0
Friday 14 August 2015 - 22:19

"Bu hakimiyyət dövləti fəlakətə aparır"

Story Code : 479896
"Bu hakimiyyət dövləti fəlakətə aparır"
Müsəlman Birliyi Hərəkatının rəhbəri, keçmiş siyasi məhbus Hacı Tale Bağırzadə "Turan" agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik:

- Hacı, həmişə azadlıqda... Ölkədə dini cameənin durumunu necə dəyərləndirərdiniz?

- Ölkənin dini cameəsində müəyyən inkişaf var, amma bu istənilən səviyyədə deyil. Bu da dindarların dinə bağlı təsəvvürləindən irəli gəlir. Dindarlar öz işlərini namaz qılmaqla, oruc tutmaqla, məscidlə məhdudlaşdırırlar. Amma islam dinin bütün mahiyyəti ədalətli, zülmdən kənar cəmiyyətdə yaşamaqdır, elə Mühəmməd peyğəmbər (ə.s)-ın hicrəti həmin ədalətli cəmiyyəti qurmaq zərurətindən doğmuşdu.

Ölkəmizə gəlincə isə, 2009-cu ildən məscidlrərin sökülməsi, hicaba, hicabla fotoşəkil çəkdirməyə qadağalar kimi neqativlər cəmiyyətə ayaq açdı. Bax, dini caməeə ancaq bundan sonra hərəkətə keçdi. Bundan sonra dini icma anladı ki, cəmiyyətə zülm aradan qalxmadan, onlara olan zülm aradan qalxa bilməz. Əslinə qalarsa, dindarların cəmiyyətdəki haqısızlıqlara laqeyd davranışı dini məzmunlu təzyiqlərdən sonra aradan qalxdı. Insan toplumu da meşədəki ağac toplumu deyil ki, biri kəsiləndə digərləri səsəini çıxara bilməyə.

Zülm varsa, müsəlman onun önündə suslmamalıdır. Bundan irəli gələrək deyirəm ki, dini cameədə inkişaf var, cəmiyyətə adaptasiya olunmaq prosesi gedir. Dindar kəsim digər təbəqələrlə birləşməyi bacarmalıdır. Dindar olub olmamasından aslı olmadan, dini rituallara əməl edən də etməyən də müsəlman adə tərafında toplana bilər. Odur ki, bu ictimai təbəqləşmə aradan qaldırılmalıdır.

- Yeni nəsli din xadimləri sələflərindən nə ilə fərqlənirlər?


-Yeni nəsil ilahiyyatçılar dini təfriqə yaratmadan dini birliyə çalışırlar. Regionda və dünyada baş verən prosesləri izləyirlər, insani dəyərləri başa düşürlər. Zülmü aradan qaldırmaq, ədaləti bərpa etmək istəyirlər. İlahiyyatçılar da cəmiyyətlə eyni problemləri yaşayırlar.

Bütün cəmiyyət, eləcə də onun bir təbəqəsi olan ilahiyyatçılar azad seçki istəyir. Fikrimcə, bütün problemlərin kökü azad seçki olmamasındadır. Azad, ədalətli seçki olsun, xalq kimi seçirsə çeçsin, amma bu onun öz seçimi, öz iradəsi olsun, daha onun adından seçki olmasın. Biz ilahiyyatçılar, azad seçkini ən əsas məsələ sayırıq.

- Firkinizcə, hicab problemi həllini tam şəkildə tapıbmı?

- Hicabla dərsə getmək məsələsində müəyyən dəyişkiliklər var. Məktəblər var ki, bu problem aradan qalxıb, bir sıra məktəblərdə isə hələ də davam edir. Amma hicabla şəkil çəkdirmək problemi aradan qalxmayıb. Hökumət başa düşməlidir ki, problemi həll etmək üçün insanların yox, problemin üstünə getməlidir. Yoxsa, bu problemi haqqı tələb edən insanları həbs etməklə, hədələməklə aradan qaldırmaq olmaz. İdarəetmə düşüncəsində islahatlar olmalıdır. Həbslər problemin həlli yolu deyil.

Konstitusiya dini azadlıqlarını təsbit edir, hakimlərsə Konstitusiyanın verdiyi azadlıqları görməzdən gələrək haqqını tələb edən insanlarə həbs cəzaları çıxarırlar.

- Dindarların seçkidə iştirakı məsələsini necə görürsünüz?

- Maraqlı budur ki, hakimiyyət təmsilçiləri vətəndaşların dini hüquqlarını yerinə yetirməmələrini dinin dövlətdən, dövlətin də dindən ayrı olması ilə əsaslandırmaq istəyirlər. Hətta seçkidə iştirak məsələmiz də “dindarsansa namizəd olaraq seçkidə iştirak edə bilməzsən, ancaq səs verə bilərsən” baxışı ilə müəyyənləşir. Bəs o zaman vətəndaş haqlarımız necə olur?

Burada demək lazım gəlir ki, seçkilərə namizəd olaraq Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimi kimi rəsmi qeydə alınan şəxslər qatıla bilməzlər. Bu tələbdən kənarda ilstənilən vətəndaşımız dini rituallara əməl edib-etməməsindən asılı olmadan namizəd kimi seçkilərə qatıla bilər. Amma hakimiyyət təmsilçiləri bu məsələyə qanun bucağından deyil, öz şəxsi istəyindən baxır və ya məşhur məsəldə deyildiyi kimi, “qanun şah deyil, şah qanundur”.

Xalq önündə hesabatlılıq olmadığı, xalq seçmədiyi üçün hakimiyyət ölkəni öz istədiyi kimi idarə edir. Həm də bu məsələ hakimiyyətin xalqı öz iradəsilə də deyil, hansısa beynəlxalq güclərin sifarişi ilə idarə etməsini düşünməyə əsas verir. Yoxsa, müqəddəs Ramazan ayında həmin ayın mahiyyətinə uyğun olmayan televerilişlərin efirdə yer almasını izah etmək olmur. Həm də hakimiyyət xalqa “YAP və Yap-çı təfəkkürü” ilə yanaşır, bu təfəkkür tərzi də ölkəni uçuruma aparır. Ciddi islahatlar olmadığı halda hakimiyyətin cəmiyyətə təhdidlərilə çox uzağa getmək olmaz. Dövlətin özünü qorumalıyıq, əks halda bu hakimiyyət dövlətin özünü də fəlakətə apara bilər.

- Ölkədə dini təhsil necədir və xaricdə dini təhsil alanlar ideoloji təhlükə mənbəyi ola bilərmi?

- Dini mədrəsələrimiz, mütərəqqi dini məkəzimiz yoxdur. Xaricdə dini təhsil alıb gələn şəxslər ideoloji baxımdan problemlər yarada bilərlər. Çünki, xaricdə dini təhsil alıb gələnlər bilərkdən və ya əksinə, hansısa dövlətlərin dini maraqlarını ölkəyə gətirə bilər. Belə bir şəraitdə hansısa arzuedilməz meyl özünü biruzə verə bilər.

Digər tərəfdən hakimiyyət dini basqılarla ölkə daxilində dini şüurun inkişafına şərait yaratmır. Beləliklə, hakimiyyət bu tip əməllərilə cəmiyyətdə dini radikallığa zəmin yaradır. Bizlər isə cəmiyyətdə istənilən baxımdan radikallıq olmasını arzulamırıq. Bütün problemlərin azad, ədalətli seçki vasitəsilə həll olunmasını istəyirik. Ölkədəki əmin-amanlıq qorunmalı, ölkənin İraq və ya Suriyaya dönməsinə yol verilməməlidir. Cəmiyyətdə dini savadlılığın artmasına çalışmaq lazım gəlir və beləliklə dini radikallığı aradan qaldırmaq olar. Çünki, maarifçilik olmadan dini savadlılığı artırmaq olmur. Bu isə bu yöndə telekanal kimi təbliğat maşının olmasına ciddi zərurət yaradır.

- Yaxın Şərqdə və bütünlükdə “islam zolağı” adlı coğrafi arealda nələr baş verir? Din adı altında terror qruplaşmaları necə ortaya çıxır?

-“İslam zolağı”nda baş verən dəhşətli, bəzən də utancverici hadisələrin layihlərinin ayrı-ayrı aparıcı güclərin “siyasi və kəşfiyyat mətbəxləri”ndə hazırlanması birmənalıdır. Amma bu layihələri icra edənlər özlərinə müsəlman deyirlər. Bu da dərin təəssüfə səbəb olur.

Bunları önləmək və islamın gözəlliyini, qardaşlıq, əmin-amanlıq dini olması üçün dini birlik lazımdır. Amma bu dini birliyin özü də dəyərlərə əsaslanmalıdır. Islama düşmənçilik edən, islamın gözəlliklərini sıradan çıxarmağa can atan terrorçu qruplaşmalarla hansı birlikdən danışmaq olar?.

Hazırda dini şüarlar altında fəaliyyət göstərən terror qruplaşmaları adlarını nə qoyurlarsa qoysunlar, islamın düşmənləridir. Bunu başqa cür adlandırmaq mümkün də deyil. Odur ki, dini birlik məsələsi dini birlik dəyərləri məyyən edilmədən mümkün ola bilməz. Dini bilriyin kimlə, hansı qüvvələrlə çevrələnməsi olduqca mühüm məsələdir.
Bununla belə, islam böyükləri din daxilində olan bəzi ixtilafların aradan qaldırılması üçün müəyyən hökmlər verərək dini ortamda yumşaqlıq ovqatı yara bilirlər.

Bu gün islam ölkələri siyasi prolemlər yaşayırlar, bu ölkələrdəki hakimiyyətlərin çoxu xalq iradəsilə hesablaşmaq istəmirlər, nəticədə xalq-hakimiyyət qarşıdurması yaranır. Maraqlı qüvvələr isə bu qarşıdurmanı öz istədikləri məcraya yönəldərək islamı gözdən salmaq aksiyasına döndərirlər. Necə ki, Yaxın Şərqdə baş verənlər bunun nəticəsidir. Bu məsələlərdə din adı altında ortaya çıxan qruplşamların əməlləri beynəlxalq güclərə “islam budur” yalanı ilə həm də islamı gözdən salmağa çalışır.

-İslam dini daxili ixtilaflar həllini necə tapa bilər, islam dünyası buna hazırdırmı? Məsələn, elə bir vaxt ola bilərmi ki, Ramazan bayramını bir gündə qeyd edək.

-İslamı ailəyə bənzətsək, ailə daxilində müəyyən fərqliliklər var və düşmən də bu fərqliliklərdən öz xeyrinə istifadə edir. Yeri gəlmişkən, bu fərqliliklər həm yəhudilikdə, həm də xristianlıqda var.

Bu ayrı bir məsələ ki, dinə baxışda cahillik düşmənin işinə yarayır, dinimiz əleyhinə fəaliyyəti üçün öz əlimizlə əsaslar veririk. Amma dini birlik üçün Allaha inanşışdan, “Quran”a, Mühəmməd peyğəmbər (ə.s)-a inanışa qədər bütöv bir silsilə var ki, birlik üçün əsasa dönə bilər. Görünür, din daxilindəki ayrımçılar birlik olmasına imkan vermək fikrində deyil.

Ramazan bayramını bütün islam dünyasının eyni gündə qeyd etməsinə gəlincə, burada bəzən fərqli baxışlar ortaya çıxır, bəzən əsaslı və ya əsassız məsələlər buna maneələr törədir.

-“Müsəlman Birliyi Hərəkatı”nın yaranması necə baş verdi və Hərəkatın hədəfləri hansılardır?

-Bu ilin yanvarında həbsdə yaratdıq Hərəkatı. Buna səbəbsə insanların şərlənərək həbs olunmaları idi. İctimai-siyasi proseslərdə iştirak edə bilmək üçün təşkilata ehtiyac yarandı və yarandı.

Zindanlarda çoxsaylı vicdan məhbusları var ki, xalq özü onlara arxa durmalıdır. Hakimiyyət xalqı həbs, qaranlıq mühitində yaşatmaq istəyir. Xalq bu durumda öz gücünə inanmalı, öz tarixi qələbələrini özünə qaytarmalı, zülmə yox deməyi bacarmalıdır.

Düçüncəmizə görə, ictimai-siyasi proselər daxilində seçki ən mühümüdür. Həm də belə düşünürük ki, azad, ədalətli seçki cəmiyyətin bir çox proeblemlərini aradan qaldırmağa qadirdir.

Ölkədə ədalət, zülmün aradan qalxması uğrunda mübarizə aparan qüvvələri müsəlmançılıq, milli məfkurə və ümmətçilik platformasında birləşdirmək olar. Bir də təkrar edirəm ki, biz məhz müsəlman adı ətrafında birləşməyi daha münasib bilirik. Çünki, burada bütün təbəqələr birləşməyi bacarar. İstər dindar olsun, istər millətçi olsun və s. müsəlman olmaqdan kənarda deyil. Düzgün maarifçi təsəvvürlər formlaşdırılması milli və islami birlyiin yaranmasına gətirib çıxaracaq.

Bəzən bizi ölkədə islam dövləti qurmaq səylərində ittiham etmək istəyirlər. Amma hazırda Azərbaycanda islam dövləti qurula bilməsi üçün rüşeymlərin özü belə yoxdur. Seçki vasitəsilə, xalqın iradəsilə zülmdən uzaq, ədalətli cəmiyyət qurulmasını istəyirik.

Xalqa isə iradə nümayiş etdirərək onunla azad seçki və azad cəmiyyətdə görüşmək istəyimi bildirirəm.
Source : Azadliq
Comment