0
Friday 15 January 2016 - 15:46

Taleh Bağırzadəni ay yarımdır bir paltarda saxlayırlar

Story Code : 512599
Taleh Bağırzadəni ay yarımdır bir paltarda saxlayırlar
«Niyə silah çəkib namaz qılanları öldürdülər?»

Nardaranda həbs edilmiş Taleh Bağırzadənin qardaşı Elşən Bağırov «Azadlıq» qəzetinə müsahibə verib.

– Taleh ay yarımdan çoxdur ki,qanunsuz olaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Həbsolunandan bəri nə üzünü görmüşük, nə telefonda səsini eşitmişik. Heç apardığımızpaltarları və sovqatı da götürmürlər. “Banditizm” adlanan idarəyə üç gündən birgedirəm, paltar, sovqat aparıram, geri qaytarırlar. Deyirlər ki, tapşırılıb, olmaz. Buadam bir aydan çoxdur ki, bir paltarın içində, iylənmiş vəziyyətdədir. Əgər adi paltaraimkan verilmirsə, özünün hansı vəziyyətdə olduğunu təsəvvür eləmək çətin deyil.Axırıncı dəfə məhkəməyə çıxarılanda da halsız vəziyyətdə olub. Ona işgəncə verilib.Vəkil deyir ki, işgəncə nəticəsində burnu sınıb. Bir sözlə, insan hüquqları tapdalanır.

– Hansı səbəbi gətirib sovqatı, paltarı götürmürlər?

– Qəti tapşırıq verilib ki, heç nə götürmək olmaz.

– Qardaşınıza qarşı irəli sürülən ittihamlar barədə nə düşünürsüz?

– İttihamlar qanunsuz və əsassızdır. Bu hadisədən əvvəl onu polis idarəsindən, MTN–dən də çağırmışdılar. Hara çağırıblarsa, hamısını sayıb, gedib. Niyə vəziyyəti bu həddəçatdırdılar, niyə “terrorçu” adını qoydular, niyə maskalılar namaz qılınan otağa basqınedib, silah çəkib namaz qılanları öldürdülər, niyə qan töküldü – bu vaxta qədərbilinmir. Qanunsuz əməliyyat idi. İndiyə qədər də qanunsuz saxlanılır.

– Vəkil vasitəsilə ailə üzvlərinə bir xəbər göndəribmi?

– Uzun cəhdlərdən sonra vəkil onunla görüşə bilib, o da müstəntiqin otağında.Təkbətək görüşə imkan verilməyib. Görüşdə başqaları da iştirak edib. Elə məsələlərvar ki, onu başqalarının yanında demək olmur. Aydın məsələdir ki, ona işgəncə verilib,amma üstündən bir xeyli keçdiyinə görə işgəncə izlərinin bir qismi gedib. Ammaqalanlar da var. Dediyim kimi, ən azı, burnunun sınması ona işgəncə verilməsininsübutudur. Əgər adama adicə paltarını dəyişməyə imkan verilmirsə, başqa nədəndanışmaq olar?

– Məlum olduğu kimi, Taleh Bağırzadə ölkənin konstitusion quruluşunudəyişmək, dini dövlət yaratmaq cəhdində ittiham olunur. Onun belə bir niyyətivardımı?

– O, həmişə çıxışlarında da qeyd edirdi ki, Azərbaycanın sırf islam dövləti olmasıistəyi yoxdur. Eyni zamanda, bildirirdi ki, “mən qanunsuzluğa, haqsızlığa qarşıçıxıram, bu cür halları, məmur özbaşınalığını tənqid edirəm ki, yuxarıdakılar da görsünki, adamlara qarşı hansı haqsızlıqlar var“. Mənim qardaşımın başqa bir niyyəti, planıolmayıb. Taleh Bağırzadə nə dövlətçiliyin əleyhinə çıxıb, nə də bu məqsədlə hansısaişlər görüb. Bütün bunlar barədə deyilənlər qurama söhbətlərdir.

– Taleh Bağırzadənin Nardaranda olmasının səbəbi nə idi?

– Taleh axırıncı dəfə həbsdən çıxandan sonra onu heç bir dini söhbətlərə, məscidlərə,moizələrə girməyə qoymurdular. Nardarandakı dostları vardı, qonaq kimi çağırırdılar.Elə bir vəziyyət yaratdılar ki, Taleh orada olsun, həm Nardaranı belə vəziyyətəsalsınlar, həm də onun özünü həbs eləsinlər.

– Demək istəyirsiniz ki, Taleh Bağırzadənin Nardarana çağırılması təxribat idi?

– Bəli, mən bu fikirdəyəm.

– Kimlər çağırmışdı onu?

– Dostları da orada qalırdı, o dostların günahı yoxdur. Amma bu işin içində bir iş var…

– Belə məlumatlar yaydılar ki, Taleh Bağırzadə Hardaranda adamlarıtoplayaraq, onlarla siyasi söhbətlər aparıb, çevriliş planları müzakirə edib…

– Talehgil həbs olunan gün İmam Hüseynin qırxı idi. Həmin vaxt Talehin oradaolmasının səbəbi də bu idi. Adamlara dindən, imamlardan danışırdı. Alimin qarşısınayığılanlar da dost–tanışı olur, iman əhli olur. Bunlar isə elə düzüb–qoşublar, şəkillərielə yayıblar ki, guya, camaatı ayağa qaldırmaq istəyirmiş. Yalandır, orada elə söhbətlərolmayıb.

– Haradaranda bu əməliyyat nəticəsində dünyasını dəyişənlər oldu, bir xeyliadam həbs edildi. Buna görə nardaranlılardan Taleh Bağırzadənigünahlandıranlar olubmu?

– Yox, qətiyyən belə bir hal olmayıb.

– Bəziləri Taleh Bağırzadənin İranın adamı olduğunu iddia edir. Bu barədə nədüşünürsüz?

– Mənim qardaşımın İranla heç bir əlaqəsi yoxdur. O, Azərbaycan Dövlət İqtisadUniversitetini bitirəndən sonra İranın Qum şəhərində də dini təhsil alıb. Qayıdıbgələndən də ora ilə heç bir əlaqəsi olmayıb, ora getməyib. Talehi İranın adamı kimiqələmə vermək üçün televiziyalarda onun alimin əlini öpdüyü vaxt çəkilmiş şəkligöstərdilər. Əgər o alim Azərbaycana gəlibsə, deməli, bunların ona hörməti var ki,buna imkan yaradıblar. Bunların hamısı qurama söhbətlərdir.

– Bildirdiniz ki, Taleh Bağırzadə heç bir cinayət törətməyib. Bəs sizcə, onunhəbsinin əsl səbəbi nədir?

– Talehin həbsinin əsl səbəbi ölkədə baş verən haqsızlıqları, qanunsuzluqları diləgətirməsi, məmurların əməlləri barədə açıq danışması, hökuməti tənqid etməsidir.
Source : Nur.az.com
Comment