QR CodeQR Code

Gürcüstanın İslami Camiəsində tanınan təşkilatlar arasında məhkəmə çəkişməsi - ƏTRAFLI

Islamazeri , 19 May 2018 15:42

İslamtimes - Gürcüstan müsəlmanları, xüsusilə şiələri arasında sosial şəbəkələrdə ciddi ittihamlar, ittihamlar arasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidovun da adı hallanır


Hacı Ramin İgidov Gürcüstanın Qardabani şəhərindən olan ilahiyyatçıdır. 2000-ci ildən müxtəlif dini təşkilat və qurumlarda fəaliyyət göstərmişdir.
O, “Haqq yolu” müəssisəsində sədr müavini, Tbilsi “İmam Əli (ə)” adına mədrəsənin müdiri, “Əlmustafa” dini təhsil mərkəzində müəllim, Rustavi şəhərinin axundu, “İman” Mədəni Müəssisənin rəhbəri və s. yerlərdə fəaliyyət göstərib. Bir neçə kitabın müəllifi, onlarla kitab və buklet və kitabçanın tərtibatçısı və 10-a yaxın kitabın və məqalələrin isə tərcüməçisidir. Gürcüstanda fəaliyyət göstərən bir neçə dini saytların yaradıcısı, nəşr olunan “İman” dərgisinin, öncələrdə çap olunan “Nümunəvi Ailə” jurnalının redaktoru olmaqla yanaşı “Əhlibeyt” və “Müctəba” jurnalının ərsəyə gəlməsində rolu olub.
Lakin son günlər onun haqqında sosial mediada bəzi ittihamlar yazılır, hətta əleyhinə açıqlamalrın da şahidi oluruq. Təbii ki, tənqidlər normaldır, lakin son zamanlar ciddi ittihamlar, hətta təhqirlərə də rast gəlinir.

İslamazeri.com Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov məsələ ilə bağlı müsahibə alıb.
Hacı Salam, Mübarək Ramazan ayının gəlişi münasibətilə sizi təbrik edirik. Gürcüstanda dini camiədə nə baş verir? Bu ittihamlar nə ilə bağlıdır? Hətta məhkəməyə qədər şiə məzhəbin iki qurumunun gedib çıxdığı haqda məlumatlar dolaşır. Azərbaycan inanclıları, İslami camiəsi Gürcüstandakı sosial şəbəkələri izlədikləri üçün çaşqın vəziyyətə düşüblər. Bu haqda nə deyə bilərsiniz?
Mən də sizi, bu mübarək ay münasibətilə təbrik edirəm, saytınızın izləyicilərini buradan salamlayıram.
Dediyiniz məsələ Gürcüstandakı inanclıları da narahat etməkdədir. Bəli məhkəmə məsələləri də olub. Bildirim ki, əsas üç məsələdə məhkəməyə şikayət olunubdur. Şikayət edən tərəf də Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi adlı təşkilatdır.
Birinci Məhkəmə Dövlətimizin 2014-cü ildə sabiq Baş Nazirin sərəncamı ilə 4 dini konvessiyalara - içərisində də müsəlmanlara Sovet totalitar rejimi dövründə dəymiş zərərlərin qismən qarşılanması məqsədi ilə pul vəsaitin ayırmasından sonar başladı. O zaman (həmin ildə yaranan) Dini Məsələlər üzrə Dövlət Agentliyi (DMDA) Gürcüstanda Ədliyyə nazirliyi tərəfindən (QHT-dən fərqli) İctimai təşkilat olaraq qeydiyyatdan keçmiş üç təşkilatların sədrləri ilə görüş keçirib.
Nazirlər kabinetində keçirilən görüşdən məqsəd (Dövlətlə dini İacmalar arasında vasitəçi orqan olan) Dini Agentliyin Baş nazirin yeni sərəncamı ilə təşkilatları xəbərdar etmək idi. Orada sovetlər dövründə müsəlmanlara dəyən zərərin qismən qarşılanması proqramında bizim iştirak etməyimizin necəliyi də bəhs olundu. Üç təşkilat Bütöv Gürcüstan Müsəlmanları İdarəsi (BGMİ), Bütün Gürcüstan Müsəlmanlar Birliyi (BGMB) və Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (UGMADİ) bu proqramı həyata keçirmək üçün ya bir təşkilat ətrafında birləşməli idi, ya Təmsilçilik Şurası təşkil edib aralarından bir subyekti təmsilçi olaraq təyin edib təşkilatlar arasında birgə işləməli və ya da bu proqramda iştirak etməkdən imtina edilməli idi.
O zaman UGMADİnin sədri (red: hazırda sədr dəyişib, oğlu bu vəzifəyə seçilib) bu məsələ haqda nazirlər kabinetində davamlı görüşlər keçirdi. Sonda iki təşkilat BGMİ və BGMB arasında daxili memorandum anlaşılması əsasında Təmsilçilik Şurası üzərində razılıq əldə olundu. Ancaq üçüncü təşkilat olan UGMADİ o zaman digər iki təşkilatlarla razılaşıb birləşə bilmədi. Atası öncə razılaşsa da Mirtəqi Əsədov iki təşkilatın qərarı ilə razılaşmadan imtina etdi. İki Təşkilat, yaranan Təmsilçilik Şurasında BGMİnin dövlətlə tərəf müqabil olmasını və Təmsilçilik Şurasının TŞ rəhbərliyinin mənə verilməsini qərara aldı. Ancaq UGMADİni təmsil etdiyini bildirən Mirtəqi Əsədov bu iki subyektin (əksəriyyətin) qərararı ilə razılaşmadan imtina etdi. Sonra nəzərdə tutulmuş məbləği iki təşkilatın iştirakı ilə yaranan TŞ-nın vəsaitinə köçürmək istəyərkən Dini Məsələlər üzrə Dövlət Agentliyi (DMDA) son olaraq 2014-cü ilin noyabr ayında məktub ünvanlayaraq üçüncü sübyektin də yaranmış TŞ-na qoşulmasını tövsiyə etdi. Əgər 10 gün ərzində qoşulmadıqları təqdirdə imtina etmiş hesab olunacaqları söylənildi. O zamana qədər sədr dəyişikliyi edən UGMADİ yaranan TŞ-ndakı təşkilatların sədrləri ilə görüşüb TŞ-na qoşulma sahəsində çalışmadı və DMDA-ya cavab məktubu ünvanlayaraq müəyyən şərtlərlə birləşməyə razı olduğunu bildirdi. Sonra da iki dini qurumla razılığa gəlib TŞ-na üz olmayan UGMADİ təşkilatı Dini Məsələlər üzrə Dövlət Agentliyini nədən iştirak etmədilər deyə mülkü məhkəməyə verdi. DMDA də biz sizə məlumat vermiş, tövsiyə də etmişdik ki, razılığa gəlib qoşulasız deyə cavab verdikdə heç bir əhəmiyyəti olmadı. İndi də arada qalan əsas dini qurumlar oldu.
Nəhayət mülkü məhkəmə proseslərinin sonunda onların əleyhinə qərar verdikdən sonra şikayətçi təşkilat UGMADİ mülkü məhkəmənin qərarı ilə razılaşmayıb Apellyasiya məhkəməsinə də müraciət etdi. Apellyasiya məhkəməsi onların indi də TŞ-na qoşulmaq haqlarının olduğunu bildirərək tələblərini təmin olunmasıın mümkünlüyü haqda qərar verdi. Bu zaman məhkəməni udduqlarını söyləyən UGMADİnin əməkdaşlarına TŞ-nın sədri tərəfindən normalda qoşulmada heç bir problemin olmadığı söylənildi.
Belə bir iddia varki, onlar Təmsilçilik Şurasına qoşulmaq istəyirlər. Bu düzdürmü?
Ola bilər. Lakin indi onlara bizim şərtimiz var. Deyirlərki. şərt irəli sürə bilməzsiniz. Biz isə deyirik ki, təsis edilən vaxt dediyiniz kimi idi, hazırda isə siz hazır quruma qoşulursuz, lakin sizin məramınızı bilmirik, ona görə şərtlərimizə əməl etməlisiniz. Şərtlərimiz isə belədir:
1.Şiə və Sünnü müsəlmanların ayrı idarədə və icma olaraq tanınması sahəsində Konstutusiya məhkəməsindən əl götürülsün. (Çünki qoşulduğu təmsilçi təşkilatda hər iki məzhəb mövcuddur. Necə ola bilər həm İdarə ilə birgə TŞ-na qoşulsun və həm də içəridən parçalamağa çalışılsın;
2. İki təşkilat birləşərkən memorandum əsasında fəaliyyət proqramı təşkil edərək təzminat tələbinə görə) regionları təmsil edən ruhanilərə vermişdir. Onlar da qoşulduqları halda təklif etdikləri ruhanilərin əlavə olunması ilə bu qərara razı olacaqlarına söz versinlər.
3.Qoşulduqları halda (iki təşkilatın rəyi ilə qərara alınan) TŞ-nın sədrinin BGMİnin şeyxi olduğu ilə razılaşıb bundan sonra bu sahədə məhkəmələrdən əl götürsün.
İddialardan biri budur ki, "başqasının yerinə imza" kimi iddialar irəli sürürlər. Bu haqda nə deyə bilərsiniz?
Əvvəla mən qərarlarıma təmsil etdiyim TŞ adından və BGMİnin İdarınin şeyxi kimi imza atıram. Kiminsə adından imza atmağa nə hüququm var nə də buna ehtiyacım yoxdur. İki qurumun birlikdə imzaladığı sənəddə isə, öz yerimə imza atmışam.
Ölkənizdəki məscidlərin statusları necə olur, bu haqda...
Öncə məlumat üçün bildirim ki Gürcüstanda olan 300-dən çox məscidin üçdə ikisinin sənədlərində problemlər vardır. Əksər problemli məscidlər isə Qərbi Gürcüstanın payına düşür. 2011-ci ildə (mən məsuliyyətdə olduğumdan öncə) keçmiş hökümətin zamanında heç bir hüquqi varisi və reyestr qeydiyyatı olmayan məscidlər avtomatik olaraq dövlət mülkiyyəti kimi İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin balansında qetdiyyata düşdü.Bizim fikrimizə görə, həmin dövrdə əsas səhv ictimaiyyətə açıqlanmadan belə addımın atılması idi. Buna görə də yanlış anlaşılmalara və qısqanclıqlara səbəb oldu.
Dövlət qanununa görə Dini məkanların da Tarixi abidələr kimi dövriüyyədə olması dayandırılmışdır. Yəni bir quruma bağışlaya, və ya sata bilməz. (Bu qanun qonşu ölkələrdə də belədir.) Buna görə də 49 il müddətində istifadə üçün qərb və şərqi Gürcüstanın və məzhəb, millət və regionların bir arada olduğu aidiyyatı dini qurum hesab etdiyi Bütöv Gürcüstan Müsəlmanları İdarəsinin sərəncamına verdi.
Ona qədər rəsmi xəritədə belə görnməyən və hüquqi ünvanı olmayan məscidlərimizə yeni komunal xətti çəkildikdə (qaz, işıq və su verildikdə) və onları təmir etdikdə müəyyən problemlərlə üzləşirdik. Çünki qeydiyyatı olmadığından abonentlik ala bilmirdik. Buna görə də İdarənin sərəncamına verilməsi üçün şərqi və qərbi Gürcüstanın müftilərinin də təklifi ilə Dini Məsələlər üzrə Dövlət Agentliyinin vasitəçiliyi ilə İqtisadiyyat nazirliyinə müraciət etdik. DMDAda bu məsələ ilə bağlı komissiya təşkil edilərək bu günə qədər 160-dan çox məscid artıq müsəlman İcmasını təmsil edən İdarənin sərancamına verilmişdir. Onlardan şərqi Gürcüstanın payına düşən sənədsiz, qeydiyyatı olmayan 17-məsciddən biri olan İmam Əli (ə) adına Marneuli şəhərindəki məscid də təmsil etdiyim dini İdarənin (hüquqi ünvanı Tbilisi Cümə məscidi olmaqla) BGMİnin sərəncamına verildi. UGMADİnin bu dəfəki məhkəməyə şikayəti isə BGMİnin sərəncamından çıxıb İmam Əli adına məscidin nəzdində fəaliyyət göstərən və məscidi idarə edən Şuranın sərəncamına verilməsi ilə bağlı oldu.
Mənim fikrimcə məscidin mülkü qeydiyyatından və sərəncamından çox onların statusu, (məscid kimliyi) tarixi haqqında çalışmaq lazımdır. Məqsədim məscidlərin problemsiz olaraq ibadət yeri kimi fəaliyyət göstərməsidir. Mən onlara bildirmişəm ki, sözü gedən məscidin məhkəmə prosesi bitdikdən sonra BGMİnin sərəncamından çıxarılması haqda müraciət edəcəm. Çünki İmam Əli adına məsciddə fəaliyyət göstərən din xadimi və dindarlardan ibarət şuraya məscidi düzgün idarə edəcəklərinə şübhəm yoxdur. Hətta həmin məsciddə İmam Əli adına Xeyriyyə fondunun gördüyü xeyriyyə işlərini də alqışlayır, müsbət qiymətləndirirəm. Əgər o zaman qədər məhkəmə onların tələblərini təmin edərsə də müsbət qarşılayaram. Onsuz da nə o və nə də digər məscidin heç bir işinə BGMİ zorla müdaxilə etməmiş, əksinə ehtiyac olduğu halda dəstək vermiş, yardım göstərmişdir.
Qeyd edək ki, Gürcüstan Ruhanilər heyətinin üzvləri və bölgələrin baş axundları və mədrəsə ustadlarının adından açıqlama yayılıb. Aşağıdakı ilahiyyatçılar bu məsələyə münasibət bildiriblər:
1. Hacı Qurban Murquzov (Kvemo Kartli üzrə nümayəndə, Elmi heyətin və Ali Şuranın üzvü)
2. Hacı Rahid Kərimov (QHT sədri, Tbilisi Əhlibeyt məscidinin axundu, Elmi heyətin və Ali Şuranın üzvü)
3. Hacı Əziz Nəbiyev (“İmam Rza (ə)” adına mərəsənin müdiri, Marneulinin baş axundu, İmam cümə, Elmi heyətin və Ali Şuranın üzvü)
4. Hacı Namiq Hüseynov (“Əhli-beyt hikməti” mərkəzinin sədri, Elmi heyətin və Ali Şuranın üzvü)
5. Hacı Faiq Nəbiyev (“Alulbeyt” mərkəzinin sədri, Elmi heyətin və Ali Şuranın üzvü)
6. Hacı Elçin Əliyev (Elmi heyətin və Ali Şuranın üzvü
7. Hacı Yusif Əliyev (Elmi heyətin üzvü)
8. Hacı Rasim Qasımov (Qardabaninin baş axundu, Şura üzvü)
9. Hacı Elşad Musayev (Ağbulaqın baş axundu - Şura üzvü)
10. Məşədi Vidadi Qurbanov (Muslimmedia İnternet Tvnin rəhbəri, Şura üzvü)
11. Hacı İfrət Əhmədov (Bolnisinin baş axundu, Şura üzvü)
12. Məşədi Azər Əliyev (Dmanisinin baş axundu, Şura üzvü)
13. Kərbəlayi Kamran Məmmədov (Laqodexinin baş axundu, Şura üzvü)
14. Kərbəlayi Hüseyn Şahverdiyev (Msxetanın baş axundu, Şura üzvü)
15. Hacı Natiq Məmmədov (Şura üzvü - Qara Təhlənin axundu)
16. Məşədi Vaqıf Qasımov (Şida Kartli üzrə nümayəndə, Şura üzvü)
17. Kərbəlayi Əli Nəqiyev (Kaspinin baş axundu, Şura üzvü)
18. Məşədi Məhəmməd Şəmilov (Rustavinin axundu, Şura üzvü)
19. Məşədi Hümbət Əliyev (Tbilisi Cümə məscidinin axundu)
20. Məşədi Samir Əliyev (Saqareconun baş axundu, Şura üzvü)
21. Niyazi Əmirxanov (“Əl-hikmə” mərkəzinin sədri, Elmi heyətin üzvü)
Açıqlama isə belədir:
Son zamanlar paylaşılan sənədlərin imzalandığı gündən nə olduğunu bilir, məqsədyönlü şəkildə böyüdülərək yanlış yozulduğu qənaətindəyik. O insanlarda çaşqınlıq yaradan və yanlış sübut kimi göstərilən sənəd iki dini təşkilat arasında şərtlər əsasında anlaşmadır. Bu anlaşma Dini Məsələlər üzrə dövlət Agentliyinin üç təşkilat sədrləri ilə görüşdükdən sonra (Baş nazirin sərəncamı əsasında Dövlət tərəfindən təzminat məqsədi ilə ayrılan vəsaitin xərclənməsi üçün) Təmsilçilik Şurası yaradaraq birgə fəaliyyət göstərmək üçün imzalanmışdır. O zaman üçüncü (hətta sədri Mir Təqi deyil atasının olduğu) təşkilat anlaşmadan imtina etdiyindən iki təşkilat arasında “Təmslçilik Şurası” məqsədi ilə imzalanmışdır. Bu məsələdə xəyanətdən söz gedə bilməz. Məhz bu imzadan sonra onların da qoşulmaq istəkləri qarşıya çıxmışdır. Ona görə də kiminsə yerinə imza atmaq iddiası əsassızdır.
Son olaraq onu da qeyd etməyi özümüzə borc bilirik ki, hər kəs yanlışlıq gördükdə islahat naminə etiraz və tənqid edə bilər. Amma unudulmamalıdır ki, biz din xadimiyik etirazlar etika çərçivəsində olub tənqidlər təhqirlərə çevrilməməlidir. Hər kəs gəldiyi qərara görə Allah qarşısında məsuliyyət daşıyır. Qərarlarda məsum olmadığımızdan yanlışlığa da yol verə bilərik. Bu məsələləri də ruhanilər öz aralarında müzakirə etməlidirlər. Amma ruhaniləri cılız təhqir və söyüşlərlə günahlandırmaq haqqı nə sıravi dindarlara və nə də heç kəsə verilməyibdir. Fərqli mövqe və düşüncədə olan isə kimisə xəyanətdə ittiham edən bilməlidir ki, onun fikri vəhy deyil və nə də o səhvdən sığortalanmış doğruluq testi deyil. Bir də ki, ruhanilərə şübhəli sualınız, iradınız və ya sözünüz varsa bunu özünə demək, onunla həll etmək yaxşı niyyətdən xəbər verir. Sosial şəbəkələrdə biyabırçılıq açmaq, qeybət və suizənn etmək məlum olduğu kimi dinimiz baxımından da pislənilmişdir.
Allah hamımızın xəta və günhahlarımızdan bağışlayıb, bu müqəddəs yolda yardımçımız olsun. Amin!
Saytımızın tərəfsiz olduğunu və obyektivliyini nəzərə alaraq qarşı tərəfin mövqeyini  Umumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədrinin ittihamlarını olduğu kim, öz facebook hesabından yayımlayırıq. 


Gürcüstanın İslami Camiəsində tanınan təşkilatlar arasında məhkəmə çəkişməsi - ƏTRAFLI


Story Code: 725805

News Link :
https://www.islamtimes.org/az/interview/725805/gürcüstanın-islami-camiəsində-tanınan-təşkilatlar-arasında-məhkəmə-çəkişməsi-ətrafli

Islam Times
  https://www.islamtimes.org