0
Saturday 9 April 2011 - 22:18

Vəhdət İslam dünyasının qələbə amilidir

Story Code : 64197
Vəhdət İslam dünyasının qələbə amilidir
Vəhdət İslam dünyasının qələbə amilidir
“IslamTimes”-ın verdiyi məlumata əsasən, Pakistan ordu qərargahının sabiq rəisi general Mirzə Əslambeg Pakistanın tanınmış siyasi və hərbi şərhçilərindən sayılır. Onun Pakistan və beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı təhlilləri çox ciddi qarşılanır. “IslamTimes”-ın bu politoloqla xüsusi söhbətini oxucuların diqqətinə çatdırırıq.

IslamTimes: Cənab general, Pakistan dövlətinin yaradılmasından 63 il ötüb. Lakin Pakistan xalqı hələ də anlamayıbdır ki, bu ölkəni yaradanların əsas məqsədi nə olub. Dövlət banilərinin məqsədinin sekulyar, yoxsa İslam üsul-idarəsi qurmaq istədiyini bilən yoxdur.

Mirzə Əslambeg: Pakistan xalqının böyük faciəsi sözlə iş arasında zidfdiyyətdir. Özümüzü müsəlman adlandırsaq da, əksəriyyətimiz İslam yolunda deyilik. Pakistan xalqının 70%-dən çoxu nə Quran oxuya bilir, nə də namaz qılır. Bu zümrədən olan insanlar hakimiyyətdə post tutduqda onların addımları İslam üsul-idarəsi ilə uyğun gəlmir. 

Bu səbəbdən də ölkədə sekulyarizm təbliğ olunur. Dəyərlər ayaq altına atılır, azğınlıqlara meydan açılır. 

Biz iddia edirik ki, Pakistan İslam qalasıdır. Hansı ki, bu qalanın altından torpaq sürüşür, qala divarları çat-çat olur. 

Bu olduqca təhlükəli vəziyyətdir. Pakistan konstitutsiyası bu xalqın həyat yolunu təyin edir. Konstitutsiyada yazılır ki, Pakistan Quran və sünnə prinsipləri üzərində qurulmuş respublikadır. Bu qanun Pakistan xalqının ictimai-siyasi yolunu, ideoloji baxışlarını təyin edir. Burada iki əsas nöqtə var. Onlardan biri demokratik, o biri İslami üsul-idarədir. Yalnız İslam üsul-idarəsi insan haqqlarının, ədalətin, azadlığın təminatçısı ola bilər. 

Pakistan dövlətinin banilərindən olan Məhəməd Əli Cinah 1939-cu il oktyabr ayının 22-də Pakistan dövlətinin təsisindən öncə Lahur şəhərində bütöv Hindistan liqası şürasının iclasında etiqadla bağlı baxışlarını belə açıqlayıb: “Ey müsəlmanlar! Mən həyatda çox şey görmüşəm. Sərvət, şöhrət, rahatçılıqdan çox ləzzət almışam. İndi isə yeganə arzum müsəlmanları azad və alnıaçıq görməkdir. İstəyirəm öləndə əminliklə öləm və vicdanım Allah hüzurunda şəhadət versin ki, İslama xəyanət etməmişəm, müsəlmanların azadlığı və müdafiəsi yolunda vəzifəmi yerinə yetirmişəm. Buna görə məni tərif və ya təşviq etmənizi ummuram. Dünyadan gedəndə iman və vicdanımdan belə bir şəhadət gözləyirəm ki, İslamın müdafiəsində vəzifəmi yerinə yetirmişəm. İstəyirəm ki, Allahım mənə buyursun ki, müsəlman doğuldun, müsəlman yaşadın, küfr səltənətində İslam bayrağını uca tutaraq öldün.” 

Cinahın çıxışından aydın olur ki, Pakistan dövlətinin yaradılmasında məqsəd nə olub. İndi də kimsə bu şəxsin baxışlarına şübhə ilə yanaşsa onun müalicəsi mümkünsüzdür.

IslamTimes: Cənab general, parlamentin təkrar-təkrar təşkili və buraxılması, ordunun müdaxiləsi, Amerikanın nüfuzu, xalqın dövlət qrumlarına etimadsızlığı nə zaman sona çatacaq? Sizin nəzərinizcə Pakistan ordusunun yeni bir mövqe tutması mümkündürmü?

Mirzə Əslambeg: Pakistan xalqı çox eniş-yoxuşlardan keçib. Hələ ki, həqiqi respublika adlandırılacaq bir hökumət qura bilməmişik. Ordunun davamlı müdaxiləsi, demokratik hökumətlərin süqutu xalqın bu qruluşa olan münasibətini mənfiləşdirib. 

Bugünki demokratik dövlətin bəxti gətirib ki, keçmişdə mövcud olan anti-demokratik qüvvələr bu gün mövcud deyil. 

Məsələn, bu gün Amerika istədiyi hökuməti qura biləcəyinə ümid etmir. Çünki Pakistan ordusunu rəhbərləri onların oyununu davam etdirmək istəmir. Daim dəyişiklik sorağında olan Pakistan müxalifəti bu gün Respublika sorağındadır. 

“IslamTimes” – Tərcümə şöbəsi
Davamı var...
Comment