərcümə şöbəsi

https://www.islamtimes.org/vdcf1tdj.w6dv0agiiw.html


Story Code: 46588

News Link :
https://www.islamtimes.org/az/interview/46588/iran-və-səudiyyə-ərəbistanı-nümayəndə-heyəti-arasında-anlaşma

Islam Times
  https://www.islamtimes.org