0
Tuesday 6 February 2018 - 00:26

Noam Çomski: “İran Vaşinqtonun tədbirsizliyindən regionda gücləndi”

Story Code : 702556
Noam Çomski: “İran Vaşinqtonun tədbirsizliyindən regionda gücləndi”
Deyerler.org Təsnimə istinadən xəbnər verir ki, dünya köhnə sistemdən yeni sistemə doğru gedir və bu yeni sistemin xüsusiyyətləri hələ dəqiq olaraq müəyyən deyil. Bu keçidin koordinatlarını dünyadakı güc piramidasındakı dəyişikliklər, mövcud beynəlxalq rejimlərin və qurumların zəifləməsi, Amerikanın zəifləməsi və bu rejimin hərtərəfli hegemonluğunun süqutu, yeni regional rejimlərin yaranması, dünyadakı ticarət və maliyyə münasibətlərində dolların süqutu və regional və beynəlxalq güclərin inkişafını göstərmək olar.

Dünyadakı bu keçid ilə əlaqədar olaraq Keyhan qəzeti amerikalı mütəfəkkir və filosof Avram Noam Çomskidən müsahibə alıb. Müsahibə aşağıdakı kimidir:

- Amerika tək qütblü bir dünyada tək tərəfli olaraq, dünyaya hakim olan ənənəvi bir güc kimi indi sürətli bir şəkildə gücünü itirir və digər tərəfdən də çox qütblü dünya formalaşır. Sizcə, ASEAN, BRİCS və Şanxay kimi şərq iqtisadiyyatı strukturları dünyadakı mühüm hadisələrdə və yeni quruluşun formalaşmasında nə dərəcədə təsirli ola bilər?

- Şübhəsiz ki, ABŞ-ın İkinci Dünya Müharibəsinin başa çatmasından sonra dünyadakı müxtəlif sahələrdə ən üstün gücü və hakimiyyəti var idi, amma heç vaxt dünyaya tək tərəfli olaraq hakim olmadı və dünyanı başqalarının fikirlərini nəzərə almadan idarə etmədi. Bunu unutmamaq lazımdır ki, Amerika İkinci Dünya Müharibəsinin başa çatmasından sonra gücündə zirvəyə çatdı, amma bu güc yavaş-yavaş geriləyib. Müharibədən yalnız bir neçə il sonra, Çin özünü Amerikanın güc və hakimiyyət həlqəsindən çıxardı. Daha sonra Çin və Rusiya, hər nə qədər son illərdə müxtəlif sahələrdə fərqli baxışlara malik olsalar da, yaradılması və davam etdirilməsi çox asan olmayan əlaqələndirmələrini indiyə qədər itirməyə çalışıblar. Dünya yavaş-yavaş üç oxun əsas rol oynadığı yeni bir həndəsə görməyə başladı. Bu gün üç qütblü bu sistem, müstəmləkəçilik və müxtəlif cəmiyyətlərin sənaye sistemlərinin yenidən qurulması prosesinin düzəldilməsinin nəticəsidir və bunun nəticələri də Şimali Amerika, Avropa və şimal-şərqi Asiyada super iqtisadiyyatların ortaya çıxmasıdır. Üç qütblü yeni bir quruluşun ortaya çıxması ilə birlikdə, keçmiş Sovet İttifaqının dağılmasına baxmayaraq, Amerikanın gücü də yavaş-yavaş gözdən itdi. Bu həqiqətlə yanaşı, Amerikanın hələ də hərbi sahədə dünyanın ən zəngin ölkəsi olmağa davam etməsi və dünyanın sərvətinin təxminən yarısını təşkil etməsi də vurğulanmalıdır. Çox mühüm olan bu güc miqyasına çox az toxunulur. ASEAN, BRİCS, qlobal təsirlərdə çox mühüm rol oynayır. Çin diqqətə çarpan səviyyədə qlobal iqtisadi gücün gələcəyində qətiyyən daha böyük rola malik olacaq. Amerikanın indi ən böyük problemi ölkənin perspektividir.

- Çin ehtiyatlarını “yuan” milli pul vahidini əsas tutaraq, yüksək miqdarda qızıl və digər ölkələrlə imzaladığı böyük iqtisadi konvensiyalarla möhkəmləndirir və dolların mövcud şərtlərdə süqutunu və Amerikanın iqtisadi gücünün gələcəyini necə qiymətləndirirsiniz?

- Amerikada qəbul edilən siyasət, dolların qlobal səviyyədə güclü bir pul vahidi olaraq qorunmasının davam etdirilməsidir. Bu siyasət Amerika iqtisadiyyatı üçün mənfəətli olmasına baxmayaraq, ciddi büdcə kəsirinə səbəb olur. Digər tərəfdən, dollar tədricən zəiflədiyi üçün istehlakçılar üçün xərclər artır, amma hər bir ölkənin yerli və milli istehsalatı özlərinə fayda verir. Dollar qarşısında müxtəlif çətinliklər var, ancaq hazırda bu problemlər çox təsir etməyən potensial problemlərdir.

- Mədəni, iqtisadi və hərbi cəhətdən digər amillər yeni bir qlobal sistemin yaranmasına necə təsir edir?

- Yeni həndəsənin yaranmasında bir çox faktor rol oynayır, ancaq heç biri hərbi və iqtisadi səviyyə qədər təsirli deyil.

- İranın yeni qlobal sistemdə doğru bir rol tapmaq məsələsində mövqeyini necə qiymətləndirirsiniz? İran İslam Respublikası bu sahədə nə dərəcədə uğurlu oldu?

- İran, Vaşinqton sayəsində regiondakı gücünü artırdı. Amerikanın İraqa hücumu İranın bölgədəki birinci yerdəki düşmənini aradan qaldırdı və Səddam Hüseyndən sonra bu ölkənin İraqa olan təsirləri ciddi dərəcədə artdı.

Source : Deyerler
Comment