0
Friday 25 March 2011 - 06:40

Sarkozi Qəddafiyə borcunu batırmaq istəyir!

Story Code : 61325
Qəddafi - Sarkozi
Qəddafi - Sarkozi
-Siz həm Qəddafinin, həm də Sarkozinin oğlu ilə yaxından tanışsınız. Nə üçün Sarkozi Qəddafinin hakimiyyətdən zorla uzaqlaşdırılması kampaniyasına başçılıq edir?

-Mən baş verənlərə təəssüf edirəm. Liviyada vəziyyət Tunis və Misirdəki kimi deyil. Ordu Qəddafinin tərəfindədir. Liviyada yalnız xalq Qəddafiyə qarşıdır. Liviyada xalq pis yaşamır və neft qazancından pay alır. Hətta Ukraynadan Liviyaya mühacirət edənlər var. Təkcə Qəddafinin yanında 15 ukraynalı qız var. Fransa Liviya neftinin 20%-nə sahibdir. Elə bilirəm ki, Sarkozi ilə Qəddafi arasında şəxsi problem var. Fransa prezidenti seçkiqabağı kampaniyada Qəddafidən böyük miqdarda pul alıb. İndi Sarkozinin bir yolu var: izi itirmək üçün bütün Qəddafi ailəsini məhv etmək!

-Demək, bu müharibə şəxsi hesablaşmadır?

-Şübhəsiz ki, şəxsi hesablaşmadır. Fransa hətta İraqda müharibənin ziddinə olub. Sarkozi yalnız Qəddafidən yaxa qurtarmaq istəyir. Əgər Qəddafi məsələn bombardmanda ölsə, heç kim bilməyəcək ki, Sarkozinin Qəddafiyə nə qədər borcu var. Qəddafi Ukraynada çəhrayı inqilaba da pul xərcləyib. Sizcə Yuşşenko inauqurasiyadan sonra nə üçün dərhal Qəddafinin çadırına uçdu?!

-Qəddafi ailəsində dediklərinizi təsdiqləyəcək sənədlər varmı?

-Əlbəttə ki, Qəddafidə sənədlər var. O özü deyir ki, Ukraynada inqilabı maliyyələşdirib. Sonralar oğlu Seyf Əl-İslam hər ay Kiyevə uçub. Mən özüm onunla birlikdə Antonov zavoduna getmişəm. Qəddafi Çinlə Ukrayna arasında da rabitə qururdu. 2009-cu ildə Timoşenko Qəddafinin qəbuluna gəldi ki, Yuşşenkonu kənarlaşdırsın.

-İndi Qərbin planı nədir?

-Qərb Qəddafinin aviasiyasını tam məhv edib, Benqaziyə humanitar yardım göndərəcək. Benqazi Liviyanın yeni paytaxtı ola bilər. Qərb İraq kimi Liviyaya da sahib olacaq.

-Qəddafi xilas ola biləcəkmi?

-Seyf Əl-İslamın Qərbdə çox ciddi əlaqələri var. Sarkozi onu Yelisey sarayında qəbul edirdi. Avstriyada parlamentə hakim olan Hayder öləndə aydın oldu ki, Seyf ona 5 milyon avro verib. Məncə, Qəddafi xilas olacaq və onu Səddamın aqibəti gözləmir.

İrina Kovalçuk 

Source : HaqqYolu - Segodnya.ua
Comment