QR CodeQR Code

MƏSCIDOFOBIYA DAVAM EDIR: DAHA ŞIDDƏTLI, DAHA AĞIR

ƏBAZƏR ƏHMƏDLİ

"Dəyərlər" AİN , 13 May 2009 17:25

Artıq ölkədə çox məscidlərlə bağlı rəzil bir tendensiya başlanmışdır. Belə ki, məscid həyətlərinin qəsb edilməsi, Şəhidlər məscidinin bağladılması, bir gün sonra Yasamalda “Peyğəmbərimiz Məhəmmədin (s) məscidi” adlı məscidin uçurulması, indi də Neft Daşlarındakı yenicə tikilmiş məscidin dağıdılması - bütün bunlar inanclı insanlar arasında sarsıntı ilə qarşılanmaqdadır.


Bu faciəli durumla bağlı ölkənin dini ictimaiyyətinin nümayəndələrinə aşağıdakı sualları ünvanladıq:
1. Şəhidlər məscidinin bagladılması, ardınca Yasamalda rayonunda məscidin sökülməsi, indi də Neft Daşlarında yenicə istifadəyə verilmiş məscidin sökülməsini necə qiymətləndirirsiniz?

2. Bəzi məmurlar birində təmiri, digərində qeyri-qanuniliyi, hal-hazırda isə Neft Daşlarında sökülən məscidlə əlaqədar isə çökmə təhlükəsini əsas gətirirlər. Hətta bunlar dogrudursa belə, məscidlərin belə qaba formada və yolverilməz tərzdə deyilənlərin həyata keçirilməsini necə dəyərləndirirsiniz?

Kərbəlayi Zülfüqar Mikayılzadə - Quran və hədis elmləri üzrə mütəxəssisi, ilahiyyatçı-alim: “Əgər bu təxribatdırsa, bunu elə Ermənistanın Qarabağdakı məscidlərlə bağlı gördüklərindən heç bir fərqi yoxdur ”

- Şübhəsiz ki, məscidlərlə belə rəftar şəriət baxımından götürsək məqbul əməl deyildir. Qurani-Kərimin “Bəqərə” surəsinin 114-cü ayəsində məscidlərin sökülməsi kəskin tənqid olunur. Bu ayədə məscidləri sökdürən şəxs ən zalım insan kimi tanıtdırılır. “Tövbə” sürəsinin isə bir sıra ayələrində məscidləri təmir etdirən insanlar, həmçinin “Nur” surəsinin 36-cı ayəsində də məscidlərin qorunması, hörmətlərinin saxlanılması əmr olunub.

- Əgər bu təxribatdırsa, bunu elə Ermənistanın Qarabağdakı məscidlərlə bağlı gördüklərindən heç bir fərqi yoxdur. Orada da bizim məscidlərimizi sökürlər, burada da. Əgər təxribatdırsa - şübhəsiz erməninin gördüyü işlə bu görülən işdə heç bir fərq yoxdur.


Hacı Mir Cəfər ağa - ilahiyyatçı-alim: “Sovet hakimyyəti gələndə məscidləri anbar edirdi, ancaq dağıda bilmirdi. İndi necə əxlaqsız insanlar yaranıb ki, birbaşa dağıdırlar”

- Çox anlaşılmaz işlərdir. Bilmirəm bunlar kimə xoş gəlir? Nə üçün belə edilir? Amma dini baxımdan deyə bilərəm ki, Allah onun evi ilə belə rəftar edənlərin bəlasını verəcək. Məscidlə oynamaq…? Tarixdə çoxları məscidlə oynayıb, axırları heç yaxşı olmayıb. Axırını görüblər. Məni maraqlandıran sadəcə budur ki, sovet hakimyyəti gələndə məscidləri anbar edirdi, ancaq dağıda bilmirdi. İndi necə əxlaqsız insanlar yaranıb ki, birbaşa dağıdırlar. Heç baxmırlar ağına-bozuna. Çox anlaşılmaz hərəkətlərdir.

- Yenə də sovetlərə qayıtmaq istəyirəm. Məmurlar başa düşmürlər ki, soveti məhv edən elə mənəvi dəyərlərə sataşmaq idi. Sovet dağılanda heç kəsin vecinə olmadı ki, bu quruluş dağılır. Sadəcə olaraq, həyəcan siqnalı kimi deyə bilərəm ki, bunun axırı yaxşı olmayacaq.


Story Code: 4863

News Link :
https://www.islamtimes.org/az/interview/4863/məscidofobiya-davam-edir-daha-şiddətli-ağir

Islam Times
  https://www.islamtimes.org