QR CodeQR Code

4 azyaşlı hicaba görə təhsilsiz qalır

Islamazeri , 6 Oct 2015 00:11

Islamtimes - Şikayət Suraxanı rayonundan bildirilib


İslamazeri.az azadxeber.net-ə istinadən xəbər verir ki, növbəti şikayət bir ailənin azyaşlı övladlarının məktəbə qəbul edilməməsi ilə bağlı olub. Suraxanı rayon Hövsan qəsəbə sakini Fərəcova Siyaxanım 4 övladının 118 saylı orta məktəbə qəbul edilmədiyindən şikayətlənir. Siya xanımın müraciətində bildirib ki, övladlarımı maddi imkansızlıqdan təhsil almağa göndərə bilmirdim: “Nəhayət ki, uzun illər sonda bir neçə xeyirsevər insanlar uşaqlarımın təhsil alması üçün məktəb ləvazimatları alıblar. Mən də 02.10.2015 tarixində övladlarım, Fərəcov Rüfət (14 yaş) və Fərəcova Aydan (13 yaş), Leyla (11 yaş) və Fatimə (8 yaş) ilə birgə üz tutduq adıçəkilən məktəbə. Bizi ilk qarşılayan məktəbin direktoru Nizaməddin Ağcayev oldu. A.Nizaməddin “yeni tədris ilinin başlama müddətindən xeyli vaxt ötüb və siz gecikmisiniz” deyə qəbul etməkdən imtina etdi. “Xahiş edirəm övladlarımın təhsil alması üçün necə etməli, hara getməliyəm bu barədə mənə bir çıxış yolu göstərəsiniz”. Biz də AzadXeber.az olaraq mövzu ilə bağlı hüquqşünas Qurban Məmmədovdan qanunhvericilikdə sözügedən məsələ haqqında hansı bəndlərin yer aldığını öyrənməyə çalışdıq.

Qurban bəy, qanuna görə, bu cür problemlər meydana çıxarsa onun həlli üçün valideynin, məktəb direktorunun və digər aidiyyatı orqanların üzərinə hansı vəzifələr düşür?
“Əslində, istər icra hakimiyyətində istərsə yerli polis orqanlarında azyaşlılarla məşğul olan qəyyumluq şöbələri fəaliyyət göstərir. Həmin idarələr sözügedən problemlə ciddi şəkildə məşğul olur və olmalıdır. Eyni zamanda təhsil haqqında qanunu da təhsil nazirliyinin bir vəzifəsi də təhsildən yayınan uşaqları müəyyən edib və təhsilə cəlb etməkdir. Bunun üçün isə məktəb direktorlarının və müəlimlərin də üzərinə müəyyən işlər düşür. Eyni zamanda bizim də borcumuzdur ki, hardasa təhsildən yayınmış azyaşlı görsək adiyyatı qurumlara təhvil verək. Əks təqdirdə həmin o uşaqların çoxu sabah hansısa cinayətin səbəbkarı ola bilər. Bir sözlə bu gün təhsil almayan uşağın gələcəkdə cinayətkar olmamaq ehtimalı çox aşağıdır. Ona görə heç birimiz bu cür problemlərə biganə qalmamalıyıq”. Şikayətçinin irəli sürdüyü iddiaların nə dərəcə doğru olub-olmadığını aydınlaşdırmaq üçün Nizaməddin Ağcayevlə əlaqə saxladıq.

Nizaməddin bəy məsələ ilə bağlı nə deyə bilərsiniz?
“Siyaxanım adlı valideyn bizi yox, biz onu axtarmışıq: “Hələ ötən ildən valideynə dəfələrlə müraciət etmişik və uşaqların fərdi formada təhsil alacaqlarını amma sənədləşməni tez bir vaxtda etmək lazım olduğunu demişik. Lakin valideyn min bir bəhanələr gətirərək məsuliyyətsizlik edir. Biz onun övladlarının təhsil almaq işinə ondan daha çox can yandırırq. Artıq yeni tədris ilinin başlamasından 20 gün ötür. Azyaşlıları məktəbə qəbul etmək səlahiyyətimiz sentyabr ayının 15-ə qədər idi. Artıq bu Bakı Şəhər Təhsil Şöbəsinin və nazirliyin üzərinə düşən işdir. Bununla bağlı valideynə də bildirmişəm və hara necə müraciət edəcəyini demişəm”. Hüquqşünas və direktorundan dediklərindən məlum oldu ki, hazırda ən çox məsuliyyət Təhsil Nazirliyinin üzərinə düşür. Mövzu ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. Suallarımızı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tahirquliyeva cavablandırdı.

Arzu xanım, mövcud problemlə bağlı Təhsil İdarəsi hansı addımları ata bilər?

“Həmin uşaqların yaş həddini nəzərə alsaq onların özlərindən yaşca kiçik olan digər şagirdlərlə eyni sinifdə dərs alması mümkünsüzdür. Amma bu məsələ uşaqların təhsil almaq imkanını məhdudlaşdırmır. Əksinə onların məktəbdə fərdi şəkildə dərs almalıdırlar. Bunun üçün isə hər şeydən öncə valideynin Bakı Şəhər Təhsil İdarəsinə müraciət etməsi vacibdir. Valideyn idarəmizə yaxınlaşsın və problemini məsul şəxslərə bildirsin. Daha sonra məsələnin kökündən həlli üçün lazımı addımlar atılacaq”. Məsələni diqqətdə saxlayacayıq!


Story Code: 489187

News Link :
https://www.islamtimes.org/az/interview/489187/4-azyaşlı-hicaba-görə-təhsilsiz-qalır

Islam Times
  https://www.islamtimes.org